Gəlim, qapını açım
Laçınım, otuz ildi,
dilimdə bir söz qalıb;
bir az da döz, əzizim,
gəlirəm, lap az qalıb;
*****
yuxum qaçıb gözümdən,
çox küsmüşəm özümdən;
bilirəm, dərd üzündən,
dağlar üzbə-üz qalıb
*****
həsrət düydüm üzümə,
yollar dondu gözümdə;
könlümün göyüzündə,
buludlar bəyaz qalıb;
*****
gəlim, qapını açım,
çəkilsin, ağrım-acım;
baxma ki, qardı saçım,
canımda bir yaz qalıb;
*****
tək sevgidi, var olan,
gəlləm, sənə sarılam;
yurd yerində qaralan,
ocağımda köz qalıb.
30 yıldır vatanı Laçini göremeyen şair Nazim Əhmədli nin özel notu:
Bu şiiri benim yurdum laçına yazdım. Tezliklə Laçın da bizim olaçaq. Bu şiiri bir Laçın fotosu ile Kırımın sesinde yayımlasanız memmun olurum!