Kültür Sanat

Bir daha general Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki…

1911-1912-ci illərdə Bakıda Haşım bəy Vəzirovun mətbəəsində “İşıq” adlı bir qəzet

nəşr

olunmuşdur. Qəzetn redaktoru milliyyətcə tatar olan Tiflisdəki Olqa Mamaılıq

İnstitutunun məzunu qızlıq soyadı Subhanqulova olan Xədicə xanım Əlibəyova, naşiri

isə onun əri tərcüməçi, ədib, vəkil Mustafa Cabbar oğlu Əlibəyov idi. “İşığ”ın ilk

nömrəsi 1911-ci il yanvarın 22-də çıxıb. 2 il ərzində 68 nömrəsi dərc olunan “İşıq”

həftəlik qəzet idi, Qəzet hər şənbə günü nəşr olunurdu. 
“İşığ”in ilk nömrələri Tserkov küşəsi ilə Spasski küçələrinin küncündəki 44

nömrəli binada redaktə olunsa da,sonrakı nömrələrdə redaksiyanın ünvanında

dəyişillik görünür.Əvvəlki 44 rəqəmi 70 rəqəmi ilə əvəz olunur-Spasski küçəsi ,70. 
“İşıq” qəzeti əvəllər görkəmli ziyalı, İrəvan Seminariyasının məzunu, şuşalı Mir Həşim

bəy Mir Həsən oğlunun (Haşım bəy Vəzirov-N.N.) “Səda” mətbəəsində çap

olunurdu.Sonralar mətbəə ünvanını dəyişmişdir.

Azərbaycan mətbuatında fəxri yeri olan “İşıq” uzun müddət tarix kitablarında,

hətta dərsliklərdə oxuculara jurnal adı ilə təqdim olunmuşdur.Halbuki “İşığ”ın elə

ilk səhifəsində o, dövrün oxucularına belə təqdim olunmuşdur:həftədə bir dəfə

şənbə günü nəşr olunacaq,ətfala(uşaqlara-N.N.),ədəniyyata, təbiyyat
təbiət elmləri-N.N.) və evdarlığa dair xanımlar qəzetəsidir. 
Ərəb qrafikası ilə yazılan bu sözlərdən sonrakı sözlər rus qrafikası ilə nisbətən iri şriftlə

göstərilmişdir-ЕЖЕНЕДЕЛЪНАЯ ГАЗЕТА Abunə qiymətləri nüsxəsi-5 qəpik, illiyi –Bakıda 3 manat,qeyri şəhərdə-4 manat yarım,

altı aylığı Bakıda-2 manat, qeyri şəhərdə 2 manat 50 qəpik Mamələkin (maməlk-bir adamın malik olduğu mülkiyyəti içində,mal-mülkü N.N.) illik

abunə -6 manat, altı aylıq isə-4 manat müəyyənləşdirilmişdir. “İğıq” bağlanandan sonra Əlibəyovlar öz ixtisaslarına uyğun sahələrdə işləmişlər.

Onlar

1920-ci ildə Şəkiyə köçmüş, 17 il burada birgə yaşamışlar.1937-ci ildə hakim

dairələrnin

narazılığına səbəb olan bir fikrə görə M.Əlibəyov Sibirə sürgün olunmuşdur. Onun

həyat

yoldaşı və 5 uşağı isə1946-cı ildə Bakıya köçmüşlər. Artıq bir il idi ki, M.Əlibəyov

həyatda yox idi.O,71 yaşında sürgündə vəfat etmiş və müsəlman qıbirstanlığında dəfn

olunmuşdu. Xədicə xanım isə 1961-ci il mayın 19-da dünyadan köçmüşdür.

“İŞIQ” HAQQINDA BIR SIRA ELMI TƏDQIQAT IŞLƏRI ARARILSA DA, BU

QƏZETIN ÖYRƏNILMƏSININ HƏLƏ DƏ CIDDI PROBLEMLƏR VAR. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin

məsləhətçisi Rəqibə Məmmədovanın“İŞIQ” qəzetinin imperatriça Aleksandra

Fyodorovnaya təqdim edilməsi” adı ilə çap olunan məqaləsində türk dunyasının ilk

qadınlar qəzetlərindən biri olan “İşığ”ın maraqlı incələmələri diqqəti cəlb edir.

Məqalə “İşıq” qəzetinin 103 illiyinə həsr edilmiş, 2014-cü ildə “İşıq” adı ilə nəşr olunan

jurnalda dərc olunmuşdur.( “İşıq” qadın jurnalı, № 1 (77), 2014.). 
Məqalədə Xədicə zanım Əlibəyovanın adı XX əsrin maarifçi, fəal ziyalı Azərbaycan

qadınlarından – Şəfiqə xanım Əfəndizadə, Sona xanım Tağıyeva, Rəhilə xanım

Hacıbababəyova, Mədinə xanım Qiyasbəyli, Fatma xanım və Liza xanım Muxtarova,

Səltənət xanım və Nigar xanım Qayıbovalar, Əminə xanım Batrişina ilə bir yerdə çəkilir.

Məqalə müəllifi “İşığ”ın redaktoru Xədicə xanım Əlibəyovayanın maarifçilik

sahəsindəki əzəmətli işlərindən rəğbətlə söz açır.

 … 1911-ci ildə Xədicə xanım və Mustafa bəy “qadın qəzetəsi” çıxarmaq qərarına

gəlirlər.

Əslində türk dilində qadınlara aid qəzet çıxarmaq ideyası Qasprinskilərə

məxsusdur..Lakin onlar bu ideyanı-ana dilində həftəlik qadın qəzet ideyasnı reallaşdıra

bilməmişlər
Əlibəyovlar isə bu sahədə daha qətiyyətli olmuşlar. 
Mustafa bəy və Xədicə xanım Azərbaycanda ilk qadın mətbuat orqanının əsasını

qoyaraq, Bakıda 1911-ci il yanvarın 22-də “İşıq” qəzetini təsis edirlər. Qəzetin

redaktoru

Xədicə xanım Əlibəyova, naşiri Mustafa bəy Əlibəyovdur . 8-12 səhifə həcmində çıxan

bu qəzetdə, həm Azərbaycan, həm də rus dilində məqalələr dərc edilirdi.Rusdilli

məqalələrin sayı çoxluq təşkil etmirdi. B mqalələrin çoxunu Mstafa bəy yazırdı. Nəşri 1912-ci il dekabrın 21-nə qədər davam edən ”İşıq” özünü “xanımlar üçün

qəzetə”

adlandırırdı. “Kaspi” qəzeti 22 yanvar 1911-ci il tarixli sayında “İşıq”ın çap

olunması

haqqında yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə

həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tat

ar (Azərbaycan-

N.N.)dilində çapdan çıxmışdır. Qəzet müsəlman qadın və uşaqların tərbiyəsinə

xidmət edən bir orqandır”.

“İşıq” qəzetinin çıxması Qafqazda böyük marağa səbəb olur. “Kavkazskaya kopeyka”

qəzeti bu haqda yazırdı: “22 yanvar 1911-ci ildə yeni müsəlman qadın qəzetinin –

“İşıq”ın ilk nömrəsi çıxdı. Qəzet qadın məsələlərinə həsr olunur(“Kavkazskaya

kopeyka”, №18, səh. 3)  Rusiya Dövlət Kitabxanasında (RDK) saxlanılan “İşığ”ın bir toplusundan aydın olur ki,

bu qəzetin iki komplekti (nömrələrin cildlənmiş toplusu)1911-ci ildə Rusiyanın birinci

xanımına hədiyyə verilmişdir.
 “İşıq” toplusunun hədiyyə verilmiş cildindəki bu sözlər diqqti cəlb edir. 
“Ея Императорскому Величеству Государынъ Императирицъ Александръ

Феодоровнъ – «Ишыгь» за 1911 годъ. «Светь»”. Bu hədiyyə “İşıq”ın bağlanması təhlükəsi ilə ilgilidir. “İşıq”da maraqlı yazılar çoxdur.Bu gün onlardan biri haqqında söz açırıq.. Bu,”İşıq”ın naşiri Mustafa bəy Əlibəyovun məqaləsidir. Qəzetin 1911-ci ildəki 9-cu nömrəsinin birinci və 2-ci səhifələrində dərc olunan məqalə 
“General Hacı Zeynalabdin Tağıyev həzrətlərinin nitqi”
adlanırdı. Sərlövhənin altındakı 
“Hovruz bayramı münasibətilə” sözləri məqaləyə marağı daha da artırır: 
“Rəbiüləvvəl ayının 20-sinə təsadüf olunan eyd novruzun (novruz bayramı-N.N.)

birinci günü Hacı Zeynalabdin Tağıyev həzrətlərinin Qız Məktəbi imarətində “

Bakı Cəmiyyəti-Xeyriyyəsi” və “Nəşri -Maarif Cəmiyyəti” xadimi-millət Hacı

Zeynalabdin Tağıyev və qaziyi- vilayəti-Baku Ağa Mir Məhəmməd Kərim Hacı

Mir Cəfərzadə həzəratın təhti -nəzarətində mükəmməl bir rəsmi tiəərrin tərtib

olundu. Cəmiyyətin nəfinə isə iyirmi min manatdan ziyadə cəm olundu.
 Rəsmi-məzkurda Baku qoradanaçalniki,qubernatoru ,şəhri-idarə rəisi və İran

qonsulu və şəhərinəyani-əşraf və ürəfasından daha bir xeyli adam mövcud idi.
Rəsmi qəbulə təşrif gətirən zəvati- möhtərma ( möhtərəm adamlar-N.N.)

məktəbin

ğayət bəzədilmiş salonunda( zalında) Hacı və qazı həzrətləri tərəfindən kəmali-

şövq

və məhəbbətlə qəbul olunurdular. Qaziyi – vilayət Ağa Məhəmməd Kərim

həzrətləri məqamına münasib bir nitq söyləyüb, imperator və imperatoriçə

həzrətlərinin ömürlərinə xeyirdua etdilər.Məclisə gələnlər cürbəcür şirniyat

vəhəluyat ilə müəzzin olunmuş sügrəyə dəvət olundu. 
Lakin bu məclisdə insanı ən çox fərəhnak xoşhal edən orada bir çöx darülfünun

qurtarmış mühəndis, təbib və yurist müsəlman cavnların mövcud olması idi ki,

biz

müsəlmanların ümdə xoşbəxt yeganə səbəbidir. Hacı qonaqlar ilə bərabər vidalaşıb gedərkən birdən -birə dala qayıdıb məclisdə

qalan müsəlmanları böyük zala dəvət etdirib, orada özünün boyu bərabəri

(əksini)

göstərib və dedi ki,
 –“Övladlarım! Bənim bu əksimə bir diqqət ilə baxın.Görün orada nə

görürsünüz? 
Cəmaət sükut ilə təsvirə tamaşa edərkənn həştad (H.Z.Tağıyevi yaxşı tanıyan

M.Əlibəyov onunyaşını nın həştad oluğunu deyr-N.N.) sinnində bir yaşlı Hacı

həzrətləri buyurdular ki:

–“Övladlarım!Görürsünüzmü ki, bənim sağ əlim dini-islamın rükni(dirəyi) və

madəri-iftixarı Qurani-əzim kitabının üstündədir.Sol əlimdə tutduğum isə

qəzetədir. 
Övldlarım! Bənimsizə axırıncı nəsihətim budur ki, Quranı həmişə sağ, qəzetəyi isə

sol əlinizdə tutub xalqa sidq və sədaqət ilə xidmət edəsiniz”. 
Hacı atanın bu …hakimanə kəlamı bana o qədər təsir elədi ki, indi o nəsihəti bir an

qəlbimdən çıxarda bilməyirəm. Oqucularım! böylə bir nəsihət bu vəqtə qədər heç bir üləmanın ağzından eşidlməyibdir. 
Zənnimcə bu gözəl nitqi tariximizə qızıl mürəkkəb ilə yazılıb,əsəri-nafe olaraq,həmişə

mühafizə etməliyik.Cünki bir parə şəxslər Quranı dutanda zəmanənin etdigi ağlar

halını

balmərrə(tamamilə)unudurlar.Qəzetə tərəfdarı olanların bəzisi isə nəinki bir

Ouranı,hətta

bütün islamiyyəti belə yaddan çıqarurlar.
 Mustafa bəy Əlibəyov”. ***
Hacı Zeynal Abdin bəy Tağıyevin bu portreti haqqında incələmələrdə müəyyən

münasibətlər var.Bir sıra tədqiqaçılar bu portretin müəllifinin məşhur rus

rəssamıİ.Brodski olduğunu söyləsələr də,burada müəyyən anlaşılmazlıqlar ortaya çıxır. H.Z.Taıyev öz portreti önündə tələbə qızlara öyüd-nəsihəti 1911-ci ilin novruz

bayramında söyləyir.Deməli,İ.Brodski 1912-ci ildə Bakıya gələndə bu portret artıq

məktəbin akt zalında, başqa bir portretin yanında asılıbmış.Bu portret haqqında

sənətşünas Ziyadxan Əliyevin maraql qeydləri var.
Z.Əliyevin yazdıına görə, portret uzun müddər Tarix Muzeyndə bir keüncdə

qalaqlanmş

xalzçaların alına atılıbmış.Bərpaçı rəssam Fərhad İbrahim oğlu

Haçıyev (1929-1987) çox çətinliklə portretin bərpasına icazə alıb.Etinasızlıq ucbatından

portret pis vəziyyətə düşübmüş.Portret bərpa olunandan sonra sərgilənmiş və

tamaşaçılara göstərilmişdir. Rəssamın qızı da bir neçə il bundan

qabaq “Baku”qəzetində portretin problemli həllindən söz açmışdır.
Məsələ burasındadır ki,rəssam F.Hacıyev portretin bərpası zamanı müəyyən

yanlışlıqlara yol vermişdir. Belə ki,H.Z.Tağıyev deyir ki,mənim sağ əlim Quranln

üstündədir,sol əlimdə tutduğum isə qəzetdir.Bərpa olunan portretdə isə

H.Z.Taıyevin sağ əli aşağı sallanmışdır.Onunsol əlində tutduğu isə mülki

generalların geyim atributlarından biri olan ağ əlcəkdir.
Z.Əliyev məqaləsində portretin həm orijinalını, həm də bərpa olunmuş variantını

oxuculara təqdim edir.

Çox güman ki,İ.Brodski, H.Z.Tağıyevin məşhur portretini çəkəndə, işləyəndə ona

vacib olan bu əsərdən istifadə etmişdir.

Pin It on Pinterest