Çocukların həpisi bir günəşin zərrəsidir və yaxud M.Y.Lermontovun 191 yaşlı “Dilənçi”şeirinin yeni tərcüməsi…
Görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun (1814 – 1841) “Нищий” (Dilənçi) adlı maraqlı bir
şeiri vardır. Şair bu şeiri 1830-cu ildə16 yaşında olanda yazmışdır.
Şeirin yazılması haqqında müxtəlif rəvayətlər, açıqlamalar, incələmələr olsa da, onlardan
danışmaq fikrimiz yoxdur.Məqsədimiz diqqəti tərcümə məsələlərinə yönəltməkdir.Müzakirə açmaq
fikrimiz də yoxdur.Yox, əgər buna ehtiyac olsa, fikirlərinizi eşitməyə hazırıq.
Fikir mübadiəsi aparmaq sizlərin mənəvi haqqınızdır. Biz dünya uşaqların azad və firavan
yaşamalarının tərəfdarıyıq.Dünya uşaqları azad və məsud yaşamaları,onların hüquqları mütləq
qorunmalıdır.Görkəmli Azərbaycan şairi Abdulla Şaiq çocukların birində onlarındili lə deyirdi
ki, “həpimiz bir günəşin zərrəsiyik”. Uşaqların əsəbləri ilə oynamaq,onlara əzab və əziyyət
verilməsi dünyanın hər yerində qanunla orunmalıdırr.
“Dilənçi” şeiri cəmi 3 bənddir, Hər bəndi abab kimi qafiyələnib,rus şeir texnikasının ənənələrinə
uyğun şəkildə işlənilib.
Mövzu kilsənin qabağında dilənçilik edən bir bədbəxtin həyatının bir neçə dəqiiqəsini əks etdirir.
Dilənçi –adamın ürəyini ağrıdan bir görkəmdə,bir haldadır.Onun istəyi bir tikə, bir loxma
çörəkdir.Uşağın əli dilənməkdən uzalı qalıb. O, insan bildiyi adamlara əl açır.Lakin bu bir tikə
çörəyi də bu müqəddəs yerdə- kilsənin qapısı önündə ona çox görürlər.Onun – həyata kor baxışlı
dilənçinin qabına nadir hallarda qəpik-quruş atırlar.
Bu kor baxışlı dilənci kar deyil. O, qəpiyin səsini tanıyır.
Bir dəfə bir nadan onun qabına istehza ilə pul əvəzinə bir qara daş parçası atır.Bu məqam 16
yaşlı gələcək şairin — Mişanın diqqətini cəlb edir. 16 yaşında məhəbbət oxu daşa dəyən Mişa bu
təhqiramiz hadısəyə dözə bilmir.O, rus dilinin rus poeziyası üçün geniş imkanlar açan dilində öz
düşüncələrini qələmə alır.
Нищий
У врат обители святой
Стоял просящий подаянья
Бедняк иссохший, чуть живой
От глада, жажды и страданья.***Куска лишь хлеба он просил,
И взор являл живую муку,
И кто-то камень положил
В его протянутую руку.***Так я молил твоей любви
С слезами горькими, с тоскою;
Так чувства лучшие мои
Обмануты навек тобою!
(1830)
________________________
Bu şeir dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilib və kitablara
düşüb.Bir sıra tərcümələri ilə ədəbiyyat tariximizdə özünə yer tutan şair-tərcüməçi Eyvaz Borçalı
Mixail Yuryeviç Lermontovun “Dilənçi”sini oxuculara belə çatdırıb:
***
Eyvaz Borçalı M.Y.Lermontovun “Dilənçi” şeirinin tərcüməsi
Müqəddəs bir kilsə önündə biri
Sədəqə umurdu gəlib-gedəndən.
Bir sümük qalmışdıyazıq,bir dəri,
Aclığın,əzabın,dərdin içində.
***
Onun diləndiyi bir tikə çörək,
Yalvaran gözləri bir məşəqqətdi.
Kim isə ötəndə rişxənd edərək,
Uzalı əlinə daş qoydu getdi.
***
Beləcə yalvarıb sevdim dəruni,
Acı göz yaşların yandı həsrətdən.
Könlümün ən acı istəklərini,
Beləcə aldatdın əbədilik sən….
***
(Bax:M.Y.Lermontov.Seçilmiş əsərləri.Öndər nəşriyyatı.Bakı,2005.cəh.19.
Tərcüməçi Eyvaz Borçalı)
***
Mənə elə gəlir ki, tərcümə alınmayıb.16 yaşlı gənc şairin hiss və həyəcanları oxucunu
təsirləndirmir.
Azərbaycan dilində tərcümə,hər nəsnədən əvvəl, dilin axıcılığı və incəliyi, erləcə də aşılanan fkir
və ideyanın uyğunluğu ilə diqqəti cəlb etməlidir.
Əlbəttə, bu fikir də doğrudur ki, hər bir tərcümə orijinalla müqayisədə nöqsanlı görünür.Lakin
nöqsanın faizinin az olması naminə bəzi klassik tərcümələrdə olduğu kimi, tərcüməçi yaradıcılıq
nümunəsi də göstərməli, türkdilli poeziyanın dilinin gözəlliyini oxucuya hiss etdirməlidir.
Eyvaz Borçalı kimi qabil bir tərcüməçidən sonra bu şeiri tərcümə etmək çətin və naqolay görünsə
də, mənfəətdən xali olmadığı üçün mən də “Dilənçi”ni dilləndirdim:
***
Nazim NəsrəddinovM.Y.Lermontovun “Dilənçi” şeirinin tərcüməsi
Dilənçi
Bir kilsənin önündə
Dilənirdi dilənçi.
Lap ölünün günündə,
Üzü, gözü ,çənəsi…..
***
İstəyi – loxma çörək……
Dönübdür əzabına….
Kimsə ona gülərək ,
Daş tullayır qabına…
***
Eh…Sənə rəğbətimi
Mən göstərə bilmirəm….
Qarşında xəcalətli-..
Yerə girib, ölmürəm…….
***
Nazim Nəsrəddinov.
Bakı. 09.05.2021