Genel

ELMMETRIK DÜŞÜNCƏNIN ƏDƏBIYYAT ŞÜNASLIQDA YENI MƏRHƏLƏSI

ELMMETRIK DÜŞÜNCƏNIN ƏDƏBIYYAT ŞÜNASLIQDA YENI MƏRHƏLƏSI

(Filologiya elmləri üzrə fəsəfə doktoru, dosent Zakirə Əliyeva ilə müsahibə)

zakire aliyeva
zakire aliyeva

Son illərdə elmi fəaliyyətin qiymətləndirilməsində elmmetrik və bibliometrik göstəricilərin

rolu getdikcə artır. Bu istiqamətdə Azərbaycan humanitar elmlərində aparılan araşdırmalar

xüsusi maraq doğurur. Müsahibimiz, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, AMEA

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt”

şöbəsnin müdiri Zakirə Əliyevadır. Z.Əliyevanın tədqiqatlarında Azərbaycan ədəbiyyatının və

ədəbiyyatşünaslığının populyarlaşması, rəqəmsallaşması, elmi irsin elektron mühitə

inteqrasiyası, elmi fəaliyyətin beynəlxalq görünürlüyü, biblioqrafik və elmmetrik araşdırmalar və

s. mövzular mühüm yer tutur. Bu yaxınlarda alimin “Salidə Şərifovanın yaradıcılığı elmmetrik

diapazonda” adlı monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığında ilk elmmetrik tədqiqatlardan

biri kimi ədəbi və elmi mühitə təqdim olundu. Azərbaycan ədəbiyyatşünaslığının və

ədəbiyyatşünas alimlərimizin rəqəmsal inkişaf mühitində populyarlaşması baxımından bu

elmmetrik araşdırma modeli ilk və təqdirəlayiq addımdır. Hər iki mühitdə maraqla qarşılanan

“Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı

monoqrafiyası haqqında müəlliflə bir söhbətə ehtiyac olduğunu hiss etdik.. Əminik ki, kitabın

yaranma ideyası, elmmetriyanın humanitar elmlərdəki rolu və gələcək perspektivlər mövzusunda

müsahibəmiz oxuculara həm də adı çəkilən nəşr haqqında dolğun və əhəmiyyətli informasiya

əldə etməyə imkan verəcək.

 Hörmətli Zakirə xanım, ilk növbədə bir müsahibə çərçivəsində oxucularımıza

rəqəmsal humanitar elmlər haqqında fikirlərinizi necə ifadə edərdiniz?

– XXI əsrin yaratdığı ənənəvi akademik fəaliyyət ilə rəqəmsal texnologiyaların sintezi

nəticəsində yeni elmi ekosistem, hibrid elmi mühit yaranmaqdadır. Süni intellekt, böyük

verilənlər bazaları, rəqəmsal korpuslar və elmmetrik sistemlər humanitar elmlərin də inkişafında

mühüm rol oynamaqdadır. Gələcək məhz bu istiqamətə məxsusdur. Ümumiyyətlə,

rəqəmsallaşma artıq humanitar elmlərin də ayrılmaz hissəsinə çevrilməkdədir. “Elektron

Akademiya” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında bu sahədə ciddi islahatlar

aparılır. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ifadəsi ilə desək “humanitar və

rəqəmsal təfəkkürün qovşağında” tədricən beynəlxalq elmi dövriyyəyə daxil olmamız və nüfuzlu

qlobal elmi şəbəkələrdə yer almamız daha dinamik inkişafın ilkin təməlləridir. Çalışdığım

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da daxil olmaqla, alimlərimizin elmi profillərinin

sistemli idarə olunması, açıq elm prinsiplərinin tətbiqi və databazaların təşəkkülü, elmi biliklərin

rəqəmsallaşması, beynəlxalq görünürlüğünün artırılması, nüfuzlu elmi bazalarda təmsil olunma

prosesləri genişlənir. Rəqəmsal texnologiyalar yeni tədqiqat metodları yaradır və bu proses

qaçılmazdır. Ədəbiyyat İnstitutunda “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” şöbəsinin

yaradılması da bu zərurətdən irəli gəlmişdir.

– Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni yaradılmış və rəhbərlik etdiyiniz

“Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” şöbəsi haqqında yığcam məlumat verə

bilərsinizmi?

– Bildiyiniz kimi, 2025-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” haqqında Fərman və

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq

edilməsi haqqında Sərəncam” kimi mühüm sənədlər imzaladı. Həmin sənədlərə əsasən və

müasir dövrün tələblərinə müvafiq olaraq Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

İsa Həbibbəylinin rəhbərliyi ilə həyata keçirilən islahatlar əsasında akademkin qeyd etdiyi kimi

elmi qurumun “Elektron Arxitektura”sı formalaşdırıldı. Bu baxımdan rəqəmsal humanitar elmlər

və süni intellekt texnologiyalarının elmi fəaliyyətə inteqrasiyasının ilkin mərhələsi kimi Nizami

Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və süni intellekt” şöbəsi

2026-cı ilin yanvar ayından fəaliyyətə başladı. Ədəbiyyat İnstitutunun mövcud elmi potensialı və

Sİ texnologiyalarının sürətli inkişaf potensialı nəzərə alınmaqla şöbənin fəaliyyət istiqamətləri,

strateji prioritetləri müəyyənləşdirildi.

Hazırda şöbədə rəqəmsal ədəbiyyatşünaslıq sahəsində Sİ tətbiqləri ilə tədqiqat

proseslərinin modelləşdirilməsi imkanları, strateji planlaşdırma, rəqəmsal mətnlərin, “Data-

xəzinə” korpuslarının yaradılması və idarə edilməsi sahəsində mühüm proseslərə start

verilmişdir. Fərəhli haldır ki, şöbədə qısa müddət ərzində Azərbaycan ədəbiyyatşünaslığının və

ədəbiyyatşünas alimlərimizin rəqəmsal inkişaf mühitində populyarlaşması baxımından ilk elmi

məhsul – ilk elmmetrik araşdırma modeli hazırlanmışdır. “Ədəbiyyatşünas alimin elmmetrik

portreti” seriyasından Google Scholar, Web of Science, Academia.edu, ResearchGate, DergiPark

Academik və digər nüfuzlu elmi platformalarda H indeksinin göstəricisi ilə fərqlənən

ədəbiyyatşünas alimimiz haqqında “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı

elmmetrik diapazonda” kitabı nəşr olunmuşdur.

Elə müsahibəmizin əslində əsas mövzusu həm ədəbi, həm də elmi mühitdə maraqla

qarşılanan “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik

diapazonda” adlı kitabınız haqqındadır. Bu kitabın ərsəyə gəlməsi və ideyanın necə

yaranması haqqında məlumat verməyinizi xahiş edərdik.

– Son illərdə elmi fəaliyyətin qiymətləndirilməsində elmmetrik göstəricilərin rolu

əhəmiyyətli dərəcədə artıb. Dünyada artıq yalnız nəşrlərin sayı deyil, onların təsir gücü, istinad

göstəriciləri, beynəlxalq elmi bazalarda görünürlüğü də nəzərə alınır. Mənə maraqlı idi ki,

Azərbaycan ədəbiyyatşünaslıq elminin tanınmış nümayəndələrinin elmi fəaliyyəti bu meyarlar

baxımından necə görünür. Beləliklə, nəzəriyyəçi alim Salidə Şərifovanın yaradıcılığının

elmmetrik təhlili ideyası yarandı və nəticədə bu kitab ərsəyə gəldi.

Əsas məqsəd Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq bir alimin elmi

fəaliyyətinin elmmetrik modelini yaratmaq idi. Eyni zamanda, məqsəd yalnız faktları toplamaq

deyil, həmin faktları vizual şəkildə təqdim etməklə alimin elmi fəaliyyətinin inkişaf dinamikasını

göstərmək, infoqrafik nümunələrlə, statistik göstəricilərlə elmi məhsuldarlığı, nəşr dinamikasını

və beynəlxalq nüfuzu daha aydın ifadə etmək idi.

– Nə üçün məhz Salidə Şərifovanın yaradıcılığını araşdırma obyekti seçdiniz?

– Seçim təsadüfi deyil. Bunun bir neçə səbəbi var. Əvvəla, Salidə Şərifova müasir

Azərbaycan ədəbiyyatşünaslığının ən məhsuldar alimlərindən biridir. Salidə Şərifovanın geniş

elmi fəaliyyəti, zəngin nəşr bazası və beynəlxalq elmi platformalardakı təmsilçiliyi belə bir

araşdırma üçün əlverişli nümunə hesab olundu. Onun əsərlərinin mövzu dairəsi olduqca genişdir.

Digər tərəfdən, müxtəlif beynəlxalq elmi bazalarda təmsil olunması, aktivliyi, əsərlərinə edilən

istinadların sayı və elmi nüfuzu onu elmmetrik tədqiqat üçün maraqlı elmmetrik obraza çevirir.

Bundan əlavə, onun yaradıcılığı üzərində aparılan təhlil bütövlükdə Azərbaycan humanitar

elmlərinin rəqəmsal görünürlüğü barədə də müəyyən təsəvvür yaradır. Təsadüfi deyil ki, Salidə

Şərifova 2024-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “İstinadda rekord”

diplomu təltif edilmiş ilk ədəbiyyatşünas olmuşdur. Göründüyü kmi, təqdim edilən elmmetrik

diapazon alimin akademik irsinin gələcək tədqiqatlar üçün etibarlı metodoloji baza yaratdığını

nümayiş etdirir və bu elmmetrik obraz humanitar düşüncə sistemimizdə elmi inkişafın strateji

istiqamətlərini müəyyənləşdirən model kimi önəmlidir.

– Humanitar elmlərdə elmmetriyanın tətbiqi bəzən mübahisəli hesab olunur. Siz bu

məsələyə necə yanaşırsınız?

– Doğrudur, humanitar elmlərin xüsusiyyətləri fərqlidir. Burada yalnız rəqəmlərlə nəticə

çıxarmaq mümkün deyil. Müasir dövrdə elmmetriya yalnız təbiət və texniki elmlər üçün deyil,

humanitar elmlər üçün də mühüm qiymətləndirmə vasitəsidir. O, alimin elmi nüfuzunu, təsir

gücünü, sitat indekslərini və beynəlxalq görünürlüğünü obyektiv şəkildə müəyyən etməyə imkan

verir. Məsələn, bir alimin əsərlərinin hansı ölkələrdə oxunduğunu, hansı mövzuların daha çox

maraq doğurduğunu, hansı tədqiqatların daha çox sitat aldığını müəyyənləşdirmək mümkündür.

Bu məlumatlar elmi siyasətin formalaşdırılması baxımından da əhəmiyyətlidir. Əsas məqsəd

yalnız bir alimin elmi fəaliyyətini statistik göstəricilərlə təqdim etmək deyildi. Mən çalışmışam

ki, elmmetrik məlumatlar vasitəsilə bir tədqiqatçının yaradıcılıq yolunun dinamikasını, elmi

maraqlarının inkişafını və beynəlxalq elmi mühitdəki mövqeyini ortaya qoyum. Bu baxımdan

kitab həm də elmi portret nümunəsidir.

– Kitabda hansı metodoloji yanaşmalardan istifadə etmisiniz?

Araşdırmada bibliometrik, elmmetrik və vebometrik təhlil metodlarından istifadə

olunmuşdur. Google Scholar, ResearchGate, ORCID, Academia.edu, Web of Science və digər

beynəlxalq platformalar əsas məlumat mənbələri kimi araşdırmaya cəlb edilmişdir. Tədqiqat

çoxşaxəli mənbələr üzərində qurulub. Ədəbiyyat İnstitutunun biblioqrafik salnamələri,

kitabxanaların elektron kataloqları və s. -bu mənbələr birgə şəkildə alimin elmi fəaliyyətinin

daha dolğun mənzərəsini yaratmağa imkan verdi.

– Tədqiqat zamanı sizi ən çox təəccübləndirən nəticələr hansılar oldu?

Qeyd etdiyim kimi ilk növbədə, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə

Şərifovanın elmi fəaliyyətinin mövzu diapazonunun son dərəcə geniş olması diqqətimi xüsusilə

cəlb etdi. O, həm Azərbaycan və dünya ədəbiyyatı, həm də ədəbiyyat nəzəriyyəsi, roman janrı,

Qarabağ mövzusu, türk xalqları ədəbiyyatı və digər istiqamətlərdə ardıcıl fəaliyyət göstərmişdir.

Onun ədəbiyyat nəzəriyyəsi sahəsindəki tədqiqatları xüsusi əhəmiyyət daşıyır. Xüsusilə roman

janrının nəzəri problemləri, janr müxtəlifliyi, müharibə romanları və müasir ədəbi proseslə bağlı

araşdırmaları Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutur.

Salidə Şərifovanın milli ədəbi irsin qorunmasına aid araşdırmaları, xüsusilə, Yunus Əmrə,

Şota Rustaveli, Səyat Nəva (Sayat Nova), Molla Cümə və digər ədiblərlə bağlı apardığı

tədqiqatları onların mənsubiyyəti, ədəbi təsir dairəsi və mədəni identifikasiya problemlərinin

elmi müstəvidə yenidən dəyərləndirilməsini ehtiva edir. Müxtəlif tarixi mərhələlərdə bəzi xalqlar

tərəfindən bəzi ədəbi şəxsiyyətlərin fərqli şəkildə mənimsənilməsi və başqa ədəbi-mədəni

müstəvidə təqdim edilməsi, alternativ ədəbi-mədəni kontekstlərdə interpretasiya olunması

ədəbiyyatşünaslıqda mürəkkəb və çoxqatlı elmi problem kimi özünü göstərməkdədir. Salidə

Şərifovanın tarixi mənbələrə və elmi faktlara əsaslanaraq onların Azərbaycan ədəbi-mədəni

mühiti ilə bağlılığını əsaslandıran araşdırmaları Azərbaycanda deyil, xaricdə çap edilməsi,

həmçinin həmin tədqiqatlara qarşı ciddi elmi etirazların irəli sürülməməsi onların metodoloji

əsaslarının və faktoloji dayanıqlığının göstəricisi kimi qiymətləndirilməlidir. Bu tədqiqatların

Azərbaycandan kənarda, beynəlxalq elmi nəşrlərdə çap olunması onların yalnız milli elmi

mühitlə məhdudlaşmadığını, geniş akademik dövriyyəyə daxil olduğunu bir daha təsdiq edir. Bu

fakt həmin araşdırmaların elmi qəbul olunma səviyyəsini və beynəlxalq elmi diskursda rezonans

doğura bilmə potensialını artıran mühüm göstəricisidir. Bu istiqamətdə irəli sürülən elmi

müddəalara qarşı ciddi və sistemli akademik etirazların formalaşmaması isə milli ədəbi irsin

qorunmasında əvəzsiz xidmətləri olan Salidə Şərifovanın araşdırmalarının yüksək akademik

obyektivliyə, elmi sistemliliyə və güclü mənbəşünaslıq bazasına söykəndiyinin göstəricisidir.

– Bu monoqrafiyanın Azərbaycan ədəbiyyatşünaslığı üçün yeniliyi nədən ibarətdir?

Əsərin əsas yeniliyi ədəbiyyatşünas alimin fəaliyyətinin ilk dəfə sistemli elmmetrik model

əsasında araşdırılmasıdır. Bu yanaşma gələcəkdə digər alimlərin də elmi portretlərinin

hazırlanması üçün metodoloji nümunə rolunu oynaya bilər.

Digər tərəfdən elmmetrik göstəricilər təkcə hesabat xarakteri daşımır. Onlar alimləri daha

görünən olmağa, beynəlxalq əməkdaşlığa qoşulmağa və tədqiqatlarının təsir dairəsini

genişləndirməyə təşviq edir. Eyni zamanda, bu göstəricilər elmi fəaliyyətin strateji

planlaşdırılması üçün də faydalıdır.

Mən hesab edirəm ki, Azərbaycan ədəbiyyatşünaslarının elmmetrik portretlərinin

hazırlanması ayrıca bir tədqiqat istiqamətinə çevrilməlidir. Gələcəkdə müxtəlif alimlərin və elmi

məktəblərin, elmi tariximizin öyrənilməsi rəqəmsal elmi göstəricilər əsasında müqayisəli təhlili

bu sahədə yeni nəticələr verə bilər. Bu kitab həmin istiqamətdə ilk addımlardan biridir. Faktiki

olaraq müəllifi olduğum “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik

diapazonda” adlı monoqrafiyada metodologiya apropasiya edilmiş və formalaşmışdır.

Monoqrafiyada Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq konkret bir alimin çoxşaxəli

elmi fəaliyyəti həm nəzəri aspektdən, həm də elmmetrik göstəricilər, elmi kommunikasiya

imkanları, beynəlxalq görünürlük səviyyəsi, istinad dinamikası və akademik təsir gücü

prizmasından kompleks şəkildə araşdırılaraq ictimaiyyətə təqdim edilir. Tam əminəm ki, təqdim

olunan monoqrafiyadakı belə yanaşma gələcəkdə ayrı-ayrı alimlərin, elmi məktəblərin və

bütövlükdə Azərbaycan filoloji fikrinin inkişaf tarixinin yeni elmi metodologiya əsasında

yenidən qiymətləndirilməsi üçün fundamental bazaya çevriləcək. Bu istiqamətin məhz humanitar

elmlərdə də rəqəmsal analitika, elmmetrik təhlil və akademik fəaliyyətin sistemli monitorinqi

kimi yanaşmaların Azərbaycan elmi mühitində institusional səviyyədə tətbiqinə təkan verəcəyinə

də əminəm. Ona görə də müəllifi olduğum bu monoqrafiya yalnız bir tədqiqat işi deyil, eyni

zamanda gələcək elmi araşdırmalar üçün yeni metodoloji paradiqmanın başlanğıcıdır.

– Son olaraq oxuculara nə demək istərdiniz?

– Ümid edirəm ki, oxucular yalnız Salidə Şərifovanın elmi fəaliyyəti haqqında deyil,

bütövlükdə müasir elmdə baş verən transformasiyalar haqqında da yeni təsəvvür əldə edəcəklər.

Kitab göstərir ki, elmi fəaliyyət artıq yalnız kitab və məqalələrin sayı ilə ölçülmür. Bu gün elmin

rəqəmsal izi, beynəlxalq görünürlüğü və təsir gücü də böyük əhəmiyyət daşıyır. Elmi fəaliyyət

daim yenilənən və inkişaf edən bir prosesdir. Humanitar elmlər də bu dəyişikliklərdən kənarda

qalmamalıdır. Rəqəmsal texnologiyalar və elmmetrik yanaşmalar elmi düşüncənin yeni

imkanlarını açır. Əsas məqsədimiz bu imkanlardan istifadə etməklə Azərbaycan elmini daha

geniş beynəlxalq elmi məkanda tanıtmaqdır.

Müsahibəni apardı: Müşfiq BORÇALI,

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Junalistlər Birliyinin və Turan Yazarlar Birliyinin üzvü,

“Ziya” qəzetinin, ZiM.Az, Ziya.info.az, Elm.info.az və Turan.info.az saytlarının Baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest