GenelGüncel

Əbdürrəhman Ünsinin klassik muğamlarda oxunan bir qəzəli

Türk dünyasının fazillərindən biri Səid Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) atası XIX əsr Şamaxı ədəbi məclisinin üzvü

Əbdürrəhman  Əfəndi Ünsinin klassik  muğamlarda oxunan bir qəzəli

Nə adətdir gözəllərdə məni gördükdə neştərlər,


Çəkərlər tici Əbrü’dən nəzər əhlinə qlişdərlər.

***

……………..
Vurarlar tiri tür üstən tökərlər aşiqin qanın,

Dönüb bir xəndə ilən vurduğu zəhmun kirşidərlər.

***

Qara xalə məni qoymaz baxım ol mərdümin çeşmin,


Misaldır danəyə qəsd eyləyən quşları kişdərlər.

***

Əgər ləbi ləbin öpdümsə,qəhr etmə bu,


rəsm (adət-N.N.) olmuş,


Ələ bir alma düşdükdə qızarmış ,olsa, dişdərlər.

***

Dedim çaki giribandı və ya sübhin dəmidi bu,


Nə kim hər qərdi pürqiymət, dedi olsa,gümüşdərlər.

***

.

Şikayət eyləmə, Ünsi, gözəllər cövrü -zülmündən, 


Fitad (bəlkə də “fulad”dır-polad-N.N.)

altun ola, hərçənd yenə axir çəkişdərlər.

Pin It on Pinterest