GenelGüncel

Bu gün Türk Dünyasının və Türkiyənin görkəmli siyasi xadimi Alparslan Türkeşin vəfat etdiyi gündür.

Sənan Qılıncarslan Qacar / Azerbaycan

Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Şimali Kiprin Lefkoşa şəhərində doğulub. Əslən Kayserilidir. Gəncliyində ata babası Arif Ağa Kayserinin Pınarbaşı məhəlləsinin Yuxarı Koşgərli kəndindən Kiprə köçüb. Atası Əhməd Hamdi Əfəndi, anası Fatimagül Zəhra xanımdır. Gənc Alparslan ilk və orta təhsilini Lefkoşada alır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçməyə məcbur olur. Hərbi xidmətdə olmağa böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Əsgər Litseyinə qəbul olur. 1938-ci ildə Hərb Məktəbinin məzunu olur, kiçik leytenant rütbəsi ilə Silahlı Qüvvələrdə xidmətə başlayır. 1944-cü ildə baş leytenant Türkeş Nihal Atsız və Nejdət Sançarla birlikdə “İrqçilik-Turançılıq” məhkəmə iddiası üzrə mühakimə olunur 9 aydan artıq bir müddətdə Topxana Əsgər Həbsxanasında saxlanılır. 1945-ci ildə sərbəst buraxılır və 1947-ci ildə bəraət alır. 1955-cildə Hərbi Akademiyanı bitirdikdən sonra ABŞ-a göndərilir. Türkeş orda piyada məktəbində təhsilini aldır. 1955-1957-ci illərdə Vaşinqton NATO Daimi Komitəsində türk ordusunu təmsil edən heyətin tərkibində yer alır. Türkiyənin Vaşinqtonda olan Hərbi Akademiyasında yüksək vəzifələrdə çalışır. Bu müddət ərzində Alparslan Amerika Universitetində Beynəlxalq İqtisadiyyat fakultəsində təhsil alır və 1959-cu ildə vətəni Türkiyəyə böyük uğurlarla qayıdır. Elə həmin ildə də Almaniyaya Atom və Nüvələr tədris Mərkəzinə göndərilir, bu mərkəzi də müvəffəqiyyətlə başa vurduqdan sonra, 1960-cı ilin 27 mayına qədər Avropada müxtəlif NATO toplantılarında və hərbi mövzularda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının təmsilçisi olaraq iştirak edir. Milli Birlik Hərəkatının öndə gedən başqanlarından olan Alparslan Türkeş, bu hərəkatı milli birliyi əldə saxlamaq naminə reform hərəkat olaraq düşünmüşdü. Hərəkata müdaxiləsindən sonra Başqan əvəzli olaraq fəaliyyətə başlayır. Artıq hökumət müşaviri olan Alparslan bəy 19 noyabr 1966-cı ildə elə bu vəzifənin icraçısı kimi də, Türkiyədən Hindistana – Yeni Dehliyə göndərilir. Burada da dövləti üçün böyük işlər görür. Tez-tez Türkiyədə yaranan qanun boşluqlarına da öz etirazını bildirir. Bunun üçün hətta 1963-cü ildə bir neçə ay həbs həyatı da keçirir. Ancaq dayanmadan o doğru bildiyi yoldan çəkinmir, hər zaman haqqın tərəfində olmağa çalışırdı. 1963-1980-cil illər arasında 4 dönəm Ankara və Adananın millət vəkili seçilir. Eyni zamanda da 1975-ci ildən sonra qurulan hökumətlər dövründə başbakan yardımçısı vəzifəsində də çalışır. Artıq 1980-ci ildə Alparslan Türkeş Türkiyənin ən öndə gedən simalarından – dövlət adamlarından biri kimi tanınırdı. 12 sentyabr 1980-ci ildə hərbi çevrilişindən sonra işindən ayrılır. Ardınca da 12 sentyabr hərəkatından sonra, MHP və Ülkücü Quruluşlar davasıyla günahkar bilinərək, məhkəmə qarşısına çıxarılır. Alparslan Türkeş həbs edilir və 9 aprel 1985-ci ilə qədər məhbəs həyatı keçirir. Məhbəs həyatını başa vurduqdan sonra, Alparslan 6 iyul 1987-ci ildə təntənəli şəkildə Böyük Millət Məclisinə yenidən daxil olur. 4 oktyabr 1987-ci ildə Millətçi Çalışma Partiyasının Gənəl Başkanı seçilir. 1991-ci ildə yenidən keçirilən başkan seçkisində uğur qazanır. Türkeş təkcə Türkiyədə deyil, digər türk cümhuriyyətlərində də milli hərəkatın, türkçülüyün güclənməsində maraqlı idi. Türkeş 1992-ci ilin may ayının 3-də Bakıda olub, “Azadlıq” meydanında əqidə dostu, çağdaş Azərbaycan Milli Hərəkatının lideri Əbülfəz Elçibəylə birlikdə xalqı salamlayıb. Eyni zamanda “Azadlıq” meydanında çıxışdan öncə başbuğa medal da təqdim edilib. Meydanda toplaşan azərbaycanlılar tərəfindən böyük coşquyla qarşılanan Türkeşin çıxışı sürəkli alqışlanıb. Azərbaycan Xalq Cumhuriyyətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını səsləndirən Alprarslan Turkeş Bakıda bildirib ki, yüksələn bayraqlar türklərin bayrağıdır və bir daha enməyəcək. Başbuğ çıxışında azərbaycanlılara əldə etdikləri müstəqilliyi qorumağı və türklərin sıx birləşmələrinin vacibliyini vurğulayıb. Mərhum eks-prezident Əbülfəz Elçibəyin yaxın silahdaşı olmuş, hazırda Türkiyədə yaşayan Xanım Xəlilovanın verdiyi məlumata görə, 1992-ci ildə Alparslan Türkeş Bakının “Azadlıq” meydanına məhz o dövrdə prezidentliyə namizəd olan Əbülfəz Elçibəyi müdafiə etməyə gəlmişdi. Onun sözlərinə görə, o zaman Turkeşə “bozqurd” işarəsini bura gələrkən Əbülfəz Elçibəy öyrədib. Turan sevdalısı olan böyük lider, “bozqurd”ların əfsanəvi lideri 1997-ci ilin aprelin 4-də vəfat edib. Allah rəhmət eləsin.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest