Kültür Sanat

Bir Azərbaycan Türkünün düşüncəsi

Azərbaycan Bizim nəsil bir nəsnə edə bilmədi. Burada bütöv Türk Dünyasından söz açmaq üçün daha diqqətli olmalıyıq. Türkün Yarası deyə vurulmuş düyünlər vardır. Bu düyünləri açmaq üçün Bütöv Türk Dünyası xalqları Turan bayrağı altında birləşməlidir. Məzlum Türklərin, imperializmin əsarətində inləyən xalqın haqq səsini dünyaya çatdırmaq bizim əsas amalımız olmalıdır. Bu yazıda Çin zülmünə sinə gərən Uyğur Türklərinin deyil, Kırımda azadlığı əlindən alınmış Kırım Tatar Türkləri deyil, bütün Tatar Türklərinin vətəni olan Tatarıstandan(Başqırdıstandan) deyil, bir neçə imperiyaya, dövlətə varislik etmiş Azərbaycandan, 300 ildir ki qızıl istibdad zülmünə məruz qalmış Azərbaycan Türklərindən söz edəcəm. Biz özümüzə qarşı çox biganəyik. Çünki biz ancaq ləlöyün kimi pul yığmağa, torpaqlar almağa, bağ evləri tikib, mənzillər alıb kirayə verməyə çalışırıq. Heç olmasa övladlarımıza doğru-dürüst təhsil verək, vətəni tanıdaq. Onlar qədim, əzəli yurda qayıtmağa cəhd göstərsinlər.
Çünki bizim məqsədimiz Qarabağı almaq deyil, Çünki bizim məqsədimiz Kərküklə bir olmaq deyil, Çünki bizim məqsədimiz Dərbəndin dərdinə şərik olmaq deyil, Çünki bizim məqsədimiz Borçalını belə tanımaq deyil, Borçalını bizim bədbəxtlər Telli Borçalı ilə tanıyır.
Çünki bizim məqsədimiz Irəvandan olduğumuzu təbliğ etmək deyil, deyirik biz yerazıq, krazıq nə bilim kiminsə bizə ad qoşduğu bir zibilik! Özümüzə qayıda bilmirik! Özümüzü dərk edə bilmirik! Öz tariximizi ərəb və fars mənbələrindən oxuyuruq! Özümüzü, özümüzdən soyuduruq! Özümüzə sahib çıxa bilmirik. Bizim Azərbaycan Türklərini hər yerdə alçaldırlar.Dağıstanda yerdə tısbağa kimi süründürdülər bizi, Borçalıda tatrebi dedilər.Güney Azərbaycanda ana dilimizdə danışa bilmədik. Dərbənddə asmilə olaraq ruslaşdıq. Kərkükdə kürdün, ərəbin, gülləsinə tuş gəldik. Qarabağda o qədər gözəllikləri bizə bəxş edən ALLAHa təşəkkür etmədik. ALLAHa şərik qoşaraq köməyi pirdən, ocaqdan istədik. Sahib olduğumuz gözəl yerlərin dəyərini bilmədik. Ancaq erməni ürəyimizdən qoparanda oyandıq.
Böyük dərddir! Yazırsan ürək ağrısı, yazmırsan sancı verir!

Yaman Ağırdır

Məni daşımağa gücü çatmadı…
Mən kiçik olsamda yüküm ağırdır.
Bu həyat tək məndən ibarət deyil,
Əllərim qısadır, sözüm ağırdır.

Bir sözü ki ürəyimə batmadı,
O, başı ki bu sinəyə yatmadı,
Söz deyəndə harayına çatmadı,
Gözlə kəsmələri yaman ağırdır.

Söz söyləyər, sözlərinin üstünə,
Od qalayar gözlər çıxar tüstünə,
Ağız büzər, çıxar canı qəsdinə,
Acı kəlmələri yaman ağırdır.

Yuxu kimi ötüb keçir həyatım,
Düşündükçə təlxə düşür ovqatım,
Bir yolluq göz yumub əbədi yatım,
Olanı həzm etmək yaman ağırdır.

Elsevər Hüseynoğlu
Bakı~ 20/05/2020

Pin It on Pinterest