GenelGüncel

Behram Resulov

sadə həyat

Çatmırsa cürətin sinənə döymə
Gəl sadə ol insan! özünü öymə
Haqqını heç kəsə vermə,əyilmə
Mərd ol sən, namərdə heç boyun əymə


Çoxu əsir düşüb nəfsi əlinə
Əriyir şam kimi, axır dibinə
Daha işıq vermir şam da, özünə
Çəkmə bu dünyanın,qəmini çəkmə


Qələm yazır, vərəq dözmür ahına
Ağ vərəq ağlayır insan halına
Görmür göz yaşını çatsın dadına
Daha doyub insan salmır yadına


Hər kəs bir ömür yaşayır həyatda
Çox insan əzab çəkir fikir-altda
İnsan! nələr yoxdur ki, bu həyatda?
Yaşa ömrünü xoş, vurasan başa.

Həsəd
Dağlar da,söykənir bir böyük dağa
Təkəbbür insanı çəkməz qabağa
Qartal uçar həsəd aparar qarğa
Heç zaman çatmaz o arzularına.


Nə qədər fəth etsən uca zirvəni
Ağac , qurd yeyəcək sənin gövdəni
Gəl yaz bu barədə sən bir naməni
Oxusunlar haqqında salnaməni.


Əzəldən bu dünya belə olubdur
Qarğa qartalın belinə qonubdur
Nəfəsi çatmıyan yazığ qarğanın,
Arzuları bax belə, puç olubdur.

Namə

Namə yazdım göndərirəm ünvana
Oxu yazdığımı salasan yada
Gəldim uzaq eldən çatdım məkana
Yol verməz olaydım o vaxt nöqsana.


Bilmirəm hardasan,neynirsən indi
Darıxdım bir anlıq gözlərim dindi
Mən Məcnun olmadım,səndə ki, Leyli
Daha axtarmıram keçibdir xeyli.


Sanma ayrılmışıq daha yoxam mən
Hər gün xəyalımda yaşayırsan sən
Ruhumuz bir olur yuxumuz da, tən
Ağarıb saçlarım düşüb indi dən.

iki aləm

Hər iki aləmin nişanəsi var
Od-alov cəhənnəm işarəsidir
Güllərin bitdiyi bağçalar ki,var
Allahın cənnətə işarəsidir


Gözümüz önündə şəkli ki, vardır
Yatmışlar oyanmır sanki aşkardır
Ölən zaman insan ayılacaqdır
Artıq gec olduğun anlayacaqdır


Qəlblərə toxunma şüşədən zərif
Qırsan deməz sənə kimsələr tərif
Düzələr qırılsa daşdan möhkəmi
zamanla dəyişər insan görkəmi

Tale

Mən dünyaya gələn körpə bir uşaq
Ağlayıram – həyat incidir məni
Heç kim , heç kəs daha anlamır səni
Qırx günüm tamamdır görürəm yəni
Hissimlə yaşadım ana bətnində
Paxıllıq görmədim,kin də görmədim
nəvazişdən başqa heçnə görmədim
bu dünyaya gəlməyi istəməzdim
Necə də saf idim,necə də təmiz
Paklıq da, qalmadı getdi tər-təmiz
De-mən bu dünyaya gələndən bəri
Kaş ki, yaşayardı pak biriləri
Analar körpəsin nəfsinə satdı
Sevgi qoyub adın kamına çatdı
Balaca uşağın qutuya atdı
Günahı edərək haviyə açdı

Sifət

Zahiri gözəldir, daxili zülmət
Yalan gülüş satır indi çox sifət
Qəlbi ərp bağlamış,ölmüş məhəbbət
Yaşamağa deyir qalmayıb həvəs


Günah axtarır neçə-neçə üzdə
Baxmır e görsün ki, günah özündə
Beləcə yaşayır ömrü bitirir
Adam var Allaha iman gətirir


Çox adam xeyirə vəsilə oldu
Allahla bəndənin ortağı oldu
Siratı keçməyə vasitə oldu
Yalan gülüş satan gördün nə oldu?

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest