Kültür Sanat

Azərbaycan poeziyasının sonuncu mogikanı S.Ə.Şirvaninin “ZİYA” qəzetinə duaları

 Ziya qəzeti,,01.03.1879, N 6

İlahi, bu “Ziya” afaq ara gün tək ziyalənsin! 
Ziyai-tələtindən dideyi-aləm cilalənsin! 
Ona bani olan Haci Səidin kövkəbi-bəxti 
Səadət mətləindən zahir olsun, incilalənsin, 
İlahi, aləm içrə canişini -mülki-Qafqazın, 
Ədalət məsnədində yüz min il ömrü bəqalənsin. 
Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar Süleymandır, 
Yetib Bülqeysi- mənayə gərək onlar Səbalənsin. 
Qezetdir peyki-ruhani ki, söylər sirri-pünhani 
Nə lazım peyki-həq künci-xəfadə ixtitalənsin. 
Bu kari-xeyrə kim, bir paktiynət eyləyib iqdam, 
Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin. 
Məsəldir söyləyib aqil ki, tək əldən səda çıxmaz, 
Gərəkdir el-ələ vermək ki ta ol əl sədalənsin. 
Çıxan dəm ceybi-qeybi-məşriq-lareybdən ol əl, 
Yədi-Musa kimi ecaz üçün beyzanümalənsin. 
Təəssübdən uzaq olmaz, ianət vəqtidir, canım, 
Bilib əhvali-afaqı gərək millət səfalənsin. 
Həqiqət, yaxşı söz hər kəsdən olsa yaxşıdır, billah, 
Təəssüb əhli bu rəmzi-hədisə iktifalənsin. 
“Və la-tənzür ila mən qalə”yə qılsın nəzər hasid – 
Ki, ta “Vənzur ila məqalə”dən çeşmi ziyalənsin.

Məhəbbət-töxmin ək sinəndə, ta versın səmər rahət, 
Fəzüət nəxlinə rəşk etmə, qoy nəşvü nümalənsin. 
Miləl beynində bir rəftar qıl qanuni-hikmətlə – 
Ki, ta biganələr görsün kəmalın, aşinalənsin. 
İlahi, bu qəzetdən şad eylə əhli-afaqı, 
Zəri-məskuki-dövlət tək rəvacında rəvalənsin. 
Ziyası çün onun xurşidi-bürci-Rusiyətdəndir, 
Onun təhtəş-şüaində qalıb “Əxtər” sühalənsin. 
Qəzet təbində məzun eyleyib bir əhli-idraki – 
Ki, ta pəndin görüb əhli-məarif iqtidalənsin….

Bu işlər dövləti-Rusiyyənin ədlilə naşidir, 
Xudavənda, bu dövlət günbəgündən etilalənsin. 
O şahənşahi-adil, imperaturi-müəzzəm kim. 
Hümayi-səltənətdir zillinə dəhr ilticalənsin. 
Bizə bu izndən bihəd fəvaidlər ki, hasildir, 
Yetişməz intəhayə gər yazam dəhr intahalənsin. 
İlahi, seyyidin qıl bu duasın sən icabət kim, 
“Ziya” gün tək ziyalənsin, cahanə müncəlalənsin!
*******

Nazim Nasraddinov adlı şəxsin şəkli.

 ..

  • İnsi,görəsən, hansı mətbu orqana belə dualar edilir?
    Şəxsən mən də S.Ə.Şirvani kimi “Ziya” qəzetinə dua edirəm ki,
    onun 140 illik yubileyi 141 yaşında da olsa,təntənəli şəkildə qeyd olunsun,bağlı gözlər,tutulan qulaqlar açılsç\sın.”Ziya” qəzetinətürk mətbuatı tarixindəki layiqli qiyməti veilməlidir.Bu qəzet in ilk nömrəsi 25 yanvar 18790cu ildə Tiflis dəçap olunmuşdur.”Tərcüman” qəzetinin nəşeinə qədər burada Usmayıl bəy Qaspralı da dəfələrlə  çıxış etmişdir.Osmayıl bəyin  “Toncuq”, “Şəfəq” məсnuələri “Ziya” nın mətbəəsində çap edilmişdir.İ.Qaspıralı həm “Ziya” qəzetindəki yazılarında,həm  “Tonğuc” məcmuəsində, həm də 1881-ci ildə rus dilində Rusiya müsəlmanları haqqında tazdığı silsilə məqalələrində  Ünsizadə qardaşlarının mətbuat tarixindəki fəaliyyətlətinə yüksək qiymət vermişdİ..Qaspıralı 1881-ci ilin əvvəllərində “Kavkaz” qəzetində Səid Ünsizadənin əleyhinə gizli və açıq mübarizə aoaranlara da =z yazılarında layiqli cavab vermişdir..Zya Azərbaycan nətbuatlnda ilk pedaqoji mətbu orqan kimi qiymətləndirilməlidir.”Ziya” -ərazi,müəttən məkanla ilqili qəzet detildi.Ziya türk dili anlaşılan ellərin ziyalılarının,yüksəл düşüncə tərzli aydlnların qəzeti idi.Onu Azərbaycanın bir çox böıgələrində-Şamaxıda,Döyçayda,Şəkidə,Şuşada,Naxçıvamda,Kürdəmirdə,Qubada,Dərbənddə,İrəvanda,Zaqatalada,Cavadda,Gəncədə, eləcə də Moskva,Saлkt-Peterburq,İstanbul,Təbriz,Tehran,Petrovski,Simferopol,Odessa,Spassl,Kazan,Ufa,Səmərqənd, kimi iri yaşayış yerlərində  oxuyuк/dular.”Ziya”nın müxbirlərinin cərgəsində  müəllim,şair,yüksək dimi vəzifə  sahibləri,xarici dillərdə təhsil alan Azərbaycanlı təkəbələr,hüquqşünaslar- cəmiyyət,elm, təhsil,ədəbiyyat,ana dili,əxlaqi tərbiyə  və sair məsələlərdən bəhs edir,fikir mübadiləsi aparır,təkliflərlə çıxış edirdilər.Nətləbdən zali olmadığı üçün oblardan bir neçəsinin adını sadalayıram:Həsən bəy Zərdabu,Şeyxülislam Əhməd Hüseynzadə,müfti Əbdülhəmid Əfəndizadə,şairlərdən S.Ə.Şirvani,Şuxi,İsmi Sədrəddinbəyov(Nakam), Mir Möhsün Nəvvab Ağamirzadə,Müşfiq,Nəhbus Dərbəndi Qunri, tələbələrdən Nəcəf bəy Vəzirov,Əlisəfa,Ə.Adıgözəlzadə, Naxçıvanlı nolla Abdulla, Cavaddan molla Yəqub Əlizadə,dövlət məmurları -şərqşünas A.P.Ferjr,  şərqşünas V.Bezobrazov.,,,,”Ziya”-çox çətinliklə yayılırdı.Ölkədə mətbuatın əhəmiyyətini baça düşməyənlər hələ çox idi.Doğrudur,abunə yazılışına səxavətlə kömək edənlər var idi.  Lakin Ünsizadəkərin mətbuat işlərinnı böyük vəsait tələb olunurSəid Ünsizadə məqalələrinin birində yazırdı ki,qəzeti taşatnaq üçün biz başqa işlərdən qazandıqlarımızı da qəzetin vaxtlı-vaxtıbda cıxmasına sərf etməli oluruq.S.Ə.Şirvaninin oxuculara təqdim ulunan şeiri “Ziya”nln belı bir çətin vaxtında yazılmışdır.Məsnəvi qəlibində yazılan dualar qəzetin ilk sənəsinin 6-cı mömrəsində dərc olunmuşdur.Bəlkə də bu şeir Ünsizadə  qardaşlarının öz Şamaxılı dostlarına -S.Ə.Şirvaniyə pıçıldadıqlarl xahişlə yazılmışdır. “Ziya” qəzetondə S,Ə.Şirvaninin bu mətbu orqanln  rəvaclna və tərəqqisinə yönəlmiş  daha bir neçə şeiri çap edilmişdir..
    Nazim Nəsrəddinov
  • Azərbaycan Respublikasının  Əməkdar müəlimi, türkoloq  

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest