GenelGüncelKültür Sanat

Ədalət bağı, Zəfər yolu – Südabə Məmmədova

Ədalət bağı, Zəfər yolu 

Zəfər   nədir ? “Ey xalqım ,  bu  5 hərfli sözün məqamı, dərin soy qatları bizə nə deyir ?

Zəfər – keçmişin, sönməz gələcəyin işığ lampası

Zəfər – ər oğullarının sinəsində meydan olan mübariz qalxanı

Zəfər – torpağa can verən ərənlərin  azadlıq meydanı

Zəfər – zülmətin, əzabın, assılığın bitdiyi anı.

Zəfər, Zəfər,   – aləmi özünə döndürən  tək tərəf…

Ey millətim,  keçmişə nəzər sal . Canlarını  qurban verən öz millətinə. Gör ki,  qədimliyi ilə aləmdə yer edib cahana doğan Zəfər adlı Ədalətə.

Yer üzündə hey qan töküb, can alan dünya mənimdir deyib sinəsinə döyərək Zəfər deyə bilməz.  Yalnız o şəxslər zülmət zümzüməsin carçısı olar.

– Ey  canı şirin varlıq, həyatda canından ötə bir varlığın varmı?

– Var…

– Varlığın  Ana torpağ. Torpaq isə sənin varlığın.

Necə də uca şərəfli varlıqlarıq, torpaq uğrunda canımızdan keçib son  məkanımız olan nurlu torpağa qərq oluruq.

Bəziləri buna adi, bəziləri isə son məkan kimi baxır, amma bir durub düşünmək lazımdır  . Axı son məkana yola salınan zaman hara gedəcəksən? Şərəfinlə, canınla, qanınla qoruduğun, ailənin yaşatdığın ana torpağının ürəyinə  . Nə başqa bir məmləkətin  , nə də başqa bir millətin  yanına , öz  Ana vətəninə

Zəfər Yolu…

10 noyabr 2020 – ci il…

Bu təqvim Azərbaycan tarixinin şanlı Qələbəsi olaraq tarixə qızıl hərflərlə 44 günlük Zəfər kimi həkk olundu.

Azərbaycan xalqı iki gün əvvəl noyabr 8 – dən qələbəni qeyd etməyə başlamışdı. Noyabrın 10-u günü bütün xalq ayağa qalxmışdı Zəfərin sədasına.

8 noyabr Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən  işğalından azad olunmuş,  xalqımızın istək və arzuları artıq real olmuşdu. Yüzlərlər insan əllərində bayraqla, kimisi maşınla, kimisi  piyada, hətta əlil arabasında   . Əllərini havaya qaldıraraq sonsuz dualar ilə şükür edən xalqımın bu duyğularını Şbu hisslərini heç bir yazı ifadə edə bilməz.

Bir zamanlar həyata göz açdığı, məktəbə getdiyi, cığırlarda, təpələrdə, yamaclarda balaca dostları ilə oynadığı, ailəsi ilə bir süfrədə əyləşib bəh – bəh ilə  yemək yediyi o zamanları, o duyğuları isti-isti xatırlayıb, doğma yurdunun qucağına tələsənlər də oldu…

Təsəvvür edirsiniz, hər ili bir ömrə bərabər olan, ürəyimizi dağlayan həsrətlə Şuşasız ölüb – dirilmişik.

Bu həsrətin sonu elə bu gün – düşmən işğalından azad edilib öz doğma insanlarına qaytarılan gün idi.

Bütöv Azərbaycan xalqının zəfəri böyük, güclü inam və güclü bağ sayəsində oldu.

Bu gün ilə Ali Baş Komandan adını tarixə yazdırmış oldu, həmçinin ata vəsiyyətini yerinə yetirmiş.

Bu Zəfər yolunda ordumuzun çətinlikləri qar, yağış, isti, soyuq demədən, dağlardan keçib  sıldırım qayaları aşaraq, yorğunluq nədir bilmədən, hətta kialometrlərcə yolu belə piyada getmişdilər.

Prezidentimiz – Ali Baş komandanımız siyasət meydanında danışıqlar apararaq, lazım gəldikdə isə siyasət meydanında  hər bir dövləti öz dili ilə yerində oturdaraq, gecə-gündüz bilmədən hər anı diqqətlə nəzərdə  saxlayırdı. Xarici jurnalistlər və xaricdən gələn dövlət rəsmiləri ilə danışıqlar zamanı təmkinli, rahat, düşündürücü, necə deyərlər, böhtanlara qarşı cavab atəşi açaraq, qarşı tərəfə əsil güzgünün öz əksini göstərmiş oldu. Azərbaycana gələn bir çox jurnalistdən eşitdiyi yeni böhtanları anındaca tutarlı cavabı ilə rədd etmişdi, dünyaya bir tək dövlət, bir tək millətin uydurmaları ilə göz qapamaları ilə baxmamağı, bütün dünyanın düşmənin əsil simasını, həqiqəti görməyini sağladı.

Baxın güclü mübarizə hər iki tərəfdən də gedirdi. Bir tərəfdən düşmən təxribat törədərək xalqımıza içdən atəşlər açır, cəlladlıq edənlərə qarşı ordumuz cavab atəşi açırdı.

Digər tərəfdən, təxribatçıların özünü dünya dövlətlərinə məsum, acınacaqlı tanıdıb məkirli siyasətində onlardan bir dirək (silah) kimi istifadə etməsi, bütün bunları Azərbaycana bir silah kimi doğrultması – bunların hamısını samballı, düşündürücü siyasəti ilə Ali Baş Komandamız cavab atəşi ilə susdurmuşdu.

Xalqımızın coşğusu, dəstəyi ordumuzu ruhlandırmış, onların gücünə güc qatmışdır. Bizim üçün xalqı üçün şəhid olan, yaralanan, bir sözlə, torpağa axan qanları ilə azadlığa rəng qatan, can verən, xalqın şəhidləri qaranlıq zülməti boğan qırmızı carçılar idilər.

Səngərlərə axışan xalqın qarşısını güclə alırdılar.

Qarabağda yaşayan azərbaycanlılara qarşı erməni təcavüzünə haqq qazandırmağa çalışanlar  guya  bu torpaqlar əzəldən erməninindir.  Tarixi faktlar bunun əksini göstərir…

 1805 – ci il mayın 14 – də təkcə İbrahim xanla Çar Rusiyasının generalı Kürəkçay müqaviləsini imzalamışdı, elə bunu  xatırlamaq kifayətdir. Ermənilər İrəvan və Türkiyədən  köçürülərək bura gətirilib. Təsüfki, dünyanın bu anlayış haqda  geniş məlumatı yoxdur. O müqavilə internetdə var.

 Müqavilədə erməni xalqı haqda bir dənə də kəlmə yoxdur. Çünki erməni xalqı o vaxt orda yox idi.  Kürəkçay, Gülüstan, Türkmənçay, müqaviləsindən sonra gətirildi və məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi.

Gəlin bir nəzər salaq çıxışlara, təxribatlara.

Erməni vandalları şəhərlərə, kəndlərə günahsız insanların  gecə yatdığı vaxtda raketlər, bombalar ataraq xalqın cəlladı olmasına. Əsl döyüş meydanda gedər, əsgər əsgərlə döyüşər, qorxaqlıqla və hiyləgərcəsinə günahsızların canı alınmaz, özünə bu yolu haqq bilməz, bu yol yalnız haqqa girər, vəhşiliyi aşar.

Bizim ordumuz – yalnız türk xalqımızın siması olan əsil düyüşcülərimiz yalnız meydanda döyüşdülər, nə onların etdiyini etdi, nə də  təxribata yol açdı. Əsil türklüyü dünyaya – göstərdilər, necə zirehli, möhkəm olduqlarını, dünya insaniyyətinə haqqı, ədaləti, düzgün döyüşü göstərdilər.

4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilib.

Bütün Türk dünyasının əsil aynası, qürur siması oldular, fəxr edirik Türklüyümüzlə.

Biz Türklər dünyada əsil döyüşü, siyasəti göstərdik, nə təxribat, nə də böhtan bizi zəiflətdi, yolumuzdan döndərdi. Biz tarixi ədaləti göstərdik.

Türk dünyasının Ədalət bağı, Zəfər yolu olduq!

Südabə Məmmədova
Südabə Məmmədova

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest