Genel

Güney Azərbaycanda ETİRAZ: Türk dilinə növbəti hücum..

Sənan Qılıncarslan Qacar – Kırımınsesi – Azerbaycan

İranın Daxili İşlər Nazirliyi ölkənin bütün qubernator və polis bölmələrinə sərəncam göndərib. Sərəncamda qeyri-fars yazılara qarşı “qanuni tədbir”lər görmək barədə tapışırıq verilib.
Daxili İşlər Nazirliyi, ölkə qubernatorlarının siyasi, təhlükəsizlik və sosial işlər üzrə müavinlərini qeyri-fars dillərdə lövhə və yazıların istifadəsini qadağan edən fərmanı tətbiq etməyə çağırıb.Sərəncama əsasən, polis bölmələrindən “istehsal, paylaşım və ticarət mərkəzləri tərəfindən yabancı dillərdə tabloların və işarələrin quraşdırılması və istifadəsinin qarşısını almaq” tələb olunur.Sərəncamda vurğulanib ki, “beynəlxalq işarələr istisna olmaqla, qeyri-fars əlifbasında olan işarələrin, yazıların və lövhələrin istifadəsi qadağandır. Polis məmurları onların quraşdırılması və istifadəsinin davam etdirilməsinin qarşısını almağa borcludurlar”.Sərəncam 31 dekabr 2020-ci il tarixində, nazir müavini və Sosial Məsələlər Təşkilatının sədri Tağı Rüstəmvəndi tərəfindən göndərilib.
11 oktyabr 2020-ci ildə, İranın Mədəniyyət və İslami İrşad nazirinin və fars Dili Akademiyasının rəisinin iştirakı ilə keçirilən “fars dilinin qorunması üzrə kordinasiya Şurası”nın iclasında yeni qərar qəbul edildi.

Qərara əsasən dövlət qurumlarından “qeyri-fars dilində ad seçən mağaza, şirkətlər və sinəma filmlərinə lisenziya verməmələri istənildi və Polis idarələri buna əməl etməyənlərə qarşı tədbirlər görməsi ilə görəvləndirildi.

Bu qanunun təsdiqi azərbaycanlı vətəndaşların və ardınca Güney Azərbaycan nümayəndələrinin etirazları ilə qarşılandı.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest