Gəl, sənlə ad qoyaq bu məhəbbətə – Könül Tatlı

Uzaqdan sevməkdən attıq yoruldum,

Özüm öz içimdə yandım, qovruldum.

Mən dözə bilmirəm, sənsiz həsrətə,

Gəl, sənlə ad qoyaq bu məhəbbətə.

———–

Sənsiz bu həyat da zülümdür mənə,

Sənsizlik bu dünya ölümdür mənə.

Son qoyaq səninlə gizli həsrətə

Gəl, sənlə ad qoyaq bu məhəbbətə.

—————

Qalmayıb taqətim, tükənib dözüm,

Yollara baxmaqdan kor olub gözüm.

Daha ürək dözmür uzun zillətə

Gəl, sənlə ad qoyaq bu məhəbbətə.

—————-

Sənsiz yaşamaqdan bezar olmuşam,

Bu gizli sevdamdan mən yorulmuşam.

Qoy dönüsün sevgimiz bir həqiqətə,

Gəl, sənlə ad qoyaq bu məhəbbətə.

Əzəldən yaranıb dünya tərsinə

Əzəldən yaranıb dünya tərsinə,

Kasıbsan, dərdin var, dərdə gər sinə.

Həyat müəllimdir, qoşul dərsinə,

Hər kəsi eləməz xoşbəxt, bu həyat.

————–

Kimə cənnət verir, kimə dağ çəkir,

Kimə qara çəkir, kimə ağ çəkir.

Dağların dərdini bir bulaq çəkir,

Axar sularının ağrısı qat-qat.

———–

Acılı-şirinli ömürdü, keçdim,

İçimi ağrılar gəmirdi, keçdim.

Dünyanın ən açı şərbətin içdim,

Könlümdə həsrət var, taleyimdə çat.

Vəfasızım

Gözlərimdə nəm oldu.

Ürəyimdə qəm oldu.

Sevgin mənə kəm oldu.

Ay mənim vəfasızım.

————-

Yolunda qalıb gözüm,

Qəlbimdə qalıb sözüm.

Bilmirəm necə dözüm.

Ay mənim vəfasızım…

———-

Alışdım eşq oduna.

Şeir yazdım adına.

Düşürəmmi yadına,

Ay mənim vəfasızım.

Çəkmədin həsrətimi,

Qəmimi möhnətimi.

Bilmədin qiyymətimi,

Ay mənim vəfasızım.

————–

Burda bitdi hekayət.

Yox oldu eşq məhəbbət.

Etdin mənə xəyanət.

Ay mənim vəfasızım.

————-

Dağ çəkərək sinəmə.

Sən necə qıydın mənə.

Mənim tək bir sevənə.

Ay məmim vəfasızım.

Pin It on Pinterest