Azərbaycanlı şair Ələsgər İbrahimov’un vefatının 75. Anısına
Oğuz Yurdum Sədərək
Ey sinəsi dağlı Qoca Sədərək,
Dağtək uca olsun ağ başın gərək.
Bəlalar görməsin başın bir daha,
Səni tapşırmışıq qadir Allaha.
Bir yanın Türkiyə, bir yanın İran,
Gör harda yaradıb səni yaradan.
Dörd tərəf dağlardan qala qurulub,
Hər görən eşidən sənə vurulub.
Əjdəkan, Ucubiz, o, Vəli Dağı
Elə bil gəlinə bir boyunvağı.
Araz, belindəki kəmərə bənzər,
Allah, uzaq olsun burdan bədnəzər.
Qoşa Ağrı Dağı bizə boylanır,
Hər zaman özünü cənnətdə sanır.
Ağrının qarları yayda əriyər,
Bostan bitkiləri bu zaman dəyər.
Gözün işlədikcə yararlı torpaq,
İzlərəm sinəmdə ahlar qoparaq.
Deyimmi ?
Yaltaqlıqlar boynumuza biçilir,
belə yaşam qəbahətdir deyilmi?
yaltaqlanan günü gündən kiçilir
bu da hikmət kəramətdi deyimmi?
El yolunda nə yanmışam sor görək,
Alışmağa gendən gərək qor gərək.
Tay tuşlarnan tamsındığım şor-çörək,
Şaha layiq ziyafətdi deyimmi?
nakam eşqi ürəkləri dağlayan,
Söz mülkünə ləl-gövhəri toplayan,
Gecə-gündüz vətən deyib ağlayan,
Kəlbəcərli Şücaətdir deyimmi?
Baş açmırıq yağıların felindən,
Unutqanıq, biganəyik qədimdən.
Yıxılanın tutmasaq biz əlindən,
Bu özünə xəyanətdi deyimmi?
Az qövrlən, az alış yan Ələsgər,
Çox çəkməz ki belə dövran Ələsgər,
Haqqa sığın əldə Quran Ələsgər,
Qalan nə var söz söhbətdi deyimmi?
“” Görüb ki “”
Qürrələnib qalxma bəmə, gah zilə.
Qoyma kimsə ayaq altda əzilə,
Geci-tezi axır bu son mənzilə,
Əzrail çox köç karvanın sürüb ki,
Dünya səndən o qədərin görüb ki.
De kim qalıb yersiz özün öyməmiş?
De kim qalıb fələk qəddin əyməmiş?
Kim qalacaq baş əhlətə dəyməmiş
Odam deyən zəif muma dönüb ki,
Dünya səndən o qədərin görüb ki.
O görsüyün ipə sapa yatmayan,
Özün dartıb el obaya qatmayan,
Qəvvas olub dəryalarda batmayan,
Vaxt yetişib, əsir qula dönüb ki,
Dünya səndən o qədərin görüb ki.
Öyünmə ki, cəh cəlalım, varım var,
Mütləq mənəm, əlimdə imkanım var,
Malım mülküm, eyvanım sarayım var,
O sarayda çox çıraqlar sönüb ki,
Dünya səndən o qədərin görüb ki.
EY SİNƏSİ DAĞLI QOCA SƏDƏRƏK.
Şairliyiə, poeziyaya vurğun Ələsgər İbrahimov 1945- inci ilin 9 May Günü Sədərəkdə doğulmuşdu. Vətən, torpaq, el deyərək yazdığı bütün şerlərində vətən sevgisi, torpaq sevgisi, cavanlara öyüd nəsihət, böyük-kiçik hörməti, ağsaqqal nəsihəti ilk misralarda yer alardı. bu gün Qələbənin 75 illiyi elə şair Ələsgərin də 75 illiyidi. həmişə ən böyük Qələbə öz Qələbəmiz olacaq deyərdi şair Ələsgər. Sədərəklilərin yaddaşında silinməz xatirələri ilə qalan Ələsgəri bir də sizinlə birlikdə xatırlayaq
Kırımınsesi Gazetesi