GenelGüncelKültür Sanat

EL ATASI – Ədalət Bədirxanlı

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Ədalət Bədirxanlı

             EL ATASI

               (poema)

            Ulu Öndər 

     HEYDƏR ƏLİYEV  

şəxsiyyətinə ithaf edirəm.

           Proloq

Bu gün əlahiddə gül bayramıdır, 

Yazın gül – çiçəkli, əlvan çağıdır. 

Dərilən bu güllər olsa da cansız, 

Qönçə adi bir gül, millət payıdır.

               ***

Gör qızıl gülləri neçə rəngdədir, 

Neçə sayda insan sevinəcəkdir.

Ən isti məhəbbət, bəli, bu deyil, 

Gələnlər tazə-tər gül verəcəkdir. 

            ***

Xaliq xəlq eləmiş, sevgi qidadır,

İnsanlar sevgiylə qurur, yaradır. 

Qürur mənbəyidi xalqın sevgisi, 

Bu sayqı babanın öz qazancıdır.

              ***

İlin gül çələngi Heydər babanın,

Mövludu birləşir mayın onunda. 

Gəldi də, qurdu da Azərbaycanı, 

Ən ali memardı dünya çapında.

                I hissə

    HAQQIN YOLÇUSU

Baba xatırlanır köçdüyü gündən, 

Köçən yadda qalır əməlləriynən. 

İnsan var, ömrünü sevgi yaşadır, 

İnsan var, ucalan heykəlləriynən.

               ***

Bir zaman Vətəndə olduğu anlar  

Elə işlər gördü, mat qaldı ruslar. 

Kürsüyə qalxanda alqış içində 

Olmayıb onuntək addım atanlar.

               ***

Yeriş, duruş, baxış, nitqin saflığı, 

Ötkəm, əzmkarlıq, insan varlığı… 

Xaricdə mətbuat yazırdı ondan, 

Hamı dərk edirdi bu cür varlığı. 

                ***

Baba qürurunu vermədi əldən, 

İnamla tədbirin gördü əzəldən. 

Böyük layihələr tərtib etdirib 

Zavodlar aldırdı neçə ölkədən. 

                ***

Sifariş verdirdi təzə qurğular, 

Dənizdə mayili quyuqazanlar… 

Bu işlə çoxları məşğul olsada, 

Onun bu icrada öz şöhrəti var.

             ***

Qazıldı quyular, duruldu laylar, 

Bir çox quyuları tez bağladılar. 

Özü tapşırmışdı necə eyləmək, 

Mərkəzə ağ kağız yola saldılar. 

            ***

Minlərlə müasir təzə qurğular, 

Neftin emalına lazım cihazlar, 

Nələr gətirildi, nələr cəmləndı, 

Saydıqca azalmir ilk alınanlar.

             ***

Xalqa güvənərək, əkdi torpağı, 

Yaxşıca becərib yığdı pambığı.

Hər işin bəhrəsi mükafat oldu,

Orden-medalların gəldi sorağı.

            ***

Hər evdə parladı könül çırağı,

Yarandı ellərdə təhsil marağı.

Bəzədi sinəsin respublikanın

Keçici “Qırmızı əmək bayrağı”.

            ***

Kim ki, tər axıtdı, adları qaldı, 

Heydər Əliyevdən payını aldı. 

Bəstəkar, yazıçı, fırça ustası,

Ali mükafatsız qalan olmadı. 

             ***

Saymaqla azalmır etdiklərini, 

Düzməklə qurtarmır əl işlərini.

Çox ölkə başçısı öyrənir onun 

Ən çətin anlarda gedişlərini. 

             ***

İllər ötüşməmiş təklif etdilər, 

Ən ali kürsüyə layiq gördülər, 

Elə namizədlik vaxtı bitəntək 

Siyasi büronun üzvü seçdilər. 

           ***

Özü bilirdi ki, sonunda, ancaq

Ayrı yolu da yox, belə olacaq. 

Onu yetişdirən böyük siyasət 

Aparıb mərkəzə iş tapşıracaq.

             II hissə

            ALAGÖZ

Qısa bir zamanda qərara aldı, 

Natamam yerlərdə işi saxladı, 

Mühüm sahələri lazım bilərək, 

BAM -da tikintini tez işə saldı. 

             ***

Böyük siyasətdə dağları aşdı, 

Hər sözün dəyəri alışdı, qaşdı. 

Həqiqət ortada, hamı baxışdı, 

Çoxları lal oldu, çoxu da çaşdı. 

                ***

Qumar oyununa oxşadı bunlar, 

Şərik oynayanlar tez baxışdılar. 

Xalı az olanlar pasa getdilər, 

Xalı çox olanlar bank apardılar. 

             ***

Mərkəz qütblərə ayrılan andan 

Ortada çəkişmə gedirdi yaman. 

Son illər siyasi böhran olsa da, 

Hamı çəkinirdi Heydər babadan.

          ***

Bilirdi ölkənin dərdin əzəldən, 

Cızmışdı planın xeyli öncədən. 

Hətta Moskvada ruslar içində 

Məxfilik cəhdini yox idi bilən. 

             ***

Siyasi aləmdə köhnə adamlar 

Onu əzəl başdan tanıyırdılar. 

Ölkəni böhrana sürükləyənlər 

Artıq yavaş-yavaş qızışırdılar.

         ***

Dəstəyi xaricdən alan carçılar 

Heydər baba ilə barışmırdılar. 

Üstəlik təkidlə böhtan ataraq, 

Onu öz işindən kənar saldılar.

               ***

Əsla çaşdırmadı bu Alagözü , 

Hər şeyi aşikar görürdü gözü. 

Bu plan əlli il məxfi qalsa da, 

Son plan bəlliydi, bilirdi özü.

           ***

Canından ayrılan o ruhun ki, var, 

Cahanın nə qədər onda sirri var. 

Vətənin, millətin, azad dövlətin 

“Alagöz” adında bir sevdası var.

               III hissə

     QANLI DALĞALAR

Hər yanda ocaqı qaladı ruslar, 

Başladı xalqlara savaş açdılar. 

Qoşun yeritdilər, qəfil nə ki var, 

Hər yanı bürüdü qanlı dalğalar. 

            ***

Millət nə istəyir? soruşmadılar, 

Vətəndaş haqqını tapdaladılar. 

Gecənin bir anı hücum edərək, 

Bütün silahlardan atəş açdılar.

             ***

Tanklar əzdi keçdi millətimizi, 

Eşidən olmadı haqq səsimizi. 

Baba  acıyaraq danladı dərhal 

Böyük səfirlikdə düşmənimizi.

           ***

Zamanı çatmışdı ittifaqın da, 

Nəhayət, ittifaq parçalandı da. 

Suveren ölkələr yarandı yenə, 

İttifaq aktının söndü şamı da. 

              ***

Vətəni özünə son yuva sandı, 

Xalqa arxalandı, xalqa inandı. 

Onun zəhmətinin bəhrəsidir ki, 

Müstəqil, suveren ölkə yarandı. 

                ***

Xaricdən bolluca təklif alsa da, 

Yeraltı sərvəti gizli saxladı. 

Ölkəyə başçılıq etdiyi gündən 

Əsas təklifləri tez işə saldı.

              ***

Hansı bir gedişə nəzər salırsan, 

Orda bir fəlsəfi məntiq tapırsan. 

Sən, ey ana Vətən, ey Azərbaycan, 

Sən bütün cahanın marağındasan.

                IV hissə

    BÖLÜNMÜŞ VƏTƏN

Nə qədər bəlalar çəkibdir başın, 

Yarıya bölünüb torpağın, daşın. 

Sən azad olsan da, ey ana Vətən, 

Hələ azad deyil böyük qardaşın.

           ***

Tarixən gücümüz rusa çatmadı,

Zəngəzur, Borçalı, Göyçə boşaldı.

Qarabağ uğrunda neçə can verdik,

Dərbənd, Təbriz, Şuşa nə hala qaldı. 

               ***

Təbrizə hər vədə gedə bilməsək, 

İnanma küsəcək qardaşlar bizdən. 

Əgər Qarabağı qaytara bilsək, 

Farslar sarsılacaq qələbəmizdən. 

                  ***

Çoxdur yer üzündə belə bölgələr, 

Hamısı həmçinin həllini gözlər. 

Dünya öz hökmünü verərsə əgər,

Qaçqınlar yurduna qayıda bilər.

           ***

Olsaydı imkanın bir zərrə qədər, 

Tutardın torpağı, çalardın zəfər. 

Daşlardan yonulan heykəllərini 

Nadir metallardan düzəldərdilər.

                  V hissə

   HEYKƏLLƏŞƏN ÖMÜR

Ey müdrik, ey ulu, böyük hökmdar, 

Mərmər daş heykələ dönüb arzular, 

Ulu Öndər adlı tək-tək insanlar 

Ölmür, heykəlləşir, belədir ki, var.

                ***

Şuşa əsir qaldı, tez getdin – vaxtsız, 

Günəşli bir cahan qaldı babasız. 

Fəxri Xiyabanı özün seçmisən, 

Bir cənnət bağıdır bu məkanınız.

             ***

Torpaq öz övladın aldı qoynuna, 

Bayraq da baş əydi sadiq oğluna. 

Elə bil Sübhanım  özü seçmişdi,  

Bir öndər vermişdi Azərbaycana. 

            ***

Kimlər ağlamadı, yanmadı ona? 

Dünyaya sığmayan dahi insana! 

Vətənə bağlılıq atadan qalır, 

Xalq vəkalət verdi İlham  oğluna.

              ***

Rahat yat, ey kamil, aqil hökmdar, 

Xalqın inam yeri bir xiyaban var, 

Neçə milyon insan gəlib gedəcək, 

Sənintək rəhmətin qazananmı var?!

             ***

Unutmaz bu Vətən, bu cahan səni; 

Bu ellər, bu Xəzər, Kür, Araz  səni. 

Kölgətək üstünə enən buludlar 

Hərdən selə dönüb ağlayır səni.

                       ***

Oyan, bu ölkəni bir də gəz-dolan, 

Teleqülləyə qalx, zirvədə dayan.

Bayrağı seyr elə, şəhərə boylan, 

Sən ki, Azərbaycan vətəndaşısan. 

                   ***

Çox ünvan axtarma, silinib onlar, 

Yerində nə boyda hündür binalar, 

Körpülər, yeraltı dayanacaqlar… 

Bilirsən şəhərdə nə inkişaf var?! 

             ***

Əksər küçələrin yanı mərmərdir, 

Yeraltı keçidlər böyük töhfədir. 

Şadlıq sarayları elə dəbdədir, 

Burda olan toylar bir əfsanədir. 

            ***

Nə qədər xarici təzə maşınlar, 

Sürətlə tikilir geniş saraylar. 

Özgə bir mənzərə, yeni baxışlar, 

Xaricdə nə qədər təhsil alan var. 

             ***

Bilirsən şifrəsin bu gizli kodun, 

Kimlər düşmənidir bu ana yurdun.

Məlumdur bizlərə düşmən olanlar, 

Bəs niyə dostları susur bu yurdun? 

                ***

Ruhunu dinləyib qulaq asıram, 

Sən deyən sözləri yada salıram. 

Tərəddüd etmədən çox insanlara 

Təkrarən deyərək xatırladıram: 

Nə vaxt ki, siyasət zəfər çalacaq, 

O zaman işğalçı naçar qalacaq. 

Rusiya bizimlə razılaşanda – 

Məhz onda Qarabağ azad olacaq. 

              ***

Sülh ilə davranın, inkişaf edin, 

Ya da başqa yolla körpünü keçin. 

Böyük kürsülərdən haraylayaraq,

Əsas haqq işini tanıdın, seçin.

                 VI hissə

VƏTƏN SEVDALI SƏRKƏRDƏ

Atamı itirdim on bir yaşımda, 

Ata axtarmışam hər bir yaşımda. 

İnternat həyatım tacsız olsa da, 

Sizi tac bilmışəm hər an başımda. 

              ***

Tez-tez röyalarda sizi görürəm, 

Hərdənbir yuxunu yoza bilirəm. 

Ruhunuz qəlbimə bəxşiş gətirir, 

İşlərim çin olur, çox sevinirəm.

            ***

Hər gün cəbhə boyu güllə atılır,

Əsgərlər adların şəhid yazdırır.

Analar ağlayır, göz yaşı tökür, 

Oğullar ataya məzar qazdırır.

              ***

Budurmu bəşərin eşqi, duası,

Budurmu insanin insan zəkası?! 

Ölən əsgərlərin günahı nədir, 

Budurmu davasız ölüm qəzası?!

            ***

Oyan bir anlığa, vazgen öyünür, 

İlhama arxa ol, çağlasın Vətən! 

Bəşəri varlıqsan, yerin görünür, 

Xalqın sevdasını yaxşı bilirsən. 

             ***

Nə qədər məzarın soyuq olsa da, 

Gələn də, gedən də mətləbi anlar. 

Sağlığında ömrü sağlam yaşadın, 

Məzarına gülsüz gəlmir insanlar.

                ***

Ala gözlərinin dərinliyində, 

Bir Vətən sevdası vardı içində. 

Xüsusi gedişlə dövləti qurdun, 

Tanıtdın ölkəmi ellər içində.

               VII hissə

    ƏSRİN MÜQAVİLƏSİ

İmzalandı “Əsrin Müqaviləsi” , 

Əzəldən bunlara inanırdım mən.

İnandıra bildin bütün hər kəsi, 

Qorudun Vətəni bir imzanla sən. 

               ***

Elə qurmusan ki, çalışır Vətən, 

Sağlam rəqabətlə yarışır Vətən, 

Cızıb yollarını qoyub getmişən, 

Düşmənlə hələ də savaşır Vətən.

              ***

Dünyada tanınan muzeylər ki var, 

Yoxdur sizinkinə oxşar tablolar. 

Bir insan ömründə olan əşyalar 

İncitək düzülüb, yoxdur boş divar.

                ***

Olub keçənləri yada salıram, 

Xəyalımdan nələr keçir, sayıram. 

İlk dəfə zavodda gördüm ötəri, 

Hələ də o günü xatırlayıram. 

                   ***

Mən şair deyiləm, sözlər ruhidir, 

Hamı çiçəklərdən xalça düzəldir, 

Sizə, Vətən oğlu, pay gətirmişəm, 

Sözlərdən düzülən gül çələngidir.

                 ***

Şükür, sizin yolla gedir oğlunuz, 

Müqəddəs səfərdə Hacı  oldunuz. 

İndi də əl tutur bir çox xalqlara, 

İsminizə layiq böyük fondunuz .

                 ***

Min illər ötəcək, bilsin insanlar, 

Dinimiz, dilimiz, millətimiz var. 

Tarixi yazanlar unutmasınlar: 

Bir dahi şəxsiyyət, sərvətimiz var.

                 ***

Haqqa qovuşmağın yoluna baxın, 

Qaşla göz arası “bir ömrə” baxın, 

Ən çətin yollardan keçdi bu insan, 

Bir insan ömrünün gücünə baxın.

                  ***

Ey xalqım! Yada sal keçən anları, 

Azadlıq istəyən qul insanları. 

Xalqın sərkərdəsi yoxdursa əgər, 

Talanar hər zaman dövləti, varı.

             ***

Yeraltı sərvəti varsa torpağın, 

Tapasan üsulun tam çıxarmağın. 

Siyasi şərtlərlə hesablaşmada

Biləsən yolunu çox qazanmağın. 

                 ***

Dünya bazarına addım atanda, 

Seçəsən kimlər var sənin yanında. 

Kimdir şəriklərin, nədir qazancın 

Satdığın sərvətin qarşılığında.

               ***

Şəriklər pul qoyur, tələbləri çox, 

Sərvət ölkəmizin, tədiyəmiz yox.

Böyük çətinliklər çıxır ortaya, 

Tərəddüd olsa da özgə çarə yox. 

                 ***

Şəriklər düzülüb böyük sırada, 

Əsrin layihəsi tamam ortada. 

Götür-qoy edənlər fikirləşincə, 

Baba son təklifin açır masada.

             ***

Olan çətinliklər bir az səngiyir, 

Şirkətlər babadan qarant istəyir. 

Kənardan baxana çox asan gəlir, 

Baba öz nüfuzun qarant göstərir.

             VIII hissə

       ŞAİR HESABATI

Bu gün ad günündür, bura gəlmişəm, 

İzdiham böyükdür, çox da möhtəşəm. 

İnsanlar axışır həddən ziyadə, 

Mən bir su giləsi, selə düşmüşəm. 

                   ***

Heykəlin önündə lal dayanmışam, 

Minbir sualım var, çaşıb qalmışam. 

İnana bilmirəm, ey Ulu Öndər, 

Suallar da məxfi, lap dolaşmışam… 

                     ***

Qarşımda ucalan heykəlin ki var,

Baş əyib önündə, fikrə dalıram. 

Ayrılıq nə qədər olsa da çətin, 

Bir dua oxuyub vidalaşıram.

              ***

Sizə məhəbbətlə yazdığım budur, 

Əlimdə bircə cüt gül gətirmişəm. 

Hamı çiçəklərdən çələng düzəldir, 

Mən dilimdə bitən söz gətirmişəm.

                  ***

Bilsəm ki, payımla məni anladın, 

Bu, mənim ən barlı bağım olacaq. 

Əbədi Günəşsən Azərbaycana, 

Səninlə bu Vətən yadda qalacaq! 

                 ***

Budur şəxsiyyətin gücü, inanın, 

Bunu unutmayın, yadda saxlayın! 

Heydər Əliyevi yaxşı tanıyın, 

Odur qurucusu Azərbaycanın!

                 Epiloq

Borc bilib gəlmişəm sizə eşqimi, 

Azad dövlətimə vurğun eşqimi… 

Heykəlin önünə qoyub gedirəm 

Bir gül dəstəsinə dönən eşqimi.

                ***

Ədalətəm, Sübhanıma duam var, 

Ölkəm müstəqildir, ana dilim var. 

Dalğalanan üçrəngli bayrağımla 

Dövlətlər içində öz Vətənim var.

05.05.2013

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest