GenelGüncel

Facebook monoloqu və yaxud Nə xəbər var, dostlar?

İstanbulda elmi səfərdə olan bir neçə dostumuzun şəkillərini  gördüm. Elə mehriban,elə şəndirlər ki….

Əlbəttə, bu şənliyin səbəbi aydındır.Onlar Əhməd Ağaoğlunun yubiley şənliklərinin, elmi simpoziumun iştirakçılarıdır.
Birdən ağlıma gəldi ki, onları salamlayım və  onlardan görkəmli maarifçi,türk dünyasının fazillərindən biri olan Səid Əfəndi  Ünsizadə haqqında nə isə soruşum.Gördüm,yox,başqa cür başa düşərlər.
Bəlkə onara  xatırladım ki,
21 oktyabr Ümumdünya Qəzetçilər Günüdür.  Bu bayram münasibətilə ,bəlkə də,onların iş cədvəllərində heç bir tədbir nəzərdə tutulmayıb. Proqramı zənginləşdirmək olar. Lazım gəlsə,Bakıya biletlərini də dəyişə bilərlər.
Düşündüm ki, Ümumdünya Qəzetçilər Günü  münasibətilə,  1903-cü ildə Fatih Camii Haziresində dəfn olunan  Səid Əfəndi Ünsizadənin-Əhməd Ağaoğlu nəslinin yaxşı tanıdığı maarifçinin  xatirəsinin yad edilməsi  dostlarımızın elmi səfərinə rəngarənglik gətirərdi.

Daha heç nə.Sözümü dedim,arxayın oldum ki, oxuyanlar məni başa düşdülər.

Ziyarət üçün bir  FACEBOOK roliki də

hazırladım. Ziyarət ünvanını da xüsusilə xatırlatdım.İstanbul,Fatih Camii Naziresi.

22.10.2019.

Görək də…Dostlarımız
türk dünyasının fazillərindən biri olan 
Səid Əfəndi Ünsizadədən (1842,Şamaxı-1903,İstanbul) 
nə xəbər gətirəcəklər?

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Pin It on Pinterest