Azerin – Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi .
Bağışla məni
Bağışla, bu gündən, bağışla məni,
Sevgimi içimdə boğub gedirəm.
Gözümün önündə əriyib gedən ,
Dərdimi-sərimi yığıb gedirəm.
***
Gedirəm, geriyə dönməmək üçün,
Gedirəm yanına gəlməmək üçün,
Gedirəm, bağışla, bağışla məni,
Bir daha üzünə gülməmək üçün.
***
Bir gün bağışlasan, bəlkə də dönüb,
Bir səhət qayıdıb gələ bilərəm.
Sükuta qərq olmuş ürəyimlə mən,
Həsrəti qəlbimdən silə bilərəm.
Könlümü qırıb getdin
Könlümü qırıb getmisən,
Mənə dərd verib getmisən,
Daha sevgimdən itmisən
Nədən sevməyi bilmədin ?
***
Nəyim varsa sənin idi,
Ömrüm-günüm idin.
Bu günüm, dünənim idin,
Nədən sevməyi bilmədin?
***
Gözü yaşlı qoyub getdin ,
Son sözünü deyib getdin ,
Əlini yelləyib getdin ,
Nədən sevməyi bilmədin ?
Qəlbimin qapısın bağlasam əgər
Bilirsən, ürəyim dərdlə doludur ,
Danışsam dərdimi kim dinləyəcək ?
Susdurub bu dərdi salsam qəlbimə,
Qəlbimdə böyüyüb dağa dönəcək.
***
Dərdimi anlayar üzümə baxan,
Göz yaşım sel olub içəri axar.
Könlümün qapısın bağlasam əgər,
Ordan həsrət baxar, intizar baxar.
Neyləmək olar
Xəyallar puç olub, ümidlər bitib,
Əllərin boş qalıb neyləmək olar?
Buludlar ağlayır, günəş də itib,
Qəlbimi dərd alıb neyləmək olar?
***
Zaman ötüb keçir elə ahəstə,
Gözlərim yoldadır qulağım səsdə,
Min arzu, min istək, min bir həvəsdə,
Qəlbim sənsiz olub, neyləmək olar?
***
Qaytara bilmərik ötən zamanı,
Hanı o xoş günlər, söylə, bəs hanı?
Tanı bu dünyanı, gəl yaxşı tanı,
Məni dərdə salıb neyləmək olar?
Məni bağışla
Bağışla bu dəfə gələ bilmədim ,
Gözünün yaşını silə bilmədim,
Mən sənsiz danışıb- gülə bilmədim,
Bacarsan sən məni, məni bağışla.
***
Gözünü yollara dikməli oldun,
Dünyanın yükünü çəkməli oldun,
Son dəfə göz yaşı tökməli oldun,
Bacarsan sən məni, məni bağışla.
Bilmirəm
Dərdlərim başımın üstünü alır ,
Başımı qaldırıb baxa bilmirəm .
Gözümün önündən itib bu dünya,
Sevda yuxusundan çıxa bilmirəm.
***
Soruşsan, dərdimi bilən çox olub ,
Danışa bilmirəm, gülə bilmirəm.
Həmişə var olan birdən yox olub,
Daha göz yaşını silə bilmirəm.