GenelGüncelKültür Sanat

Ən şərəfli Əsgər bizim əsgərdi – Tofiq Əmrahov

Ən şərəfli Əsgər bizim əsgərdi

Ürəyində vətən ruhunda qirur ,
Quş qona bilməyən qayada durur,
Torpağı qoruyur düşməni vurur,
Haqqı var eyliyən gücdür hünərdir.
Ən şərəfli Əsgər bizim Əsgərdir.

Qoruyar xalqını yada güldürməz,
Özü həda olar yurdu böldürməz ,
Döyüşməyən qoca uşaq öldürməz ,
Dini İslamdır yolu Peyğəmbərdir,
Ən şərəfli Əsgər bizim Əsgərdir.

Kim düşmən kəsilib yolunu azır,
Mərmisi onların qəbrini qazır ,
Tarixi canıyla – qanıyla yazır,
Milləti qoruyan dagdır sipərdir .
Ən şərəfli Əsgər bizim Əsgərdir.

Qəlbində Xocalı yanğısı qaldı ,
Gördükü dərdinə bu dünya laldı,
İntiqamlarını Şuşada aldı,
Döyüşü savaşı böyük zəfərdir ,
Ən şərəfli Əsgər bizim Əsgərdir

Nişan alan zaman çox dur səbiri,
Düşmən hədəfinnən qaçmayıb diri,
Göylərin qartalı yerlərin şiri
Olduğuna görə o Müzəffərdir .
Ən şərəfli Əsgər bizim Əsgərdir

Sülh üçün döyüşər zalım yaşatmaz,
Haqqı ədaləti yerlərə atmaz,
Andını unutmaz Vətəni satmaz ,
Namuslu qeyrətli ər oğlu əridir .
Ən şərəfli Əsgər bizim Əsgərdir

Onlarsız dünya başımıza dardı,
Bizim boynumuzda haqları vardı ,
Hər günü yağışdı doludu qardı ,
Yeri dağlar başı soyuq səngərdir,
Ən şərəfli Əsgər bizim Əsgərdir.

Akifəm ən əziz torpağımızdır ,
Azadlıq sönməyən ocagımızdır ,
Biz öləndə kəfən bayragımızdır,
Bizim Şəhidimiz üstün bəşərdir.
Ən şərəfli Əsgər bizim Əsgərdir .

Akif Goranboylu

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest