GenelGüncelKültür SanatTürk Dünyası

Azərbaycanda gömrük xidmətinin yaranması və fəaliyyəti –   Səma Vahabzadə

Azərbaycanda gömrük xidmətinin yaranması və fəaliyyəti

SSRİ-nin süqutdan sonra onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etdi. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüququ varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. Qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı və digər regional təşkilatlar tərəfindən tanınmaqla mustəqil Azərbaycan Respublikası beynəlxalq hüququn subyektinə çevrildi.

Bu gün Azərbaycan Respublikasının daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq Cənubi Qafqazda regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq aləmdə mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.

Müasir beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət yürüdən Azərbaycan Respublikası diplomatic əlaqələrini, iqtisadi-ticari, hərbi, təhlükəsizlik, mədəni, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi dövlətləri, beynəlxalq və regional təşkilatlarla əlaqərini özünün milli mənafe və maraqlarına uyğun olaraq müəyyənləşdirir.

Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müstəqil siyasətinə sadiqdir: “Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki yaratdıqları stereotiplərə sığmır”.

         Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu çoxşaxəli inkişaf və sabitliyi təmin edib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır

Gömrük işi istənilən dövlətin iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir.Ümumdünya Gömrük Təşkilatı (Gömrük Əməkdaşlıq Şurası) 15 dekabr 1950-ci ildə imzalanmış və 4 noyabr 1952-ci ildə qüvvəyə minmiş “Gömrük Əməkdaşlığı Şurası Konvensiyası” ilə yaradılmışdır. Şuranın 1994-cü ildə keçirilən iclasında təşkilatın fəaliyyətini və funksiyalarını daha yaxşı əks etdirməsi baxımından təsis müqaviləsində heç bir dəyişiklik edilmədən təşkilatın adının Ümumdünya Gömrük Təşkilatı kimi əsərlərdə qeyd edilməsi qəbul edilib. Ümumdünya Gömrük Təşkilatı ilk iclasını 1953-cü il yanvarın 26-da 17 ölkənin iştirakı ilə keçirib və bu gün onun üzvlərinin sayı 183-ə çatıb. Sözügedən 183 üzv ölkə dünya ticarətinin 98%-ni həyata keçirir. Təşkilat gömrük cinayətlərinə qarşı mübarizə sahəsində araşdırmalar aparır, o cümlədən gömrüklə bağlı siyasətləri qurur, həyata keçirilməsi ilə bağlı nizamnamələr hazırlayır.

Azərbaycanda gömrük işinin tarixinə baxış

Odlar Yurdu Azərbaycan dünyanın çox qədim tarixə və zəngin mədəniyyətə malik məmləkətlərindən, bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biridir. Avropanı Asiya ilə birləşdirən məşhur “İpək Yolu”nun Azərbaycandan keçməsi, Şərqlə Qərb və Cənubla Şimal arasında ticarət karvanlarının bir məkanda qovuşması nəticəsində bu diyarda ticarət və sənətkarlıq inkişaf etmişdir. Orta əsrlərə aid tarixi mənbələr və sənədlər sübut edir ki, Azərbaycanın xarici ticarət əlaqələrinin çox qədim tarixi var. Belə ki, hələ IX yüzillikdə Azərbaycan ərazisində artıq gömrük vergiləri tətbiq olunurdu. 

Orta əsrlərə aid sənəd və mateaillar sübut edir ki, Azərbaycanın xarici ticarət əlaqələrinin çox qədim və zəngin tarixi var. Hələ IX əsrdə Azərbaycan ərazisində gömrük vergiləri tətbiq olunurdu. XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə qədər (Səfəvilər dövrü gömrük tarixinin ən parlaq səhifələrindən biridir), yəni Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər burada sərbəst vergi və gömrük siyasəti yeridilirdi. Rusiyanın bu yerlərə marağının artması, XIX yüzillikdə regionda yaranmış gərgin ictimai-siyasi vəziyyət Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi ilə nəticələndi və imperiyanın iqtisadi sərhədləri cənuba doğru xeyli irəliləmiş oldu. Bakı şəhərində gömrükxana Rusiya İmperatoru I Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar (9 fevral) 1807-ci ildə təqdim olunmuş “Bakı şəhərində gömrükxananın təsis edilməsi barədə” Fərmanla yaradılmış və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. Sonralar Azərbaycanda 2018-ci il mayın 18-də Astara və Culfa gömrük məntəqələri də açılmışdı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkə rəhbərliyi gömrük işinin təşkili və idarə edilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə qərar vermişdi. Cümhuriyyət hökuməti olduqca ağır daxili və beynəlxalq şəraitdə müstəqil gömrük xidməti yaradılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə gömrük sisteminin fəaliyyətə başlaması haqqında 1918-ci il avqustun 10-da hökumət tərəfindən qəbul edildi. Qərara əsasən, ilk vaxtlar ən çox ehtiyac duyulan yerlərdə və zəruri sayda işçilər götürülməklə, gömrükxanalar yaradılırdı, müvafiq təşkilati strukturlar formalaşdırılırdı. 1918-ci il dekabrın 17-də isə parlamentdə gömrüklə bağlı qəbul edilən qərara əsasən gömrük məntəqələrində ciddi yoxlamalar aparılmış, yeni gömrük məntəqələrinin, zastavalarının, keçid postlarının yaradılması zəruri hesab olunnuşdur. Dövlətin ticarət maraqlarını qoruyan, yüklərin daşınmasına nəzarət edən və gömrük rüsumlarını toplayan hökumət müəssisəsi olan Bakı Gömrükxanası 1918-ci ilin mayında kollegiyadan, əməliyyat-texniki şöbəsindən və sahil mühafizəsindən ibarət idi. Cümhuriyyət hökumətinin apardığı islahatlarla əlaqədar Bakı Gömrükxanası 1918-ci ilin avqustunda Ticarət və Sənaye Nazirliyinin gömrük idarəsinə, 1918-ci ilin dekabrında isə Maliyyə Nazirliyinin gömrük idarəsinə tabe edilib. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti isə 1919-cu il iyulun 29-da Maliyyə Nazirliyinin gömrük idarəsinin ləğvi, əvəzində nazirliyin dəftərxanası nəzdində gömrük rüsumları şöbəsinin yaradılması haqqında qanun qəbul edib.

Bakı Gömrükxanası İran və Avropa dövlətləri ilə bağlanmış ticarət müqavilələrinin yerinə yetirilməsində öz səlahiyyətləri daxilində fəaliyyət göstərir, malların qəbulu, yoxlanılması, onlara gömrük rüsumunun qoyulması, qaçaqmalçılıqla mübarizə, Bakı dəniz limanında olan bütün gəmilərin uçotu və qeydə alınması ilə məşğul idi. Həmin dövrdə Bakı Gömrükxanası gəmi nəzarəti (kabotaj ticarətinə və xarici ticarətə nəzarət), pakqauz komandası (malların qəbulu, saxlanması, çeşidlənməsi və qaçaqmalın tutulması), mühasibat (pul və əmtəə kassası) və dəftərxanadan (ümumi kargüzarlıq, məhkəmə işləri, müsadirə işləri, inzibati hissə) ibarət idi.

Bundan başqa Gömrük Xidməti Dəstələri Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qanunsuz ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə yaradılmış sərhəd mühafizə və yoxlayıcı qurumlar idi. Cümhuriyyət hökumətinin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Şıxlı və Salahlı kəndlərində, Poylu dəmiryol stansiyasında dövlət sərhədini qaçaqmalçılıqla ərzaq keçirilməsindən qorumaq məqsədilə gömrük postları yaradılmışdır. Eyni zamamdaBakıda 1918-ci il dekabrın 26-da BAzərbaycanla Gürcüstan arasında mal mübadiləsi haqqında müqavilə, 1920-ci il fevralın 5-də Bakıda Azərbaycanla Gürcüstan arasında tranzit yüklər haqqında müqavilə, Azərbaycan-İran müqavilələri arasında 17 maddədən ibarət Ticarət-gömrük konvensiyası imzalanmışdır.Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm dövlət strukturlarından olan gömrük xidmətinin yaradılması və inkişafı göstərir ki, Cümhuriyyət rəhbərliyi siyasi və iqtisadi müstəqilliyi hər vəchlə möhkəmləndirmək xəttini yürüdürdü.

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra buradakı sərhəd məntəqələrində Sovet İttifaqına məxsus gömrük xidməti orqanları fəaliyyət göstərmişdir. Lakin onların heç biri Azərbaycan Respublikasının bilavasitə fəaliyyəti ilə bağlı olmamışdır.

Lakin cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı. Çar Rusiyasının xələfi olan Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılmış və müxtəlif iqtisadi orqanlara tabe etdirilmişdi.

Müasir Azərbaycan Respublikasında gömrük işinin təşkili

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Yarandığı ilk illərdən milli gömrük sistemi diletantların sayəsində irəli getmək əvəzinə günü-gündən gerilədi. Qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri – bütün bunlar o dövrün gerçəklikləri idi.

1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin vaxtdan başlayaraq, respublikanın ictimai-siyasi həyatında baş verən müsbət dəyişikliklər, siyasi və iqtisadi sahələrdə islahatların ardıcıl şəkildə aparılması, dövlətin bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Yeni tarixi şərait, ölkəyə investisiya təyinatlı malların idxalının artımı xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasını tələb edirdi.

1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti yanında geniş tərkibdə keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyəti müzakirə edildi. Dövlət Gömrük Komitəsinin fəaliyyətini və yol verilmiş nöqsanları hərtərəfli təhlil edən Azərbaycan Prezidenti Heydər Əliyev öz tövsiyələrini verərək qeyd etdi ki, “biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin”.

Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildən etibarən 30 yanvar tarixinin gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi Ulu Öndərin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi. Azərbaycanda gömrük işinin möhkəm təməllər üzərində inkişafına böyük məsuliyyət hissə ilə yanaşan və bu sistemin təkamül yolu ilə dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini başa düşən Dövlət Gömrük Komitəsinin ən sıravi əməkdaşından rəhbərliyə qədər hər birinin gərgin əməyi və xidmətləri danılmazdır.

Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

İlk bахışdа gömrük işi mаhiyyətеtibаriləçохsаdə görünür. Əslində isə sаdə göründüyü qədər mürəkkəb və kоmplеksхаrаktеrliоlаn gömrük işi, həm də еlеmеntlərinin həmcins оlmаsı ilə diqqəti cəlb еdir. Bu isə, gömrük işinin müхtəlif məqsədli məsələlərin həlli yоllаrı ilə əlаqədəоlmаsı ilə bаğlıdır. Gömrük işinin tərkibinə yuхаrıdаgöstərilənlərdənbаşqа gömrük stаtistikаsı və ХаriciİqtisаdiFəаliyyətinMаlNоmеnklаturаsının (ХİF MN) аpаrılmаsı, qаçаqmаlçılıq və gömrük işi sаhəsindəki digər cinаyətlərəqаrşımübаrizə, gömrük qаydаlаrınınpоzulmаsı ilə bаğlı işlərin icrааtа götürülməsi və bахılmаsıdааidеdilir. Аncаq bu cür yаnаşsаq, оndа gömrük işinin strukturunu nəzəri cəhətdən tаm şərh еdə bilərik. Gömrük işinin mаhiyyətini öyrənmək isə həm tələbələr, həm də bu işlə tаnışоlmаq istəyənlər üçün хüsusi əhəmiyyət kəsb еdir. İndi isə gəlin gömrük işinin strukturu ilə tаnışоlаq. Yeni Gömrük Məcəlləsinə görə, gömrük işinin strukturu аşаğıdаkıblоklardа öz əksini tаpmışdır: 1. Gömrük siyаsəti; 2. Gömrük sərhədindən mаl və nəqliyyаtvаsitələrininkеçirilməsi prinsipləri; 3. Xüsusi gömrük prosedurları; 4. Gömrük-tаrif tənzimlənməsi; 5. Gömrük ödənişləri; 6. Gömrük rəsmiləşdirilməsi; 7. Gömrük nəzаrəti; 19 8. Gömrük stаtistikаsı və хаriciiqtisаdifəаliyyətin mal nоmеnklаturаsı; 9. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti. Sаdаlаnаn bu blоklаr gömrük işinin təşkilində nə qədər müstəqil hеsаbеdilsə də, bir о qədər də şərti хаrаktеrdаşıyır. Çünki оnlаrınаdı, mаhiyyəti, rоlu və stаtusumüхtəlifоlsаdа, ümumilikdə gömrük işinin bütövlüyünə, dаhаgеnişmənаdа isə ölkəmizin iqtisаditəhlükəsizliyinəхidmətеdir. Milli təhlükəsizlik sistеminin bir hisəsiоlаniqtisаdi təhlükəsizlik еynizаmаndаоnunstrukturundаdахilоlаnmаliyyə, еnеrji, ərzаq və müdаfiə-sənаyеtəhlükəsizliklərinin də əsаsını təşkil еdir. Gömrük orqanları ölkənin iqtisadi təhlükəsizliyinin təmin edə bilən gömrük siyasətini həyata keçirir. Gömrük siyаsəti, оnunhəyаtаkеçirilməsi üçün bаşlıcа zəmin оlаn gömrük хidmətininfəаliyyətinəəsаslаnır. Qеydеtməklаzımdır ki, gömrük tənzimlənməsiniyаlnız gömrük оrqаnlаrınınfəаliyyəti ilə еyniləşdirməkyаnlış fikirdir. Gömrük siyаsətininfоrmаlаşdırılmаsı və həyаtаkеçirilməsiçох mürəkkəb bir prоsеsоlub, hаkimiyyətin hər üç qоlunun – qаnunvеricilik, icrа və məhkəmə hаkimiyyətinin, həmçinin bu işdə mаrаqlıоlаnsаhibkаrlıqdаirələrininbilаvаsitəiştirаkı ilə rеаllаşа biləcək bir məsələdir. Gömrük siyаsətininmаhiyyəti – gömrük tаrifqаnunvеriciliyində, müхtəlifistiqаmətlibеynəlхаlq gömrük birlikləri ilə münаsibətlərinyаrаdıl-mаsındа, 23 sərbəst gömrük və ticаrətzоnаlаrının təşkil еdilməsində öz əksini tаpır. Gömrük siyаsəti dövlətin iqtisаdi və хаriciticаrətsiyаsətininаyrılmаz hissəsi оlduğu üçün, hökumətin ümumi iqtisаdistrаtеgiyаsının məqsəd və vəzifələrindənаsılıdır.

2000-ci ildə Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının, 2003-cü ildə isə Bakıda Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin və DGK-nın dünya standartlarına cavab verən Kinoloji Xidmət Mərkəzinin açılış mərasimləri həyata keçirilmişdir. 2006-cı ildə Dövlət Gömrük Komitəsində İnformasiya-Sorğu Mərkəzi və müasir Server Xidməti istifadəyə verilmiş, 2011-ci ildə isə ÜGT-nin Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin açılış mərasimi həyata keçirilmişdir.

“Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan “Azərbaycan Respublikasının gömrük qanunvericiliyi kitabının üç cildi və yeni “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi” kitabı çapdan çıxmış və ictimaiyyətə təqdim edilmişdir.

Bir sözlə, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, onun diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrükxidmətinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında vüsətli inkişafından çox böyük fərəh və iftixar hissi ilə danışmaq olar.

Gömrük siyasətinin normativ-hüquqi bazasının formalaşması

Azərbaycan Resupblikasında gömrük-tarif tənzimlənməsi məsələləri, “Gömrük Məcəlləsi” və “Gömrük tarifı haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda nəzərdə tutulmuş hüquq normaları ilə həll olunur. Azərbaycan Respublikasında Gömrük orqanlarının işinin hüquqi təminatının əsas qanunu olan, 14 bölmə, 61 fəsil və 450 maddədən ibarət olan “Gömrük Məcəlləsi” “Gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin genişlənməsinə, gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, onların öz vəzifələrini yerinə yetirilməsinə yönəldilmişdir”.

İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olundugu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur. Vergilər və gömrük ödəmələrinin hüquqi əsasını Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulmuş müddəalar, habelə Azərbaycan Respublikasının müvafiq qanunları təşkil edir. Azərbaycan Respublikası gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisinin tətbiqi Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”nə uygun həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 saylı qərarı ilə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının miqdarı müəyyən edilmişdir.

Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığı

Azərbaycan Respublikasının iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkəmizdə aparılan gömrük siyasətinin də mühüm rolu vardır. Azərbaycanda gömrük siyasətinin, gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası, beynəlxalq miqyasda gömrük əməkdaşlığının genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılmışdır.

Dünyanın 40-dan çox ölkəsi ilə gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsi və müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə 70-ə yaxın saziş, protokol, memorandum və sair beynəlxalq sənədlər imzalanmış, həmçinin Azərbaycan Respublikası 15 dekabr 1950-ci il tarixli “Gömrük Əməkdaşlıq Şurasının yaradılması barədə Konvensiya”ya, 1 yanvar 1988-ci il tarixli “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiya”ya, 21 may 1980-ci il tarixli “Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya”ya (Nayrobi Konvensiyası), 2 dekabr 1972-ci il tarixli “Konteynerlər haqqında Gömrük Konvensiyası”na, 14 noyabr 1975-ci il tarixli “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası”na və 18 may 1973-cü il tarixli “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiya”ya (dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası) qoşulmuşdur. Bunlarla yanaşı, 26 iyun 1990-cı il tarixli “Müvəqqəti İdxal Konvensiyası” (İstanbul Konvensiyası) Dövlət Gömrük Komitəsində Azərbaycan dilinə tərcümə edilərək təhlil edilmiş və bu Konvensiyaya qoşulma məsələsi ilə bağlı aidiyyəti tamamlama işləri həyata keçirilir.

Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlıq istiqamətində xarici dövlətlərin gömrük xidmətləri, bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə geniş fəaliyyət göstərmişdir.

Azərbaycan Gömrük Xidməti 1995-ci ildən Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlıq edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə regionallaşma strategiyasına uyğun olaraq, hər bir regionda əlaqələndirici rola malik Potensialın Gücləndirilməsi üzrə Regional Ofisin yaradılması qərara alınmışdır. Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycan Respublikasının Bakı şəhərində təsis edilməsi üzrə razılıq 2009-cu ildə Norveç Krallığının Bergen şəhərində Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında əldə olunmuş və bu barədə qərar Şura sessiyaları zamanı təsdiq edilmişdir. Bununla da “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikasının Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu”nun müddəalarına müvafiq olaraq, ÜGT-nin Avropada yeganə Regional Ofisi fəaliyyətə başlamışdır.

2011-ci il ərzində də ikitərəfli gömrük əməkdaşlığının inkişaf etdirilməsi üzrə müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində aparılmış işlərin nəticəsi kimi Argentina Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Serbiya Respublikası ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Hökumətlərarası Sazişlər imzalanmışdır. 

Dünyada və regionda gömrük işi sahəsində baş verən dəyişikliklərlə ayaqlaşmaq və beynəlxalq əməkdaşlıq əlaqələrini istər regional, istərsə də beynəlxalq səviyyədə gücləndirmək baxımından digər ölkələrin gömrük xidmətlərinin iş fəaliyyətinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması Dövlət Gömrük Komitəsi üçün mühüm əhəmiyyət kəsb edir. Bundan başqa ikitərəfli əməkdaşlıq əlaqələrinin davam etdirilməsi istiqamətində Qazaxıstan Respublikası Gömrük Nəzarəti Komitəsinin Manqistau vilayətinin Gömrük Nəzarəti Departamentinin bir qrup əməkdaşı Heydər Əliyev Beynəlxalq Hava Limanında və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gömrük işinin təşkili ilə əlaqədar təcrübə mübadiləsi həyata keçirmişlər. Bununla yanaşı Bakı şəhərinə səfər etmiş Makedoniya Respublikası Gömrük İdarəsinin Baş Direktoru Vancho Kargov və Təlim İdarəsinin rəhbəri Zlatko Veterovski və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Direktoru Erik Kiek Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşlər keçirmiş, Azərbaycan gömrük xidmətinin nailiyyətləri ilə tanış olmuş və perspektiv məsələləri müzakirə etmişlər.

Könüllü gömrükçü

HazıdaAzərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa və Dövlət Gömrük Komitəsi sədrinin “Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən Dövlət Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsi fəaliyyət göstərir.  Bundan başqa Dövlət Gömrük Komitəsi nəzdində yaradılmış “Könüllü gömrükçü” dəstəsinin üzvləri Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirməkdədir. “Könüllü gömrükçü” dəstəsinə üzvlər “Ehtiyat üzvlər bazası”ndan müsahibə yolu ilə seçilir.

Dövlət Gömrük Komitəsi respublikamızın regionlarında yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, habelə gömrük sistemində gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi məqsədilə Komitənin Ərazi Baş Gömrük İdarələrinə və həmçinin İdarələrin strukturuna daxil olan bir sıra gömrük postlarına gəncləri könüllülük fəaliyyətinə cəlb etmək niyyətindədir.

Dövlət Gömrük Komitəsi nəzdində yaradılmış “Könüllü gömrükçü”regionlarımızda yaşayan gənclər Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan “Samur”, “Yalama”, “Xanoba”, “Şirvanlı”, “Zuxul” gömrük postlarında, Qərb Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan “Tovuz”, “Yevlax”, “Balakən” gömrük postlarında, Cənub Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan “Şirvan”, “Biləsuvar” və “Astara” gömrük postlarında “Könüllü gömrükçü” kimi fəaliyyət göstərmək üçün müraciət edərık üzv ola bilirlər. “Könüllü gömrükçü” dəstəsinin ehtiyyat üzvü olmaq istəyən (ali təhsil müəssisəsində təhsil alan və ya ali təhsil müəssisəsini bitirmiş) gənclərdən (18-29 yaş) aşağıdakı formanı dolduraraq Dövlət Gömrük Komitəsinə göndərə bilərlər.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, onun diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrük xidməti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrində uğurlu inkişafı Dövlət Gömrük Komitəsində də özünü göstərir.

                                                        Səma Vahabzadə,

Azərbaycan Dillər Universitetinin tələbəsi, gənc könüllü

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest