ALBAN KİLİSƏLƏRİNİN SİRRİ
Tarixi uzun əsirlərə dayanan bir millətin bir çox məqamları ya unudulmuş, ya təhrif olunmuşdur. Bu qaçınılmaz taleh, danılmaz həqiqətdir. Lakin onun sirli keçmişi hər zaman daşların, qayaların arasından boylanmaqdadır. Bu sirləri aşkara çıxarmaq çox böyük vicdan və bacarıq tələb etməkdədir. Azərbaycanın tarixi də bu baxımdan qaranlıq məqamlarla zəngin və səbirlə aydınlaşdırılacağı günü gözləməkdədir. Bu qaranlıq məqamlar düşmənlərə fürsət verir ki, asanlıqla tariximizi təhrif edib, bizə qarşı hər hansı bir ideada bulunsunlar. Belə məqamlardan biri Alban kilisələri və Alban dini ilə bağlıdır ki, murdar erməni millətinə torpaq ideasında olmaqlarına imkan verir.
Mənə görə bu məsələ ilə bağlı biz bu ideaları inkar etmək üçün Alban dövlətinin bizə aid olduğunu və onun tərkibindəki millətin biz Azərbaycan türklərindən ibarət olduğunu sübut etməyə çalışmaq yerinə, Alban dininin xristian dini, Alban kilisələrinin isə xristian kilisələri olub- olmadığını aydınlaşdırmalıyıq. Yəni məsələyə daha dərindən baxmaq lazımdı. İlk öncə ərəblər Azərbaycanı işğal etdiklərində burda hakim olan din nə idi? Alban xristianlığı. İkinci məqam isə xristianlığın Alban xristianlığı deyilən bir qolu varmı? Və Alban xristianlığı olaraq niyə ayrılmaqdadır bu qol? Özəllikləri, xüsusiyyətləri nədən ibarətdir? Mənə elə gəlir ki, bu xususiyyətləri, özəllikləri tapmaq üçün xristianlığa deyil, Göy Tanrıçılığa baxmalıyıq. Eramızdan əvvəl I əsrin sonları, eramızın I əsrinin əvvəllərində yaşamış Strabon Albaniyada yaşayan tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Heli (günəş), Zevs (atəş) və Selen (ay) ilahələrinə sitayiş edirlər. Xüsusi etiqad etdikləri Ay ilahəsinin müqəddəs məbədi İberiya yaxınlığında yerləşir. Ölkədə günəş, ay və büdpərəstlik məbədləri ilə yanaşı çoxlu sayda atəşpərəstlik məbədləri də mövcuddur. Biz Murad Acı tədqiqatlarından öyrənirik ki, Altaydan ilk köç edənlər, Yer-Sunun, Ulgenin, Ərlikin hakimiyyətini müdafiə edərək, Göy Tanrı inancına qarşı çıxan türklər olmuşdurlar ki, onlar Altaylardan sonra Qafqazda məsgunlaşmışdırlar. Böyük köçdən sonra bu türklərdə yenidən Altaylardan gələn türklərlə birləşmiş və Göy Tanrı inancını mənimsəmişdirlər. Artıq demək olar ki, bütün türklər vahid bir inanc, Göy Tanrı inancı altında birləşmişdirlər. Yenə arxeoloji tapıntılardan və də Murad Acı tədqiqatlarından öyrənirik ki, xaç, kilisə, xaç suyunda vaptiz olunma sırf Göy Tanrı inancının məhsullarıdır. Yəni biz türklər xristianlıqdan daha öncə bu ayinləri icra etməkdə idik. Alban dövləti zamanında da, ümumiyyətlə islama kimi, bu ərazilərdə Göy Tanrı inancı hakim olmuşdur. Murad Acı xaçın, kilisənin, xaç suyunun, vaptizin xristianlıqda eramızın dördüncü əsrindən sonra görsənməyə başladığını tədqiqatlarla sübut etmişdir. Alban dövlətinin isə bizim eradan əvvəl dördüncü əsrdə yarandığını nəzərə alsaq bu dövlətin ibadət etdiyi dinin xristianlıq deyil Tenqriçilik olduğunu anlamış olarıq. Hətda, erməni Qriqorisin Dərbənddə türk din xadimlərindən təlim alaraq ermənilər arasında bu dini yaydığıda bilinməkdədir. Bu məqamda yaranacaq suallardan biri, bəs niyə tarixçilərin Alban dövlətinin xristian dininə sitayiş etdiyini qeyd etdikləri olacaqdır. Mənim fikrimcə, səbəblərdən biri Tanrı tərəfindən göndərilmiş elçi tərəfindən yaradılmış bir din olaraq bilinən xristianlıq, zamanla biz türklərə də cazibədar və göz qamaşdırıcı gəldiyi üçün bu cür adlandırılmağıdırsa, digər səbəbi isə tarixçilərin bilərəkdən və ya bilməyərəkdən tarixi təhrif etməkləridir. Unutmamalıyıq ki, tarixi ən çox təhrif edənlər məhz tarixçilərdir. Yenədə ciddi tədqiqata ehtiyac duyulan məsələlərdən biri olduğunu danılmaz həqiqətdir.
Rəhim VAHİD