Genel

Bu gün də belə keçdi…. Salam,ey ömrümün yeni bir günü

Bu Dünya- Şirin Dünya,

Quyusu dərin dünya.

Bu gün də belə keçdi,

Yaxşıya kərim dünya. (Yada düşür yetmiş yaşlı yaşıdlarım)

***
Dünyada  hər kəsin vardır  öz yeri, 

İşıqlı dünyada çaşanlar azdır.

Çaşana yerini göstərir dünya,

Dünya bu cəhətdən düzdür, tarazdır.

***

Tələsən insanlar təndirə düşür,

Kimisi cələyə, kəndirə düşür,

Əyrilər son vaxtlar yaman sürüşür,

Baxmır ki, bu, Kürdür,yoxsa Arazdır.

***

Topuq məsələsi burda anılmır,

Doğru söz deyəndə insan yanılmır.

Qanmayan, görəsən, niyə yonulmur?

Bəlkə elə bilir toxunulmazdır.

***

Mənim yaşıdlarım gedirlər, haray…

Bəd xəbər səslənir,hər həftə, hər ay… 

Niyə vaxtsız -vaxtsız sökülür saray

Bu necə oyundur, bu necə bazdır?

***

Əvvəllər qorxurdum otuz yeddidən,

İndi qırx yeddiyə yaxın getmirəm.

Fikrimdə dolanır bu fikir hər dəm:

“Ah. Dünya necə də bir oyunbazdır”.

***

70-in yanından sıfrı silən yox,

Sabahkı gününü dəqiq bilən yox.

Nə qədər tutsa da özünü mərd,tox,

Dünya kimə qışdır, kiməsə yazdır.

***

Yazın bu sözümü, tarixə yazın,

Mənasız  bir həyat mənə nə lazım?

Əgər eşidilir səsim, avazım,

Deməli, sağam mən, əhvalım sazdır….

“Dünya beş günlükdür”-fikrini azdır….

Nazin Nəsrəddinov.

Bakı. 31.01.2019.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest