GenelKültür Sanat

Azerbaycan’da Şamaxı filialında kitab sərgisi

07 dekabr 2023-cü il tarixində Azerbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında kitab sərgisi keçirildi.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Kitabxanasından Azərbaycan Dövlət Pedaqoji Universitetinın Şamaxı filialınadilçilik, ədəbiyyatşünaslıq, müxtəlif elm sahələrinə aid, həmçininbədii ədəbiyyat nümunələrindən ibarət 116 adda 147 nüsxə kitab hədiyyə edilmişdir. Hədiyyə olunan kitablar  sərgi vasitəsiylə nümayiş olundu. Sərgidə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim və tələbə heyəti iştirak edirdi.

Filialın Kitabxana və elektron resurslar şöbəsi tərəfindən hazırlanmış sərgidə nümayiş olunan kitablar hər kəsin marağına və sevincinə  səbəb oldu.

Filialın direktoru dosent T.V.Yusifova çıxışında olduqca dəyərli kitabları filialımıza hədiyyə etdiyinə görə AMEA-nın prezidenti,akademik İsa Həbibbəyliyə, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, akademik Nadir Məmmədliyə, həmin institutun kitabxana müdiri Sevil Zülfüqarovaya,həmçinin  göstərdiyi dəstəyə görə bilavasitə rolu olan filialın “Sosial və xüsusi fənlər kafedrası”nın müəllimi dosent Sübhan Talıblıya filialın müəllim və tələbə kollektivi adından təşəkkür və minnətdarlığını bildirdi. Akademiyanın Azərbaycan Dövlət Pedaqoji Universitetinın Şamaxı filialına göstərdiyi bu diqqət və qayğının yeni müştərək layihələrin yaranması üçün motivasiya olduğunu dedi. Hədiyyə kitabların sayəsində müəllim və tələbələrin müasir kitablarla təmin olunacağını və kitabxanada oxucuların artacağını qeyd etdi. Gələcəkdə də Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqələr daha da möhkəmləndirilsini və filialın kitabxanasının zənginləşdirilməsi üçün akademiyanın digər institutları ilə əlaqə yaradılacağını vurğuladı.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest