Azərbaycanın Dünya Türkmənlərin Vasitəsilə Böyük Diaspor şəbəkəsinə sahib ola bilər
Azərbaycanın milli və etnik kimlik üzərindən aparacağısiyasət türkmənlərlə əlaqələrin inkişaf etdirilməsi, onların yaşadıqları ölkələrdə məhz milli kimlik üzərindən təşkilatlanaraq güclü Azərbaycan diasporuna çevrilməsi üçün işlər görülə bilər.Bunun üçünsə Azərbaycanın müvafiq qurumlarının sanballı fəaliyyət proqramı və onu həyata keçirəcək konsepsiyası olmalıdır.
Əgər bunu təmin edə bilsək, çox qısa zamanda Azərbaycan həm bu ölkələrdə, həm də bütövlükdə Suriya’de İraqda dünyanın bütün nöqtələrinə səpələnmiş Türkmənlərin vasitəsilə diaspor şəbəkəsinə sahib ola bilər.
Yeri gəlmişkən, məzarı Suriyanın şimalında yerləşən və Osmanlı dövlətinin qurucularının ulu babası hesab olunan Süleyman şah Suriyaya məhz Azərbaycan ərazilərindən köçüb.Bu və digər faktlar Suriya türkmənlərini Azərbaycan əhalisi ilə qohumluğunu sübut edir.Bu gün Suriyada qanlı olaylar baş verir.
Ümid edək ki, bu ölkədə proseslər tezliklə aydınlaşacaq. Və yeni Suriyada türkmənlərin layiq olduqları yeri ala biləcəklər.Amma bunun üçün bizim də üzərimizə düşən vəzifələrimiz var.