Türk Dünyası

Bizimlə rusca danışanlara Türkcə cavab verəcəyik

Sənan Qılıncarslan Qacar / Kırımınsesi / Azerbaycan

Dünən Ermənistan mətbuatı separatçılarının rus dilini “ikinci dövlət dili” kimi qəbul edəcəyi barədə məlumat yayıb. Separatçıların rus dilini “ikinci dövlət” dili kimi tanıması təbii ki, Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq. Rus dilinin separatçılar tərəfindən siyasi manipulyasiya alətinə çevrilməsi Bakı-Moskva münasibətlərində xoşagəlməz vəziyyət yarada bilər.
Separatçıların başçısı Araik Arutunyan özünə qarşı alterntiv olaraq meydana atılmış Balasanyan təhlükəsini bir qədər azaltmaq üçün Moskvanın gözünə girməyə çalışmış, eyni zamanda həm ruslara, həm ermənilərə burada söz sahibi olduğunu sübut etməyə çalışmış da ola bilər.

Rüstəm Muradov və Araik Harutyunyan Rüstəm Muradov və Araik Harutyunyan
Bu hadisələr fonunda Azərbaycanda Xocalı faciəsinin ildönümünün yaxınlaşması, ölkə Prezidenti İlham Əliyevin fevralın 26-da Xocalıya gedib-getməyəcəyi müzakirə olunur. Başqa bir tərəfdən bir neçə ay öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz doğum gününü Xocalıda keçirəcəyini demişdi. Xatırladaq ki, qardaş ölkə liderinin doğum günü də fevralın 26-na təsadüf edir. Bu gün Türkiyədə Azərbaycanın siyasi xadimlərinin görüşləri başlayıb. Siyasi kuluarlarda başlanmış bu aktivlik nə ilə əlaqədardır? Əcəba, Ərdoğan hər zaman etdiyi kimi yenə sözünü tutaraq Xocalıya gələcəkmi? Hər iki liderin Qarabağa səfərləri gözlənirlirmi?

Ağ partiya sədri Tural Abbaslı hesab edir ki, İlham Əliyev və Ərdoğan fevralın 26-da Xocalıda olacaqlar. Bu məlumat kimi dəqiq olmasa da, siyasətçi hesab edir ki, Ərdoğana böyük bir lider olaraq sözü boşuna deməz.

Əziz Əlibəyli Əziz Əlibəyli
Siyasi şərhçi Əziz Əlibəyli isə Bizimyol.info-nun sualına cavab olaraq bildirib ki, bizimlə rusca danışmaq istəyənlərlə türkcə danışacağıq: “Öncə Türkiyədəki görüşlər barədə danışım. Baş nazirin səfəri sırf iqtisadi xarakterlidir. Baş prokurorun Türkiyəyə səfəri beynəlxalq cinayətkarlıq və terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq xarakteri daşıyır. Bu gün Prezident İlham Əliyev qanun imzaladı. Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi. Bunlar önəmli məsələlərdir.

Rus dilinin Dağlıq Qarabağda “ikinci dil” elan edilməsi əslində Rusiyanın təsiri altında baş verir. Cavab olaraq nə deyə bilərik? Bizimlə rusca danışanlara biz türkcə cavab verəcəyik. Yəni Ermənistanın müttəfiqi Rusiyadırsa, bizim də müttəfiqimiz Türkiyədir. Rusiya Qarabağda böyük oyunlar oynamaq, daha böyük pay sahibi olmaqla Qafqazın tən ortasında bir münaqişə ocağının qalmasında maraqlıdır. O bu yolla həm Azərbaycana, həm Ermənistana təsirini qoruyub saxlamağa çalışır. Ona görə Qarabağda qüvvələr toplayır, güclənməyə çalışır. Rus dilinə status verməklə daha artıq himayəyə aldığını nümayiş etdirmək istəyir. Amma Rusiyada yaxşı bilir ki, bu hökmranlıq Zəngəzur dəhlizi açılana qədər davam edəcək. Zəngəzur dəhlizinin açılmasında Azərbaycan və Türkiyə ilə yanaşı, Britaniya da maraqlıdır. Bu dəhliz Londondan Pekinə qədər böyük ticarət yolunun mühüm hissəsini təşkil edəcək. Odur ki, Rusiya indi daha artıq pay qoparmaq üçün Arutunyandan, Vitali Balasanyandan istifadə edir. Fevralın 20-də isə Paşinyanın devrilməsi planlaşdırılır. Bu əlbəttə bizim xeyrimizə olmaz, yeni ssenarilər yarada bilər. Odur ki, Azərbaycan da Paşinyanın hakimiyyətdə qalmasına kömək etməlidir. Əks halda, bizə xoş olmayan nəticələr yarana bilər”,- deyə o bildirib.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest