Genel

KIRIM VƏ KIRIM TÜRKLƏRİ MÜASİR DÖVRDƏ Aydın Mədət oğlu Qasımlı

KIRIM VƏ KIRIM TÜRKLƏRİ MÜASİR DÖVRDƏ

AYDIN MƏDƏT OĞLU QASIMLI

Filologiya elmləri üzrə fəlsəfə doktoru

Aydın Qasımlı
Aydın Qasımlı

2014-cü ilin fevral ayında Rusiya Avropanın II Dünya müharibə- sindən sonrakı tarixində ilk dəfə digər suveren dövlətin ərazisinin bir hissəsini zəbt etmiş və bununla Avropa və qlobal təhlükəsizlik sistemi- nin sabitliyini pozmuşdur.

2014-cü ilin fevralından başlamış Kırım problemi artıq bir xalqın taleyinə təsir göstərən lokal xarakterli məsələ çərçivəsindən çıxararaq, regional və qlobal sabitliyə real təhlükə yaradan qlobal problemə çevirmişdir. Təəssüf ki, bu proseslərdə ən böyük zərbəyə məruz qalan məhz Kırım Türkləridir. SSRİ dağıldıqdan sonra Kırım Türkləri Ukraynanın tərkibində geniş hüquq və azadlıqlar əldə etmiş, öz mədəniyyətini, tarixini, dilini qorumaq və inkişaf etdirməyə başlamışdılar.

Kırım Türkləri tam istiqlaliyyətə qovuşmasalar da, Muxtariyyə- tin verdiyi imkanlardan istifadə edərək Ukraynanın tərkibində özlərini daha rahat hiss edirdilər. Tədqiqatçılar göstərirlər ki, “Ukraynanın Qərbə doğru geopolitik seçim etməsi ilk növbədə regionun ən həssas bölgəsi olan Kırımı növbəti dəfə faciəyə uğratdı. Öz dil və din qardaşına revanşist mövqe sərgiləyən Rusiya yenidən oyanmış imperialist maraq- larını bölgədə təmin etməyin bir vasitəsi kimi Kırımı hədəf seçdi. Tari-xin vurduğu yaraları sarımağa macal tapmamış Kırım türkləri yenidən imperiya boyunduruğu altına düşdülər” (Cavanşir Feyziyev , Kırımın Türk tarixi, bax: “Kaspi” qəzeti, Bakı-2015, 22 yanvar, səh.10 .

Ukrayna ətrafında baş verən proseslərdən maksimum siyasi divident əldə etməyə çalışan müasir dünya siyasətinin əsas oyunçuları Kırım Türklərinin hüquq və azadlıqlarının beynəlxalq miqyasda müda- fiəsini arxa plana keçirir, Ukraynanın ərazi bütövlüyünü dəstəklədik- lərini, Rusiyanın beynəlxalq hüquq normalarını pozmasını pafoslu şəkildə bildirsələr də, siyasi gərginliyin mərkəzində dayanan Kırım Türklərinin bir millət olaraq muxtariyyət statusunda mövcudluq haqqı- nın tanınmasına, onların pozulmuş hüquqlarının bərpasına dəstək verməmişlər. Avropa İttifaqı Parlamentinin qəbul etdiyi 13 mart 2014-cü il tarixli Qətnamədə Krımda keçirilmiş referendumun qeyri-qanuni olduğu bildirilsə də, etnik azlıq adlandırılan, əslində, Yarmadanın əhalisinin əhəmiyyətli qismini təşkil edən Kırım Türklərinin hüquq və azadlıqlarının təmin edilməsinin zəruriliyi barədə heç bir müddəaya rast gəlinmir. Yalnız BMT Baş Assambleyası tərəfindən 27 mart 2014-cü ildə qəbul edilmiş Bəyannamədə Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edilməklə yanaşı Kırım Türklərinin pozulmuş hüquqlarının da bərpa edilməsinin vacibliyi qeyd edilmişdir (Seçmələr bizimdir-A.Q. Bax: Cavanşir Feyziyev , Kırımın Türk tarixi, bax: “Kaspi” qəzeti, Bakı-2015, 22 yanvar, səh.10).

O zaman dünya praktik olaraq yekdilliklə Kırımın Rusiya tərə-findən işğal olunmasını qınamış və o vaxtdan öz mövqeyini dəyişmə- mişdir. Ağlı başında olan bütün siyasətçilər, analitiklər və hüquqşünas- lar Moskvanın beynəlxalq hüququ kobud şəkildə pozması ilə razılaşır, heç kəs şübhə etmir ki, hüquqi nöqteyi-nəzərdən Kırım Ukraynaya məxsusdur. Əslində isə Kırım nə Rusiyalılara, nə də Ukraynanılara məxsusdur, Kırım məhz oranın qanuni varisi Tatarlara (oxu:Türklərə-A.Q.)məxsusdur.

Lakin, bununla belə, dünyada bir çoxları hesab edir ki, Putinin davranışını “insani cəhətdən” başa düşmək mümkündür, çünkü, onların eşitdiyinə görə, “Kırım həmişə rusların olub”. Daha cəfəng və bu cür zəif əsaslandırılmış başqa bir mif tapmaq qeyri-mümkündür. Nə qədər qəribə olsa da, bu cəfəngiyat bütün dünya üzrə öz köklərini salmış və beynəlxalq kütlə şüuruna daxil ola bilmişdir.Səbəb, görünür, ondadır ki, Rusiya təbliğatı bu yalan məlumatı SSRİ-nin dağılmasından dərhal sonra, yavaş-yavaş yaymağa başlamışdır, o zaman müharibə qoxusu belə gəlmirdi. Amma, müharibə başlayan zaman “qeyri-rəsmi” beynəl- xalq fikir artıq formalaşmışdır.

Bu əsərdə biz bu qeyri-elmi yalan məlumatı təkzib edən və doğruları üzə çıxaran istənilən tarixi obyektiv mənbələrdən istifadə ilə təsdiq etməyə çalışmışıq.

Yuxarıda da göstərdiyimiz kimi Kırımın yerli əhalisi Kırım Tatarlarıdır ki, onların da tarixən öz dövləti- Kırım Xanlığı olmuşdur. Bu dövlət güclü və yüksək mədəniyyətli Türk dövlət idi. Ruslara gəldikdə isə, hərbi əsirləri nəzərə almasaq, onlar bu Yarmadada 1784-cü ilə qədər, yəni Kırımın ruslar tərəfindən işğalına qədər heç vaxt burada olmamışlar.

Bəllidir ki, XVIII əsrin əvvəlində Birinci Pyotrun islahatları sayəsində Rusiya imperiyaya çevrilmiş, güc toplayaraq qonşu Avropa ölkələrini– Estoniya və Latviyanı 1721-ci ildə, Litva və Varşava daxil olmaqla Polşanın bir hissəsini 1795-ci ildə, Finlandiyanı 1809-cu ildə, Azərbaycanın quzey hissəsini 1828-ci ildə istila etmişdi. Bu gün onların hamısı suveren, milli dövlətdir. Azərbaycan xaric bu dövlətlərin hamısı NATO -nun üzvüdür. Və çətin ki, kimsə bu dövlətlərin “həmişə rus dövlətləri olduğunu” demir. Belə olduğu təqdirdə nədən “Kırım həmişə rusların olub “ deyilməlidir ?

Kırım xanlığı 1783-cü ildə Moskva tərəfindən istila edilmişdir, yəni tarixi nöqteyi-nəzərdən bu nisbətən yaxın zamanlarda baş vermiş- dir. Beləliklə, Kırımın əzəldən Rusiyanın olması barədə danışmaq açıq-aydın cəfəngiyatdır. Kırım sadəcə Rusiya imperiyası tərəfindən silah gücü ilə alınmış bir dövlətdir. Kırımın digər adıçəkilən dövlətlərdən fərqi odur ki, 1917-ci ildə Rusiya imperiyası dağıldığı zaman, Tatarlar şəxsi azadlığını qoruya bilməyib. Kırım da Ukrayna kimi bolşeviklər tərəfindən işğal edilmiş və yeni SSRİ adlı həmin rus imperiyası tərkibində qalmışdır. Lakin Sovet İttifaqı zamanı Kırımla müqayisədə Ukraynanın bəxti daha çox onda gətirmişdir ki, Ukrayna formal dövlət suverenliyi əlaməti olan “ittifaq respublikası” olmuşdur, Kırıma isə Moskva 1921-ci ildə Ukrayna Respublikası tərkibində deyil, Rusiya tərkibində muxtarlıq statusu vermişdir. Kremlin bu qərarı obyektiv reallığa zidd idi, çünki coğrafi cəhətdən Kırım Yarımadası Rusiya ilə deyil, daha çox Ukrayna ilə həmsərhəddir, Rusiya ilə isə heç bir ərazi əlaqəsi yoxdur. Ərazi cəhətdən Ukraynaya, inzibati olaraq Rusiyaya məxsus olması Yarımadanın iqtisadi inkişafını əhəmiyyətli dərəcədə çətinləşdirir.

Vəziyyəti Moskva özü düzəltdi və nəhayət coğrafi və geoiqtisadi reallıqları qəbul etmək məcburiyyətində qalaraq 1954-cü ildə Kreml Krımın Rusiya Respublikasından Ukrayna Respublikasına verilməsinə qərar vermişdi. O dövrdə Kreml təsəvvür belə etməzdi ki, Ukrayna nə vaxtsa müstəqil ola bilər. Bu səbəbdən də SSRİ rəhbərliyi Kırımı da bütün Ukrayna kimi fiziki olaraq Rusiyaya məxsus hesab edirdi.

Xüsusilə o da qeyd edilməlidir ki, Kırım SSRİ-nin qanun və prosedur- larına uyğun olaraq Ukraynaya verilmişdir. Bu da xüsusi qeyd edilməli- dir ki, Kırımın Ukraynaya “başıboş” Xruşovun özbaşına verilməsi haqqında Rusiya uydurması kobud cəfəngiyatdır. Çünkü 1954-cü ildə Xruşov bu cür özfəaliyyət üçün kifayət qədər hakimiyyətə malik deyildi.

Beləliklə, “Kırım həmişə Rusiyanın olub” fikri tamamilə cəfəngiyatdır.Çünkü Kırım mərələlərlə ən azı 1000 il Türk hakimiyyəti altıda olub. Çox qəribədir ki, burada söhbət heç də əsr yarımlıq Rusiya imperiyası (1783-1917) əsarətindən deyil, Kırımın 1921-ci ildən 1954-cü ilə qədər, yəni cəmi 33 il ərzində Rusiya Sovet Respublikasının tərkibində olan müddətdən gedir. Çünkü bu halda iradlar bu gün müstəqil dövlət olan keçmiş müstəmləkələrə də aid edilə bilər.

Rusiya iqtidarına görə, əgər SSRİ dağılandan sonra 1954-cü il mə-sələsi, yəni Kırımın Ukraynaya verilməsi olmasaydı, Kırım Rusiyanın tərkibində olacaqdı. Onda biz də deyə bilərik ki, əgər 1784-cü il olma- saydı, Kırım ümumilikdə 0% rus əhalisi olan müstəqil Türk dövləti ola- raq qala bilərdi. Həmçinin 1921-ci il də olmasaydı, Kırım Ukrayna tər-kibində olacaqdı,Beləcə, 2014-cü ildə Putinin İmperiya həvəsi coşaraq aşıb-daşmış və Kreml beynəlxalq hüququ, tarixi məntiqi və ədaləti heçə saymış, Rus ordusu açıq-aydın cinayətkarcasına Kırımı işğal etmişdi.

2014-cü ildə Rusiya prezidenti Putin Kırımla bağlı işğalçılıq siyasətinə haqq qazandıraraq bildirmişdir ki, “Kırım Rusiya üçün mü- qəddəs mahiyyət daşıyır və məhz orada rus milləti və dövlətinin forma- laşmasının mənəvi mənbəyi yerləşir, çünkü məhz Kırımda knyaz Vladi- mir xristianlığı qəbul etmiş və sonra da bütün Rusu xristian etmişdir”.

Bir Səlnamədə deyilir ki, Knyaz Vladimir 988-ci ildə Kırımda xristianlığı qəbul edib və həmin ildə öz dövlətini də xaç suyuna salmış- dır. Lakin, unudulmamalıdır ki, Knyaz Vladimir Moskva deyil, Kiyev knyazı idi və Rusiyanı deyil, Kiyev Rusunu xaç suyuna salmışdır. Moskvaya gəldikdə isə, o zamanlarda nə Rusiya və də rus etnosu var idi, sadəcə mövcud deyildi. Moskvanın yerindəki meşələrdə o zaman fin-uqor tayfaları üstünlük təşkil edirdi. Bir neçə əsr sonra onlar slav-yanlar tərəfindən assimilyasiya edilmiş və müasir rus millətinin əsasını qoymuşdur. Beləliklə, bu cür kobud tarixi saxtakarlıq beynəlxalq məlu- mat məkanına buraxılmışdır. Lakin, “Rusiya Kırımı” adlı qondarma mif, təəssüflər olsun ki, yalnız təbliğat feykləri və tarixi cəfəngiyatlar üzərində qurulmuşdu. 1944-cü ilin may ayında Sovet Rusiyası miqyaslı cinayətkar əməliyyat həyata keçirmişdir ki, bu əməliyyatın əsas məqsə- di Kırımı yerli əhalidən tam olaraq təmizləmək və onu etnik ruslarla əvəz etməkdən ibarət idi. Stalin rejimi bütün Kırım-Tatar xalqını 1941-1944-cü illərdə Krımı işğal etmiş faşistlərlə işbirliyi xəyanətində ittiham etmiş və körpə uşaqlar da daxil olmaqla, 191 000 Kırım Tatarını iki gün ərzində SSRİ-nin uzaq Asiya regionlarına sürgün etmişdi. Kremlə bu etnik təmizləmə lazım idi, xəyanətdə ittiham isə sadəcə bəhanə idi. Çünkü sürgünə o müddətdə cəbhədə faşistlərlə vuruşan 9000 Tatardan ibarət qızıl əsgərlərin ailələri, sonra isə həmin o əsgərlər də göndərilmişdir. Bundan əlavə, Tatarlardan sonra Yarmadada əsrlərlə yaşayan və xəyanətdə ittiham edilməyən digər etnik qruplar da sürgünə göndərilmişdir. Yarmadada yalnız slavyanlar, yəni yerli ruslar və ukraynalılar qalmışdır.

Bundan sonra Krıma Rusiyanın dərinliklərindən olan insanların kütləvi köçürülməsi başlamış və onlar sürgün edilmiş yerli əhalinin 80 000 boş qalmış evlərində yerləşdirilmişdilər. Məhz həmin rus kolonist-lərin nəsli bu gün Kırım əhalisinin əsasını təşkil edir. Onlar Kırımın Rusiya tərəfindən işğalını dəstəkləyir, Moskva hökuməti də məhz onların iradəsinə istinad etməyi sevir. Rus hökuməti sonuna qədər Kırım Tatarlarının Vətənlərinə dönmələrinə uzun müddət maneçilik törətmişdi. Onların kütləvi şəkildə Ölkələrinə dönmələri yalnız müstə- qil Ukrayna dönəmində başlamışdır. Məhz Ukrayna Tatar xalqının yerləşdirilməsi üzrə bütün xərcləri və qayğıları öz üzərinə götürmüş- dür.Beləliklə, 2013-cü ilə qədər 266 000 Tatar öz vətəninə qayıtmışdır ki, bu da Yarmada əhalisinin yalnız 13,7%-ini təşkil edir.

2014-cü ildə Kırımın Rusiya tərəfindən yenidən işğalı Ukrayna, xüsusilə Kırım Tatarları üçün əsl milli faciəyə çevrilmişdir. Onlar müəyyən bir dövrdə “QULAQ” adlanan “Baş Düşərgə İdarəsi”ndən canlarını qurtarsalar da, QULAQ yenə də onların doğma torpağına soxuldu. Ona görə də, demək olar ki, bütün Kırım Tatar xalqı Rusiya işğalçıları ilə mübarizə apardığından və Ukraynaya sadiq qaldıqların- dan bu gün yenə də işğalçılar tərəfindən törədilən zülmə və repressiya- lara məruz qalırlar. Artıq 25 minə yaxın Tatar yenə də Kırımı tərk etməyə qalmışdır. Rusiya Milli Kırım Tatar parlamenti olan Məclisi qadağan etmiş, Tatar mediası, təhsili, mədəniyyəti və dini təzyiqlərə məruz qalmış, onlarla vətənpərvər həbsə atılmışdır. Belə ki, 2018-ci ilin dekabr ayında 78 yaşlı anasına baş çəkmək üçün Kırıma gələn Tatar ictimai xadimi əlil, ağır diabet xəstəsi, ayağı amputasiya edilmiş, keçirdiyi infarktdan sonra ürəyində 4 ədəd şunt olan Edem Bekirov işğalçılar tərəfindən həbs edilmişdir. Lazımi dərman və tibbi qulluq olmadan həbsdə qalmaq onun üçün ölüm hökmünə bərabərdir. İttihamların açıq-aşkar məntiqsizliyi, hüquqi özbaşınalıqla həyasızcası- na lovğa hərəkətlər onu göstərir ki, Rusiya repressiya maşını Kırım tatarlarını qorxutmaq və onların mənəviyyatını pozmaq istəyir.

Bütün dünya Kırımın işğalına qarşı açıq-aşkar etiraz edir. Artıq torpaqlarının rus işğalçıları tərəfindən zəbtinə qarşı milliyyətindən asılı olmayaraq dürüst və mərd insanlar etiraz edir və mübarizə aparırlar. Rusiyanın Yarmadada insan və milli hüquqları pozması BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qınanmışdır.

Göründüyü kimi, Kırım Tatarlarına qarşı bu gün törədilən cinayətlər bütün alim, siyasətçi və jurnalistlərin istifadə etdiyi qorxunc termin olan və dünya tarixinə “deportasiya” adı ilə yazılmış 1944-cü ildəki cinayə- tin birbaşa davamıdır. Lakin, bu qorxunc termin də, əslində, siyasi evfemizm olub, həqiqətin yanlış, yumşaldılmış mənzərəsini təqdim etməkdədir. Faktlar göstərir ki, ilk 4 il ərzində sürgündə son dərəcə ağır yaşayış şəraitində Kırım Tatarlarının 46,2 faizi həlak olmuşdur. Bu isə sadəcə deportasiya deyil, əsl soyqırımıdır. Anlayışların əvəz edilməsinə görə Kırım Tatarlarının soyqırımı, zamanında “Ukrayna Qolodomoru” kimi, bəşəriyyətin tarixi yaddaşından silinmişdir ki, bu da Rusiya təbli- ğatının qara qələbəsi olmuşdur. Beləcə, “Krım həmişə rusların olub” adlı cəfəngiyat Moskvaya ona görə lazımdır ki, Kırım Tatarlarının soyqırımının nəticələrini qorusun və onların yerinə rus kolonistlərini yerləşdirsin. Bu da Kırımın indiki işğalının əsas məqsədlərindən biridir.

Beləliklə, Kırımın işğaldan azad edilməsi, öz Müstəqil Dövlətini bərpa etməsi və ən azı Ukraynanın suverenliyi altına geri qaytarılması siyasi və hüquqi aspektlərdən başqa, həm də güclü mənəvi imperativə malikdir. Beynəlxalq ictimaiyyət heç bir soyqırımın cəzasız qalmasına, onu törədənlərin on illər belə sonra öz məqsədlərinə çatmasına imkan verməməlidir.

Kırım Muxtar Respublikası 2014-cü ildə Rusiya tərəfindən işğal olunaraq Rusiyanın tərkibinə daxil edilsə də dünyanın heç bir dövləti tərəfindən tanınmamışdır.

Kırım Türklərinin öz doğma vətənlərinə qayıtması və öz Müstəqil Dövlətlərini yaratmaq uğrunda mübarizələri bu gün də davam еdir. Rusiyanın qondarma referendumun keçirilməsindən dərhal sonra Kırım Tatarları Məclisi Baxçasarayda toplaşaraq yarımadanın ərazisin- də Krım Tatar Muxtar Vilayətinin yaradıldığını elan etdi. Muxtariyyət elan edilməsi ilə bağlı beynəlxalq ictimaiyyəti, BMT-ni, Avropa Şurası- nı, ATƏT-i, İslam Konfransı Təşkilatını rəsmi şəkildə məlumatlandır- maqla Məclis Yarmadada baş verən ilhaq prosesinin Kırım Türklərinin iradəsi xaricində baş verdiyini bir daha bəyan etdi. Məhz o gündən etibarən Kırım Türklərinin hüquq və azadlıqları uğrunda mübarizə aparan şəxslərin öz doğma yurdlarını tərk etməyə məcbur edilməsi və Yarmadaya qayıdışına yasaq qoyulması hazırda Kırımda real durumun nə qədər acınacaqlı olduğunu göstərir.

29 Mart 2014-cü ildə Bağçasarayda keçirilən Krım Tatar xalqının Qurultayı Kırımda Milli Muxtariyyət yaradılması haqqın- da qərar qəbul edib.

Krım Tatar xalqı muxtariyyət yaratmaq arzusunu təsdiqləmək üçün milli referendum keçirə bilərlər. Sənəddə deyilir: “Kırım Tatar xalqının Qurultayı Kırım Tatar xalqının tarixi ərazisi olan Kırımda Kırım Tatar xalqının Milli-məhəlli Muxta- riyyətinin yaradılması üzrə siyasi və hüquqi tədbirlərə başlanıldığını elan etmək haqqında qərar qəbul edib”.

Qurultay eyni zamanda Məclisə beynəlxalq təşkilatlarla (BMT, ATƏT və s.) və ölkə hökumətləri ilə əlaqələr yaratmaq tapşırığı verib.

Mətbuat konfransında Refat Çubarov Ukrayna parlamentinin bu qərara münasibət bildirəcəyinə şübhə etmədiyini bəyan edib.

Qurultayın iclasında Məclisin bütöv tərkibi, Krım müftisi Emirali Ablayev, Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin iştirak ediblər.

Bundan əvvəl Kırım Tatarlarının Qurultayı paytaxt Simferopolda keçirilmişdi. “Ukrayinskaya pravda” qəzetinə əsasən bu dəfə rusiyapə- rəst qüvvələrin mümkün “təxribatlarına yol verməmək” üçün ənənəyə riayət edilməyib.

Qurultay müxtariyyətin yaradılmasının siyasi və hüquqi prosedurla- rını nəzərdən keçirməli və müvafiq qanun layihəsini səsverməyə çıxar- malıdır.

Çubarovun sözlərinə görə, yerli xalqın razılığı və yaxud da müvafiq müraciəti olmadan onun yaşadığı ərazidə hərbi hərəkətlər aparıla bil- məz. O, qeyd edib ki, “Biz bundan çıxış edirik ki, bu günlərdə Kırımın statusu Kırımda yerli xalq olan Kırım Tatarlarının açıq iradəsi və razılı- ğı olmadan dəyişdirilir”.

Qurultaydakı siyasi məsələlərin müzakirəsində Məclisin tam tərkibi işitirak edib.

İclasın başlanmasından əvvəl Krım parlament sədrinin birinci müa- vini Kırım Tatarlarına dövlət orqanlarında təmsilcilik kvotalarını nəzər- də tutan maddənin Konstitusiyaya əlavə olunmayacağını deyib.

Qriqori İoffe bildirib ki, Rusiya qanunvericiliyində belə bir hüquqi normanın nəzərdə tutulmadığı üçün həmin qayda Konstitusiyada əks oluna bilməz. Spiker müavini Kırım Tatarlarına başqa zəmanətlərin veriləcəyi barədə vədlərin qüvvədə qaldığını təsdiqləyib.

Bundan əvvəl Kırım Tatarlarına 20 faizlik kvotaların ayrılacağı vəd edilmişdi.

Azərbaycan Türkləri ilə Kırım Türkləri arasında olan mədəni əlaqələrin tarixi çox qədimlərə dayansa da əsas əlaqə XIX əsrin sonları ilə bağlıdır. Məkanca nə qədər bir-birindən uzaq olsa da, eyni amal uğrunda mübarizə İsmayıl bəy Qaspıralı ilə Türk dünyasının ayrılmaz bir parçası olan Azərbaycanın görkəmli şəxsiyyətləri olan Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov ilə münasibətlərini sarsılmaz dostluğa çevirmişdir. İki qədim Türk yurdu olan Kırım və Azərbayca- nın mənəvi bağlılığını göstərən digər tarixi fakt türk dilçiliyinin inkişa- fında önəmli yer tutmuş Bəkir Çobanzadənin 14 il ərzində Krım-tatar-türk ədəbiyyatı və dilçiliyi sahəsində fəaliyyətini məhz Bakıda davam etdirməsidir. Keçmiş Sovetlər məkanında türkologiya sahəsində ilk elmlər doktoru olmuş Bəkir Çobanzadə də təəssüf ki, digər aydınlar kimi Stalin repressiyalarının ilk qurbanlarından oldu.

Kırım torpağının yetişdirdiyi 29-cu Kırım Xanı III İslam Giray ( 1644-1654), “Dildə, fikirdə, işdə birlik” ideyasının müəllifi İsmayıl bəy Qaspıralı, 1917-1918-ci illərdə Kırım Türkləri milli hərəkatının lideri, Kırım Milli Hökumətinin sədri Nüman Çelebi Cihan, 1924-1928-ci illərdə Kırım Muxtar Sovet Sosialist Cumhuriyyətinin başqanı Vəli İbrahimov, dilçi alim Bəkir Çobanzadə, müasir Kırım yazıçısı Cengiz Dağcı və kimi görkəmli şəxsiyyətlər təkcə Kırım Yarmadasında yaşayan Türklərin özünüdərki, mədəniyyəti, ictimai-siyasi fikrinin inkişafı üçün deyil, bütövlükdə Türk dünyasının intibahı üçün çalışmışlar. Bu, həm də Kırımın tarixən Türk coğrafiyasının ayrılmaz parçası olduğunu tam aydınlığı və genetik bağlılığı ilə sübut edir.

Kırım Türklərinə kömək etmək üçün bütün mütərəqqi ölkələr, xüsusilə Türk Cümhuriyyətləri əlindən gələni əsirgəməməlidirlər.

BU KİÇİCİK ƏSƏRMİ TÜRK YURDU OLAN KIRIMI BAŞQA ÖLKƏLƏRİN ƏRAZİSİ SAYAN XAİNLƏRİN ƏLEYHİNƏ OLA- RAQ NUMAN ÇƏLƏBİ CAHAN BƏYİN DEDİYİ SÖZLƏRİ İLƏ BİTİRİRƏM. O YAZIR: “KIRIMI QANA BOĞA BİLƏRLƏR. FƏQƏT BÜTÜN BUNLAR KIRIMLILARIN İSTİQLAL İMAN- LARINI YIXMAĞA DEYİL, QÜVVƏTLƏNDİRMƏYƏ YARA- YACAQDIR ! TARİXİN GEC-TEZ YAZACAĞI ŞEY: “MÜSTƏ- QİL VƏ MƏSUD KIRIMDIR ! AMA ÖNCƏ İNANMAQ GƏRƏK !”

Ruhu şad olsun.

Tanrı Kırım Türklərinin bu haqlı davasına yardımçı olsun. Amin.

Bax : AYDIN MƏDƏT OĞLU QASIMLI. KIRIM VƏ KIRIM TÜRKLƏRİ-TARİXDƏ VƏ BUGÜN. “Elçibəy kitabxanası”. BAKI-2024, səh. 135-144

Aydın Qasımlı
Aydın Qasımlı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest