Altay Respublikası
Sənan Qacar/KırımınSesi/Azerbaycan
Rusiya Federasiyasının tərkibində olan muxtar türk ərzilərindən biridir. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus höküməti isə
vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay Respublikası və Altay vilayətini yaratmışdır. Coğrafiya Altay respublikasının yerləşdiyi ərazi Asiyanın tam ortasında – Sibir tayqası, Qazaxıstan çölləri və Monqol yarımsəhrasının birləşdiyi ərazini əhatə edir.
Respublika ərazisinin 25 faizini meşə sahələri tutur.
Respublikanın ərazisi 92,600 km² – dir. Altay
respublikası Monqolustan, Çin, Qazaxıstan, həmçinin Tuva respublikası, Kamerovo oblastı və Altay vilayəti ilə həmsərhəddir. Respublika ərazsinin ən hündür nöqtəsi dəniz səviyyəsindən 4,506 m
hündürlüyü olan Beluxa dağıdır. Ölkənin ərazisi
92,600 km² – dir. Respublikanın böyük bir hissəsini dağlıq ərazilər
təşkil edir. Bu səbəbdən də normal səviyyəli yollar
ölkə ərazisində olduqca azdır. Respublikanın
ərazisində müxtəlif zamanlarda tədricən kiçik türk
etnik qrupları məskunlaşmışlar və hazırda
respublika əhalisinin böyük əksəriyyətini türklər təşkil edir. Ruslar dəfələrlə Altayı tabe etməyə çalışsalar da yerli türk etnoslarının böyük
müqavimətinə rast gəlmiş, yalnız 1860 – cı ildə Altay ərazsi tamamilə tabe edilmişdir. Ərazi ruslar
tərəfindən işğal edildikdən sonra yaşama yararlı
düzən və bərəkətli torpaq ərazilərində ruslar
məskunlaşdırılmış, yerli əhalinin böyük bir qismi isə
dağlara köç etməyə məcbur olmuşdur. Öz doğma
torpaqlarını tərk etməyən türklər isə zamanla ruslaşdırılmışdır. Su resursları Şavlo gölü Respublika ərazisində 20 mindən artıq kiçik çay və
çay qolu vardır ki, bunların da çoxu Ob və Yenisey çaylarının qollarıdır. Respublikanın ən böyük
çayları Xatun və Biya çaylarıdır. Hər iki çay dağ və
yeraltı sulardan qidalanır. Hər iki çay Sibirin ən böyük çaylarından biri olan Ob çayına tökülür.
Xatun çayı həm də yerli əhali, eləcə də burda
məskunlaşan kiçik etnoslar üçün dini əhəmiyyət
daşıyır. Altay folkloruna görə Beluxa dağında
mistik Şambala ölkəsinə açılan qapı yerləşir. Qara Biya çayının mənbəsi olan Telet gölü həm də
regionun ən böyük gölüdür. Zümrüd rəngli Xatun
çayı isə öz mənbəsini Beluxa dağında yerləşən
Gəblər buzlaqlarından götürür. Ölkə ərazisində yerləşən ən böyük göl, 80 km (50
mil) uzunluğu və və 5 km (3 mil) dərinliyi olan Telet
gölüdür. Gölün sahəsi 230.8 kv. km-dir.
Ümumiyyətlə Altayın dağ gölləri böyük şirin su
ehtiyyatına malik olmaqla nəinki Altay bölgəsi,
eləcə də bütün Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Təkcə Telet gölü təxminən 40 kub km şirin
su ehtiyyatına malikdir. Potensial yeraltı su ehtiyyatı isə 22 mln kub m kimi
dəyərləndirilir və bu rəqəmin gələcəkdə 44000 kub
m də artacağı gözlənilir. Altay respublikasının ən nəzərə çarpan coğrafi
özəlliyi dağlıq ərazidə yerləşməsidir. Respublika,
Altay dağ silsiləsinin Rusiya Federasiyası ərazisinə
düşən hissəsində yerləşir. Altay dağ silsiləsi respublika ərazisindən keçərək Qazaxıstan,
Monqolustan və ÇXR ərazisinə qədər gedib çıxır. Regionda dağlıq ərazilər üçün xas olan yüksək
seysmik aktivlik var və bu ərazi landşaftının
müntəzəm dəyişməsinə gətirib çıxarır. Su resursları respublikanın ən mühüm təbii
resurslarındandır. Müalicəvi əhəmiyyətə malik
mineral və isti sular yerli və xarici turistlərin ən çox
ziyarət etdiyi yerlərdəndir. Həmçinin Altay buzlaqları
böyük şirin su ehtiyyatına malikdir. Rspublika
ərazisindəki ən böyük buzlaqlar Bolşoy Taldurinski (35 km²), Mensu (21 km²),Sofiyski (17 km²) və
Bloşoy Maaşey (16 km²) buzlaqlarıdır. Respublika ərazisindəki mineral resurslara
həmçinin, qızıl, gümüş, dəmir, litium yataqları da
daxildir. Respublikaının ən böyük şəhəri olan və
Altay vilayətinin qonşuluğunda yerləşən Barnaul
şəhəri Altay bölgəsinin ən böyük sənaye mərkəzi
olmaqla müxtəlif faydalı qazıntıların istehsalı sahələri üzrə ixtisaslaşmışdır. İqlim Respublikanın ərazisi kontnental iqlim zonasında
yerləşməklə qısa və isti yay (İyun – Avqust) və
soyuq, uzun və güclü şaxtalarla müşahidə olunan
qışa (Noyabr – Mart) malikdir. Respublikanın şimal-
şərq hissəsinin iqlimi (Ulağanski və Koş-Ağaçski
vilayətləri) cənub hissəinin iqliminə nisbətən daha sərtdir. Əhali 2002 – ci il siyahıyaalmasının nəticələrinə görə respublika əhalisi 202, 947 nəfərdir ki, bunun da
53,538 (26.4%) şəhərlərdə məskunlaşmışdır.
Əhalinin 47.6% – ni kişilər, 52.4% -ni isə qadınlar təşkil edir. Orta yaş həddi 30, 5 ildir.[1] 2002 – ci il Census statistikasının nəticələrinə görə
Altay respublikasında əhalinin 57.4% – ni türk
mənşəli etnoslar təşkil edir. Bu etnoslar arasında Altay türkləri 30.6% əhali sayıyla birinci yerdədir. Digər etnik qruplardan qazaxlar 6.0%, telengitlər 2,3 %, tuvalılar 0.8%, ukraynalılar 1,4% təşkil edir. İnzibati idarəetmə Altay Respublikasının adminstrativ, teretorial və
bələdiyyə əraziləri Altay respublikasının 12-15 –ci
qanunlarına əsasən 1999 – cu il 2 iyun tarixindən etibarən Qurultay adlanan Dövlət Assambleyası
tərəfindən idarə edilir. İnzibati vahidləri rayon,
kənd soveti, dyuçina, qəsəbə və şəhərdir. İnzibati
quruluşda hər hansı dəyişiklik Qurultayın qərarına
əsasən edilir və daha sonra təsdiqlənmək üçün
Rusiya Federal İnzibati İbadrəetmə Mərkəzinə göndərilir. Şəhərlər Dağlıq – Altay – 53.538 nəfər (2002-ci il siyahıya almasına əsasən)[2] Rayonlar 8 rayonu var. Tarixi Beluxa dağı Altay türkləri və ya altaylılar ən qədim türk
etnoslarından olmaqla tarixi baxımdan türk
xalqlarının bir hissəsini təşkil etmişlər. Altaylıların
yerli yoxsa gəlmə olması haqqında elmdə iki
versiya vardır və bu versiyalar ümumilikdə türk
tarixi ilə bağlıdır. Altay versiyası adlanan və daha çox sovet tarixşünaslığının yetişdirmələri
tərəfindən dəstəklənən I versiyaya görə türklərin
ana vətəni Altaydır. Ön Asiya versiyası adlanan və
daha gənc olan II versiyaya görə isə türklərin ana
vətəni Ön Asiya – Mesopotomiya və Urmiya gölü
arasındakı ərazidir və türklər Altaya təxminən e.ə VI – V minilliklərdə gəlmiş, bir hissəsi burda
məskunlaşmış, digər hissəsi isə (bəzi müəlliflərə
görə şumerlər, bəzilərinə görə skif saklar) geri
dönmüşdür. Yerli türk əhalinin əsas məşğuliyyəti
maldarlıqdır. Günümüzdə Altay türkləri Altayqızı,
Teleut, Kuman, Çalxan, Şor və bir neçə başqa kiçik tayfalardan təşkil olunmuş azsaylı xalqdır. Altay
mədəniyyəti günümüzdə dünya xalqları arasında
daha çox Altay musiqisi ilə təmsil olunur. Özündə
şaman ənənələrini yaşadan Altay musiqisi qədim
tarixdə malik olmaqla spritual xarakter daşıyır.
Altay Musiqsinin ən məşhur ifaçısı Rusiya, Mərkəzi Asiya, Vyetnam, almaniya, Latviya, Avstriya, İsveçrə
və Litvada yaxşı tanınan Nohon Şumarovdur. 1922 – ci il 1 iyun tarixində Altay türklərinə milli muxtariyyət verilmiş və bu zaman Altay vilayətinin
tərkibində Oyrat Muxtar vilayəti yaradılmışdır. 1948 – ci il 7 yanvar tarixində vilayətin adı dəyişdirilərək Dağlıq Altay Muxtar Vilayəti adlandırılmış, 1991 – ci il tarixindən etibarən isə ərazidə Dağlıq Altay
Muxtar Sovet Sosialist Respublikası (ASSR)
yaradılmışdır. 1992 – ci ildə respublikanın adı dəyişdirilərək Altay Respublikası adlandırılmışdır. Təhsil Altay respublikası təhsil səviyyəsinə görə digər
Rusiya vilayətlərindən və muxtar
respublikalarından geridə qalır. Ölkə ərazisində 205
orta məktəb, 20 kollec və bir ali məktəb – Dağlıq Altay Dövlət Universiteti vardır. İqtisadiyyatı Altay respublikası daha çox kənd təsərrüfatı ölkəsi
kimi tanınıb. Bununla belə ölkə ərazisində mühüm
qida, kimya, ağır sənayə obyektləri də vardır. Ölkə
ərazisində turizm o qədər də inkişaf etmədiyindən
ölkənin ümumi iqtsadiyyatında turizm gəlirlərinin
payı olduqca azdır. Bununla belə son dövrlərdə Altay xalqlarının özünəməxsus mədəniyyətinə
artan maraq ölkıdə turizmin inkişafına təkan
vermişdir. Din Yerli Altay əhalisinin ənənəvi dini şamanizmdir. Ölkə ərazisindəki etnik ruslar ortodoks xristian
(pravoslav), qazaxlar sünni müsəlman, tibetlilər isə
buddistdirlər. Ölkə ərazisində həmçinin xeyli
miqdarda Yehova Şahidləri təriqətnin davamçıları
vardır ki, bunların da əksəriyyətini yerli əhali təşkil
edir.