Genel

Ermənistan üçün tək işıqlı yol sülh razılığının əldə olunmasıdır

Kamal Salayev
Ermənistan üçün tək işıqlı yol sülh razılığının əldə olunmasıdır

 Ermənistanın məğlubedilməz ordusuna dair mifi İkinci Qarabağ müharibəsi zamanı yerlə-yeksan olundu. Ermənistan ordusunun İkinci Vətən müharibəsində darmadağın olunması, ermənilərin XXI əsrin müharibəsinə hazır olmamasının açıq-aşkar sübutu, Azərbaycan Ordusunun isə böyük hərbi potensiala və yüksək döyüş qabiliyyətinə malik olmasının isbatı idi. Ermənistan ordusuna Koçaryanın və Sarkisyanın dövründən qalmış – köhnəlik qalığı hesab olunan generalların rəhbərlik etməsi, o cümlədən Paşinyanın erməni xalqını uçuruma doğru aparan siyasəti erməni ordusunun da deqradasiyasını sürətləndirdi. Digər bir tərəfdən məlumdur ki, Ermənistanda həm də korrupsiyanın səviyyəsi getdikcə artır. Şübhəsiz ki belə bir hal Ermənistanın ordusundan da yan keçmir. Ermənistanın müharibədə istifadə etdiyi silahlar onun döyüş səviyyəsinə və hazırlığına görə siyahıda ən axırıncı yerdə olduğunu göstərdi. Erməni millətçilərinin revanşist ideyaları, onların xəyallarından başqa bir şey deyildir. Reallıqda isə bu cür ideyalar fəlakətlə nəticələnə bilər.

        Ermənistanın mətbuatında erməni ordusunun rüsvayedici vəziyyətə düşməsinə dair məqalələr yayımlanıb. Bu baxımdan misal olaraq, “Ermənistanın səsi” informasiya agentliyinin saytında erməni müəllifi Aşot Aramyanın dərc etdirdiyi “Silkələnən ordu” adlı [1] məqaləni göstərmək olar. Həmin məqaləyə əsasən aşağıdakı nəticələrə gəlmək olar:

  1. Ermənistanın milli təhlükəsizliyi qeyri-sabit vəziyyətdədir,
  2. Ermənistanda özbaşnalıq və ayrı-seçkilik hökm sürür,
  3. Erməni millətçilərinin “millət – ordu” birləşdirici konsepsiyası Ermənistan üçün eksiztensial təhlükə mənbəyidir.
  4. Ermənistanın daxilindəparçalanma müşahidə olunur.

  Mövcud vəziyyəti tədqiq etdiyimiz zaman belə bir qənaətə gəlirik ki, Ermənistanın sülhə razılıq verməkdən başqa bir heç bir çıxış yolu qalmır. Ermənistan da öz-özlüyündə yaxşı başa düşür ki, bu gün Azərbaycan artıq olduqca böyük siyasi təcrübəyə və güclü hərbi potensiala malik bir dövlətdir. Ermənistan isə hər sahədə geridə qalmış zəif bir dövlətdir. Ona görə də, Ermənistan ordusu hazırkı bərbad vəziyyəti ilə daha bir müharibəyə tab gətirə biləcək halda deyildir. Belə bir sual yaranır ki, müharibə olarsa bu səfər Ermənistanın ordusunda kimlər vuruşacaq? Zənnimizcə heç kəs rüsvay olunmuş məğlub bir ordunun tərkibində vuruşmaq istəməz. Digər bir tərəfdən isə o da məlumdur ki, Ermənistanın ordusunun daxilində cinayət, fərarilik və intihar halları baş alıb gedir. Heç bir erməni gənci bu gün könüllü şəkildə Ermənistan ordusunda xidmət etmək istəmir, təzyiqlə məcburi şəkildə onlar orduya göndərilirlər. Müstəqil hüquq müdafiə təşkilatlarından alınan məlumata əsasən İkinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərinin sayı 5 min [2] nəfərdən çox olub ki, bu da 2 milyonluq bir erməni xalqı üçün çox böyük bir rəqəmdir.

      2020-ci ilin noyabr ayının 10-da üçtərəfli bəyanatın imzalanması Ermənistanın məğlub dövlət olmasının təsdiqi idi. Bu qələbə Ali Baş Komandanın qətiyyətinin, dəmir yumruğunun sayəsində reallaşdı. İkinci Vətən müharibəsində düşmən hərtərəfli şəkildə böyük itkilər verdi. Azərbaycanın torpaqları işğaldan azad olundu.

Hadisələrin məntiqi davamı olaraq, 2022-ci ilin avqust ayının 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə [3] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi daha bir əlamətdar hadisə idi. Bu görüş dövlətlərarası münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanmasına dair danışıqların aparılması baxımından önəmli bir addımdır. Qeyd etmək lazımdır ki, bu görüşdə sözügedən ərazilərin minalardan təmizlənməsi, eləcə də itkin düşən insanların həyatına dair məsələlər diqqət mərkəzində olub. Qeyd etmək lazımdır ki, Brüssel görüşündə də, Azərbaycan diplomatik üstünlüyə nail olub. Diqqət çəkən məqamlardan digər biri isə ondan ibarətdir ki, həmin görüşdə “Qarabağ”, “Minsk qrupu” və “status” kəlimələri istifdə olunmayıb. Belə bir hal isə rəsmi Bakının maraqlarının təmin olunmasının təsdiqidir. Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyev cənablarının da vurğuladığı kimi, Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu olmayıb. Sözügedən Brüssel görüşü isə bunun təsdiqi olub.

Ədəbiyyat siyahısı:

  1. Армия трясогузки /26.08.22/ https://www.golosarmenii.am/article/156800/armiya-tryasoguzki
  2. Большая часть армян не хочет служить в армии: причина – позорное поражение /07.06.22/ https://aze.az/bolshaja-chast-armjan-ne-hochet-sluzhit-v-armii-prichina-pozornoe-porazhenie.html
  3. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanat verib /31.08.2022 / https://azertag.az/xeber/2273297

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Ermənişünaslıq şöbəsinin Baş Mütəxəssisi

Email: [email protected]

Telefon: 055 901 64 55

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest