Dövlətçilik istiqamətində şərəflə xidmət edən gənc alim
Dövlətçilik istiqamətində şərəflə xidmət edən gənc alim
Mustafayev Fərid Mustafa oğlu 1986-ci il Bakı şəhərində anadan olub.
F.M.Mustafayev 2004-2008 Azərbaycan Memarlıq və İnşaat Universitetidə – ET010000-Ekologiya və təbiətdən istifadə ixtisasında Bakalavr pilləsində təhsil almışdır.
2009-2011–ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin ETM010011-Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi ixtisasında magistraturada oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, 2009-cu ildən hal-hazırki dövrə qədər Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların meliorasiya laboratoriyasında elmi işçi vəzifəsində işləyir
F.M. Mustafayev 2012-ci ildə Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda – Meliroasiya, rekultivasiya və torpaqların mühafizəsi ixtisasi üzrə aspiranturaya (əyani təhsil üzrə) qəbul olmuş və 2015-ci ildə müvəffəqiyyətlə bitirmişdir.
Mustafayev Fərid Mustafa oğlu ümumilikdə 50 yə yaxın elmi məqalələrin müəllifidir. Bunlardan 3-ü scopus (Q2 indeksli) biri isə agris bazasında dərc olunmuşdur. https://scholar.google.com/citations?hl=ru&user=4j2eRJMAAAAJ
O, 2022-ci ildə AMEA-nın Həmkarlar təşkilatı tərəfindən səmərəli elmi-ictimai fəaliyyətinə və gənclər günü münasibəti ilə, 2023-cü ildə isə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə və 2 Fevral- Azərbaycan Gənclər günü münasibətlə; 20 avgust 2022 –ci iltarixində N saylı Hərbi hissənin ictimai və həyat fəaliyyətində, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində roluna görə (N saylı Hərbi hissə komandiri tərəfindən); 27 avgust 2022 –ci ildə -Gənc nəslin hərbi Vətənpərvərlik ruhda tərbiyə olunmasına görə AVMVİB Zəngilan şöbəsi tərfindən; 20.09.2022- ci ildə -Azərbaycan ordusuna göstərdiyi dəstəyə, köməyə və diqqətə görə (N saylı hərbi hissə komandiri tərfindən); 04.04.2023-cü ildə – Hərbi hissəyə göstərdiyi maddi və mənəvi dəstəyə görə (N saylı Hərbi Hissə komandiri tərəfindən); 14.05.2023-cü ildə -Tovuz rayon ərazisində yerləşən hərbi hissənin mövqelərinin təkmilləşdirilməsində göstərdiyi köməkliyə görə; (Hərbi hissənin komandiri tərəfindən ) fəxri fərmanlarla təltif edilmişdir.
F.M.Mustfayev elmi fəaliyyətinə görə də bir sıra sertifikatlarla qiymətləndirilmişdir:
– by the European Academy of Sciences and Research (Hamburg, Germany),
– International Summer School KAZNARU-2022 at the Kazakh National Agrarian Research University in Almaty, the Republic of Kazakhstan from (June 6 to June 19, 2022),
– “Climate change and sustainable soil managment” international congress (2023),
– 1918- ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci il dönümü məruzə və iştirak (2023),
O, elmi fəaliyyətində bir sıra respublika və beynəlxalq konfransların təşkilat komitəsinin üzvü və sədri vəzifəsində çalışmışdır. O cümlədən, “Elm gününə” həsr olunan tələbə,magistr və doktorantlar (dissertantlar) arasında keçirilən “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış Respublika konfransı təşkilat komitəsinin sədri, redaktor muavini;
International Scientific-Practical Conference “Soil-ecological problems of agrocenoses and ways to solve them” Beynəlxalq konfransında Təşkilat komitəsinin sədri və redaktor müavini
-Gənc Alim və Mütəxəssilərin ikinci beynəlxalq elmi konfransında təşkilat komitəsinin üzvi;
-Climate change and sustainable soil managment international congress – beynəlxalq kongressdə- təşkilat komitəsinin üzvi və məsul katibi olmuşdur.
Mustafayev F.M. işlədiyi müddətdə bir sira təşəkkürnamələr almışdır:
– Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elm Festivalı (2023-cü ildə);
– Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş V Elm Festivalı (2024-cü ildə);
– “Qızıl örnək” məruzə və iştirak (2023-cü ildə );
– 3-cü şagird Respublika elmi-praktiki Konfrans (2022-cü ildə);
– “Climate change and sustainable soil managment” international congress (2023-cü ildə);
– ADPU-nun Şamaxı filialının kitabxan fondunun zənginləşdirilməsində göstərilən dəstəyə görə (2024-cü ildə).
Onun mətbuatda 500 dən çoxictimai-siyasi məqalələri dərc olunmuşdur: Bunlardan Respublika qəzeti, Xalq qəzeti , Elm qəzeti və science.az , Azərbaycan İnformasiya agentliyi , ses media , Azərtac , İki sahil, krimin sesi və s.
Ulu öndər Heydər Əliyev haqqında 1 kitabın müəllifidir (elmi, ictimai və siyasi). Hal-hazırda redaktə olunur.
Bundan başqa F.M.Mustafayev Ekspert kimi 3-cü şagird Respublika elmi-praktiki Konfrans (2022); Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elm Festivalı (2023); Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş V Elm Festivalı (2024) fəaliyyət göstərmişdir.
O, elmi fəaliyyəti ilə yanaşı aşağıdakı ictimai vəzifələrdə çalışmışdır:
– Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssizlər Şurasının sədr muavini (2016-2017);
– Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssizlər Şurasının sədri (2017-2021);
– Avrasiya Torpaq Cəmiyyətləri Federasiyasının Gənclər Bölməsinin prezidenti (2021-2022);(2021-2023-cü illərdə Azərbaycanın ev sahibliyi etdiyi Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyası )
-YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini (2021- ci ildən indiyədək);
Həmkarlar İttifaqının, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin, V.V.Dokuçaev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvidir.
Fərid Mustafayev ictimai həyatda aktivist kimi də fəaliyyət göstərir: Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiya (Dinc aksiyanın 3-cü günü) (14-14.12.2022);
-Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyada qrup rəhbəri kimi fəaliyyət göstərmişdir.(17.12.2022) .