Facebookda yoxlamalar,tıklamalar və rəylər
Söz düşəndə bir məsələ barədə,
Çoxu deyir gərək mən də tıklayım.
Düşünmürlər səhv tıklama əməli
Söz-söhbəti ola bilər ilin, günün, bir ayın.
***
Bəzən başlıq adamı tez çaşdırır,
Yazılanı başlarına uçdurur…
Üzə çıxar bir yazıda on qüsur…
Yazınızı diqqət ilə yoxlayın.
***
Yazılara münasibət bildirin,
Demirəm ki, özünüzü güldürün.
Bəlkə xəbər xəbəridir bildirin,
Heç olmasa bircə sətri qoxlayın.
***
Atı görüb, deyirsiniz, bəyəndm,
İti görüb,deyirsiniz, bəyəndim…
Ay qardaşım, ay xaloğlu, əfəndim,
Burda nə at, burda nə it?…Toxdayın…
***
Mən yazıram, ayıldıram yatanı,
Yeri, göyü xorultusu tutanı.
Siz yazandan yazımdakı iz hanı?
Yavaş!…Yavaş!…Əlinizi saxlayın!
***
Lazımdırsa, əgər sizin səsiniz,
Onda, bəli, dayanmayın, tıklayın.
Yoxsa əgər, bir sözünüz , bəhsiniz,
Əlinizi çənənizdə saxlayın.
***
Nazim Nəsrəddinov
Bakı
24.10.2019.