Genel

Avropanın mərkəzində törədilmiş Türk soyqırımı

Sənan Qılıncarslan Qacar

Avropanın mərkəzində törədilmiş Türk soyqırımı. II Dünya Müharibəsinin son günlərində düz Avropanın göbəyində törədilmiş bu genosiddən və ingilis satqınlığından çoxlarının xəbəri yoxdur. Unudulmuş bu tarixi soyqırımın şərəfinə 1960-ci ildə Avstriyada Drau çayının sahilində məhv edilmiş Qafqaz xalqına ucaldılmış xatirə abidəsində almanca belə yazılıb: “1945-ci ilin 28 may tarixində burada 7000 qafqazlı – qadın, uşaq və ahıl yaşlı insanlar Sovet hökumətinə təslim edildilər, həmçinin onlar İslama olan sədaqətlərindən dolayı Qafqaz xalqlarının istiqlalı uğrunda qurban getdilər”.

Bəzi Avropa mənbələrində bu soyqırıma aid müəyyən araşdırma yazıları var. Avropada baş vermiş bu geonsidə aid məqalələrdə qaraçay və malkarları ümumi adla “Kazak” adlandırırlar. Soyqırımın tarixi. Almaniyanın 1941-cil ildə SSRİ-yə qəfil hücumundan sonra Sovet hökuməti Qafqazda yaşayan qaraçay və malkar hərbçilərə düşmən gözü ilə baxaraq, onları cəbhə bölgəsindən çıxarıb, işçi qüvvəsi kimi Urala kömür mədənlərinə göndərdi. Məhz bu qəddar siyasət qaraçay və malkar xalqında almanlara qarşı simpatiya yaratmışdı. Bundan istifadə edən Almaniya Qafqaz xalqlarının böyük bir hissəsini öz tərəfinə çəkməyi bacarmışdı. 1942-ci ildə Almaniya ordusu Don çayını keçdikdən sonra Sovet ordusu ilə Qafqaz dağları ətəyində döyüşlər başladı. 1942-ci ilin 21 avqustunda Qafqaz dağlarının ən yüksək zirvəsi olan Elbrusa nasist bayrağı sancıldı. Lakin 1942-ci ildə alman ordusu Qafqazdan tədricən çəkilməyə məcbur olur. Almanlar bölgədən çıxar-çıxmaz sovet ordusu Qaraçay xalqına qarşı amansız hücumlar təşkil etməyə başladı, ardınca 1943-cü ilin 12 yanvar tarixində kütləvi sürgünlərə start verildi. Eyni qərar 1944-cü ildə çeçen və inquşlara da şamil olundu. Həmin ərəfədə Qafqaz xalqları başlarına gələcək faciəni təxmin etdikləri üçün 15 min nəfərdən çox insan almanlarla birgə bölgəni tərk edib getdilər. 22 aylıq gərgin yolçuluqdan sonra almanlar Qafqaz xalqlarını Avstriyanın Drau çayı ətrafında (Lientz bölgəsi) məskunlaşdırdılar.

Alp dağlarının yamaclarında öz həyatlarını sürən Qafqaz xalqları sonradan bölgənin ingilislərin əlinə keçməsilə sıxıntı çəkməyə başladılar. May ayının ortalarında ingilislər həmin ərazidə yaşayan bütün əhalinin silahlarını müsadirə etdi və yaşayış ərazisindən kənara çıxışları əngəlləndi. Əməliyyata rəhbərlik edən ingilis zabiti Qafqaz xalqına belə müraciət etmişdi: “Qafqazlılar, liderlərinizi Sovet hökumətinə təslim etdik. Siz də 3-4 gün ərzində təslim olunacaqsınız. Qaydaları pozmayın, ətrafın necə mühasirəyə alındığını görürsünüz. Qaçmağa cəhd belə etməyin, qaçmaq istəyən o saat vurulacaq. Siz Sovet hökumətinin müttəfiqisiniz, yurdunuza dönmək məcburiyyətindəsiniz. Sizi geri qaytarmaq isə bizim vəzifəmizdir”. Sovet hökumətinin onlara hansı cəzanı verəcəyini bilən insanlar ağ bayraqlar qaldıraraq, açlıq aksiyası keçirərək protest etməyə başladılar. 7 min qafqazlı ingilislərlə savaşaraq öldü, çünki sovet hökumətinin əlinə keçəcəkləri təqdirdə də öləcəklərini çox gözəl bilirdilər. Az qismi Alp dağarına qacaraq xilas olmağı bacardı. Rahib Anatoli Trepatşko baş verən soyqırımla bağlı detallı və dəqiq araşdırmasında yazır ki, 1945-ci ildə İtaliya, Almaniya, Fransa və Yuqoslaviyaya qaçan “kazak”ların sayı 4 min nəfər idi. Avstriya içində təkcə 7 mindən kazak vardı. Tədqiqatçı bildirir ki, Britaniyanın baş naziri Çörçill “kazak”ların qırılmasını tarixin ingilislərə verdiyi şans kimi qiymətləndirib. Anatoli Trepatşko qeyd edir: “1945-ci ilin 28 may tarixində ingilis əsgərləri 2176 nəfərdən ibarət malkar və qaraçayı KQB-yə təhvil verir. Qafqazlılardan ibarət 350 nəfərlik qrupu ingilislərin konfrans keçirmək bəhanəsilə həmin yaşayış ərazisindən kənara çıxarıb, gizlicə güllələyərək, cəsədləri yandırırlar. Güman olunur ki, Qafqaz türklərinin təhvil verilməsi ilə bağlı bu tarixi razılaşma Yalta konfransı zamanı Stalinlə Çörçil arasında əldə olunub.”

“Atəş açmağa hazır dayanan ingilis əsgərləri əmri gözləyirdilər. Kazaklar onları qorxunc talenin gözlədiyini bilirdilər. Qısa zaman keçdikdən sonra ingilislər atəş açmağa başladılar. Onlar tanklardan dinc insanlara qarşı istifadə edirdilər. Süngü ilə kiçik yaşlı uşaqlar öldürüldü. Drau çayı qan gölünə çevrildi”, – deyə bəzi Avropalı tarixçilər yazır. Araşdırmaçı Anatoli Trepatşko müqavimət göstərən gənc qafqazlıların ingilis tankları tərəfindən əzilərək, vəhşicəsinə şəkildə öldürüldüyü, yaralıların süngüdən keçirildiyini yazır. O, qeyd edir ki, ən çox güllələnənlər kiçik yaşlı uşaqlar, körpələr idi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest