Genel

Dünya bu xəbərlə çalxalanır. Koronavirus haqqında yeni sənəd yayıldı.

Sənan Qılıncarslan Qacar/Azerbaycan

Koronavirus dünyanı sürətlə cənginə aldığı kimi onun necə yayılması haqqında xəbərlər də durmadan gündəmə gətirilir. Çin hökuməti ölkəsindən yayılan yoluxucu xəstəliyin siyasiləşdirilməsini tənqid etdiyi halda, dünya mediasının gündəmə gətirdiyi bir sənəd sözün əsl mənasında olay yaradıb. Bir sıra elm adamları bu ehtimalı inkar etsələr də, vaxtaşırı virusun rəqib gücləri zəiflətmək məqsədilə yaradıldığı iddiaları da səngimək bilmir. Moderator. az xəbər verir ki, “Yahoo News” xəbər portalı tərəfindən yayılan bir raporda yeni faktlar ortaya çıxarılıb. ABŞ-ın Federal Təhlükəsizlik Bürosuna aid olduğu iddia edilən sənədə görə, hələ 2018-ci ili son günlərində Amerikaya gələn Çinli bir elm adamının çantasından SARS və MERS virusları ilə yanaşı, EColi adlandırılan virusun da tapıldığı təsbit edilib. Dünyanın ən ölümcül xəstəliklərinin mənbəyi olan virusların daşıyıcısı olan elm adamının saxlanılması barədə ilginc dəlillər olduğu da iddia edilir. ABŞ aeroportlarının birində gömrük əməkdaşları tərəfindən saxlanılan alimin çantasından çıxanlar haqqında tərtib edilən raporda yazılır: “Aparılan araşdırmalar zamanı ələ keçirlən kiçik dərman şüşələrində Orta Şərq Tənəffüs Sindromu” (MERS) və SARS xəsətəlikərinin yayılmasına səbəb olan maddələr olduğu təsbit edildi. Hadisədə ələ keçirilən üçüncü şüşədə isə EColi (Covid-19) maddəsinin olduğu məlum olub”. Lakin FTB olaya aydınlıq gətirməyi və Çinli elm adamının kimliyini açıqlamağı qəbul etməyib ABŞ Milli Təhlükəsizlik Şurasında Çin üzrə məsləhətçisi, istefada olan general Robert Spaldinq bunun planlı bir hadisə ola biləcəyini və adətən daşıyıcının nə apardığını bilməməsinin də mümkünlüyünü bildirib. Lakin Rutgers Universitetinin kimya-biologiya üzrə professoru Riçard Ebrixt Covid-19 virusunun qəsdən ortaya çıxarılması barədə heç bir sübutun olmaması ilə yanaşı, onu da deyib ki, bu, bir laboratoriya qəzasında da baş verə bilər. Qəza ehtimalını artıran səbəblərdən biri də Çinin Beynəlxalq Əlaqələr Şurasının yüksək rütbəli mütəxəssislərindən olan Yanzhonq Huanqın Çinin biotəhlükəsizlik sistemlərinin qüsurlu olması barədə fikirləridir: “Bu səbəblə Çinin dövlət başçısı Xi Jin Pinq fevral ayında biotəhlkəsizlik sistemlərinin gücləndiriliməsindən danışmışdı”. Onu da xatırladaq ki, bir neçə gün əvvəl Amerikalı hüquqşünas Larry Klayman və onun vəkillik qrupu “Texas Watch Buzz Photos” Çin hökumətini, Çin ordusunu və bir sıra digər qurumları virusun yayılmasında ittiham edərək məhkəməyə vermişdi. Bundan çıxış edən bəzi ekspertlər hesab edirlər ki, mediaya sızdırılan bu rapor həqiqətə uyğun olmaya da bilər və əslində, Çinə qarşı hüquqi müstəvidə qaldırlan iddiaları gücləndirmək məqsədinə xidmət edir. Bir sıra analitikliər isə hesab edirlər ki, ABŞ bu kmi məlumatları yaymaqla gələcəkdə Çinə qarşı müəyyən təzyiqlərə zəmin hazırlayır. Xatırladaq ki, dünya üzrə koronavirusa yoluxanların sayı günbəgün artmaqdadır. Son statistiklara görə, virusa yoluxanların sayı 850 mini keçib, ölənlər isə 42,500-ə çatır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest