GenelGüncelKültür SanatTürk Dünyası

Erməni ambisiyası Ermənistanın məhv olmasının başlıca amilidir

Erməni ambisiyası Ermənistanın məhv olmasının başlıca amilidir

 Bu yaxında qondarma “Arsax respublikasının dövlət naziri” Artak Beqlaryan Ermənistanın ArmenianReport informasiya agentliyinə verdiyi müsahibəsi zamanı Azərbaycana qarşı təxribat xarakterli mövqeyini nümayiş etdirib. Artak Beqlaryan fikrini bu şəkildə ifadə edib: “Arsax respublikasının beynəlxalq səviyyədə tanınması məsələsi gec-tez həll olunacaq və Arsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” [1].

     Görünüşə görə, ermənilər hələ də yatdıqları yuxudan oyanmaq istəmirlər. 44-günlük İkinci Qarabağ müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin yeritdiyi müthiş siyasət və güclü Azərbaycan Ordusu Ermənistanın Qarabağa dair fantaziyalarını darmadağın etdi. Azərbaycanın tarixi toponimlərini saxtalaşdıran ermənilər hələ də Qarabağın “Arsax” olmasını zənn edirlər. 44-günlük İkinci Qarabağ müharibəsində darmadağın olunmuş Ermənistan mənzərəsi indi də olduğu kimi qalıb. Yenə qarşımızda Azərbaycana qarşı müxtəlif əsassız ittihamlar səsləndirən, özünə haqq qazandırmağa çalışan və Azərbaycanın şərtlərindən boyun qaçıran namərd Ermənistanı görürük. Ermənistan yenə də ona verilən vaxtdan sui-istifadə edərək vaxt qazanmağa çalışır, müxtəlif yollarla Azərbaycana qəsdən zərbə vurmaq istəyir, lakin bu cəhdləri zəngin tarixi təcrübəyə malik olan Azərbaycana təsir etmir. Artak Beqlaryan həyasızcasına üstəlik, guya ləzgilərin, talışların, avarların, tatarların, tatların və digər azlıqların hüquqlarının tapdalandığını iddia edir ki, bu açıq-aşkar dezinformasiyadır. Qeyd edək ki, yerli xalqların, eləcə də Azərbaycan vətəndaşı statusuna sahib olan hər kəsin hüququ dövlət tərəfindən yüksək səviyyədə qorunur. Artak Beqlaryanın mövqeyi sadəcə Azərbaycana qarşı yönəlmiş şər və böhtandır. Bu cür mövqe Azərbaycanı qəsdən gözdən salmağa hesablanıb.

Yaxşı olar ki, bu gün erməni “siyasətçiləri”, “alimləri”, “professorları” Azərbaycana qarşı şər və böhtan yağdırmaq əvəzinə dönüb Ermənistanda hökm sürən rüsvayçılığa nəzər salsınlar. Ermənistandakı real vəziyyəti erməni xalqının nümayəndələri açıq-aşkar etiraf edir və Paşinyanın iç üzünü orataya qoyurlar. Müsahibə zamanı Vardan Arutyunyan adlı erməni, Paşinyanın Ermənistanı məğlubiyyətə doğru apardığını, danışıqlar aparmağa qadir olmadığını və bu baxımdan imkanlarının məhdud olduğunu qeyd edib [2].

     Bu gün iqtidarla müxalifətin arasında mübahisənin daha da artdığı Ermənistanda hər hansı bir birlik müşahidə olunmur. Ambisiyalarından ötrü erməni millətçiləri yeri gələndə bir-birlərinə də düşmən olarlar, təki özlərinə xeyir əldə edə bilsinlər. Görünüşə görə Köçəryanın və Sarkisyanın tərəfdarları Paşinyanı tapdalayaraqüzərindən keçməyə davam edirlər. Müxalifətçilər Paşinyanın noyabrın 9-da verdiyi bəyanatı ləğv etməsini tələb edirlər. Onlar fikrini bu şəkildə qeyd edir: “Paşinyan Şuşa, Hadrut və digər itirilmiş əraziləri qaytaracağına söz verir. Amma demir ki, necə? Lakin sadəlövhlər çox deyil, heç kim könüllü olaraq ölmək istəmir”. Görünüşə görə, hazırkı vəziyyətdə Paşinyanın siyasi opponentləri onun tərəfdarlarından qat-qat daha çoxdur. Paşinyan artıq Ermənistanı nəinki müdafiə etməyə, heç erməni xalqının ehtiyacını və tələbatını da qarşılamağa qadir deyil. Erməni xalqı Paşinyanın yalan vədlərini, savadsızlığını və siyasətdən uzaq olduğunu görərək onun partiyasının sıralarını günü-gündən tərk etməyə davam edirlər. Ermənistanda hazırkı durum çox təhlükəlidir. Sözügedən mənzərə – Ermənistanın “Azatutyun” radiosunun feysbuk səhifəsindən, İrəvanda səngimək bilməyən müxtəlif askiyalardan, ölkədə hökm sürən vəziyyətlə bağlı ermənilərin şərhlərindən aydın şəkildə görünür. Paşinyan hökumətinə qarşı xalqın nifrəti açıq-aşkar nəzərə çarpır. Kristina Mirzoyants adlı erməni Ermənistanla bağlı fikrini bu şəkildə bildirir: “Bu, satqın hakimiyyətdir, bir ermənini həm vətəndaş, həm də şəxsiyyət kimi biabır ediblər. İndi heç kim ermənilərlə iş görmək istəmir. Bütün hökumətlər savadı olmayan Nikola gülürlər”. Başqa bir erməni Zara Sarkisyan qeyd edir ki, Serj ölkəni dəlinin əlinə verdi. Alla Jamkonyan adlı erməni isə belə qeyd edir: ““Arsax xalqı” müharibədən İrəvana qaçdı. Bizim uşaqlar isə onlar üçün orada həlak oldular” [3].

Qeyd edək ki, erməni ambisiyası Ermənistanı məhvə doğru aparan başlıca amildir. Bu gün ermənilər dünyanın müxtəlif yerlərində, o cümlədən Suriyada, Livanda təxribatlar törədirlər. Heç təsadüfi deyil ki, məhz erməni silahlı qüvvələri Kəlbəcərin Dəmirçidam qəsəbəsi istiqamətindəAzərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutur və ona görə Azərbaycan Ordusu tərəfindən cavab atəşi ilə susdurulur. Erməni xalqının Paşinyana dair inamı ciddi şəkildə sarsılıb. Ölkədə hökm sürən dərin siyasi böhran isə qarşısıalınmaz həddə çatıb. Müharibədə ermənilərin məhv olmasının tək günahkarı Paşinyandır. Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi ki, əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Ermənişünaslıq şöbəsinin Baş mütəxəssisi

[email protected]

İstifadə edilmiş ədəbiyyat:

  1. Артак Бегларян: «Арцах никогда не будет в составе Азербайджана» /16.06.2022/ https://armenianreport.com/ru/pubs/319950/
  2. Вардан Арутюнян: «При Пашиняне мы начали бежать» /17.06.2022/
https://armenianreport.com/ru/pubs/319982/
  • Когда армянин армянину враг /10.06.2022/https://armenianreport.com/ru/pubs/319355/

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest