Kültür Sanat

EL NƏ DİYƏR…

Yaxşı ki bu el var. Yoxsa bizim sərhədlərimizi kim təyin edəcəkdi? Kim bizə durmalı olduğumuz nöktəni
göstərəcək, yürüməli olduğumuz yolu təyin edəcəkdi? Nə yeyib, nə içib, əynimizə nə geyinəcəyimizə qədər el
təyin etməlidir. Özümüzə aynadan öncə qohum-qonşunun gözündə baxmalıyıq. Yoxsa el nə diyər…
Görəsən həqiqətənmi bu qədər önəmlidir elin nə dediyi? Vacibdirmi, həyatımızın böyük bir parçası
olmalıdırmı? Bəs onda yaradan bizə şüru nə üçün verib? Nə üçün düşünə bilirik? Düşüncəmiz nə işə yarayır? Özndüşündüyümüzə deyil də, elin nə dediyinə baxdığımız müddətcə düşünməyin mənası varmı? Məncə yox.
Çoxlarının da mənim kimi düşündüyünə əminəm. Əminəm ki, çoxlarımızda fərdi düşünməyin daşın çoxdan atmışıq. Özümüzü deyil, özgələrini düşünməyə daha çox vaxt ayırırıq. Çünki o eldən biri də bizik. Bu səbəbdən də fərdi inkişafımızdan olduqca geri qalmışıq. Sonra da başlayırıq özgələrlə özümüzü müqayisə etməyə: “Əcnəbilər seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyirik” deyə fəriyad qoparırıq. Görəsən elin nə dediyinə baxsaydı əgər Ş.İ.Xətai dövlət qura bilərdimi? Hər halda bir ovuc insanla dövlət qurmağa həvəslənən birinə el dəli diyər.
Yaxud da Enişteyin, “ay el, mən atomu parçalayacayam onun insanlığa zərəri faydasından çox olacaq” desəydi, adını tarixə yaza bilərdimi? Hələ də el Əmir Teymurun Turan uğrunda etdiklərinə görə haqlı olub olmadığını
düşünərək iki tirəli qalıbdı. Əgər, Əmir Teymur elin nə diyəcəyinə baxmasaydı indi yer kürəsində bir dənə olsun erməni qalmamışdı.
Bu gün əminəm ki, dünya xalqları arasında elin nə dediyinə ən çox baxan xalq müsabiqəsi keçirilsə, xalqımız birinci yerə çıxar. Və bilirəm ki, el qınağına üstünlük verənlər artıq məni qınamağa başlayıblar. Çünki ən asan iş özgələrinə məsləhət verməkdi. Onlarda bu prinsiblə yaşamağa üstünlük verirlər. Ellikcə düşünməkdən əl çəkib fərdi düşünməyə başlayan insan avtomatik olaraq inkişaf edəcək, öz təfəkkürünü, öz şüur səviyəsini yüksəldəcək ki, bu da əziyyətli işlərdən biridir.
“El nə diyər…” pisxalogiyası bizim üçün xeyirlidirmi, yoxsa daha çox zərərmi verir? El anlayışı fərdi şəxslərin
cəmidir. Necə ki fərdi şəxslərin təfəkkürü dəyişirsə, dünya görüşü dəyişirsə eldə də bu dəyişikliklər baş verir. Və bu dəyişikliklər baş verdiyi zaman şüurla deyil, indiyə qədər elin nə diyəcəyi ilə yaşayan insanlar bir növü “Molla Nəsrəddinin bağlı buzovu” kimi nə edəcəyini bilməyərək artıq ağlına deyil, ağzına gələni etməyə başlayır.
Məsələn, bir zamanlar ölkəmizdə yola getməyən ailələr bir-birini öldürsələrdə boşanmazdılar. Çünki elin nə
diyəcəyindən qorxurdlar. “Palaza bürün elinən sürün” şüurunu mənimsəmiş insanlarımız evlilik düşüncələrini inkişaf etdirmək yerinə adət-ənənələrə əməl etməyə üstünlük verirdi. Nəticədə isə elin boşanmaya pis baxan nəzərləri dəyişdi və minlərlə boşanmış ailələr ortaya çıxdı. Yaxud da geyimini özünə yaraşanı geymək təfəkkürünü
inkişaf yerinə elin nəzərlərinə görə təyin edən insanlardan el nəzərini çəkən kimi ürək bulandıran geyimlər,
yöndəmsiz açıq-saçıq geyinənlər, harda nə geyəcəyini bilməyənlər ölkənin hər yerindən göbələk kimi küçələrə tökülməyə başladılar.
Bəzilərimiz elin nə deyəcəyi fikirindən qurtulmağa çalışırlar. Lakin burda da yanlış qərar alaraq, eli özlərinə
düşmən təyin edib, elin acığına hərəkət edirlər. Bu isə daha çox qüsurların meydana çıxmasına səbəb olur. Elin nə diyəcəyindən qurtulmağın birinci yolu, başqalarını mühakimə etməkdən, başqalarını qınaq obyektinə çevirməkdən özümüzü qurtarmalıyıq. Çünki el anlayışını təşkil edən fərdlərdən biri də bizik, biz isə ilk addımı nə diyən elin bir nəfərini azaldaraq atmalıyıq. Sonda isə öz fərdi inkişafımıza yönəlməli, intelektual səviyəmizi, düşüncə tərzimizi, mədəniyyətimizi, insanlığımızı, vicdanımızı inkişaf etdirməliyik. Bundan sonra biz elin nə deyəcəyindən qorxmadan hərəkət edəcək, daha uğurlu bir həyat yaşayacayıq. Unutmayaq ki, insana hər addımı atdıran qorxudu. Qorxuları ilə mübarizə aparmaq isə hər şüurlu insanın borcudu.

Rəhim Vahid
Rəhim Vahid

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest