Bəhram Bilal oğlu
Gözlər var nəmlənər yaşı axıtmaz
Saxlayar qəmini heç kəsə satmaz
Qürurlu insanı dağlarda yıxmaz
Yıxılan insanı çox insan saymaz
Sanma yaşayırıq düşün ölmüşük
Əzabı çəkmişik,həzzi görmüşük
Dumanı adətən dağda görmüşük
Fələy fırladır, yağışa düşmüşük
Gözü doymayan daha da, çoxalır
Qartal yuvasında qızıl axtarır
Nəfsinə qul olanlar yaman-artır
Tab gətirə bilmir ürəy – dayanır
Düşünmə uzun ömür yaşayırıq
Anla ki,nəfsimizlə savaşırıq
Tək nəfəsin üstündə dayanırıq
Qorxmadan yenədə haqqa batırıq
Bəhram Bilal oğlu
Yazmaq istəyirəm ədəbiyyatdan
Əvvəla danışım mənəviyyatdan
Susmadan yazıram real həyatdan
Şairəm deyirəm əbədiyyatdan
Əbədi yaşayan görmədim heç vaxt
Oxudum kitabdan,olubdur o vaxt
Əhd peyman bağlamış Rəbbilə insan
Açmışdır cənnətin qapısın inan
Ruhumu bədəndən çıxanda gördüm
Cismimi şam kimi əriyən bildim
Cansız əşyaları yeriyən gördüm
“Əl-qiyam” surəsi vardır da,dedim
“İkisi bağlıdır” ilahiyyata
Çıxır bədəndən ruh qalxır səmaya
Bir ömür yaşayır dərk etmir insan
Yaradan insana göndərib “Quran”
Bəhram Bilal oğlu
Kənddən – şəhərə mən köç edən zaman
Apardım özümlə hər şeyi inan
Qəriblik köç etdi ömrümə bir an
Darıxıram hələ də,kəndçün yaman
Gəncliyim başladı həmin o yoldan
Surramız çıxmaz ki, heç vaxt yadımdan
Baki olsada lap fərqli bir məkan
Unutmadım kəndi mən heç bir zaman
Gəzdim neçə şəhər,neçə kəndləri
Çıxmaz ki, yadımdan kürün bəndləri
Düşür e yadıma xatirələri
Tuqayın kür boyu o meşələri
Balıq ovlamağa birgə gedərdik
Əylənməkçün xoş zaman keçirərdik
Tutanda balığı yarı bölərdik
Ayrılıb yenə şəhərə gələrdik
Bəhram Bilal oğlu
Bir həyat istəyirəm İlahi səndən
Olmasın inciyənlər, həyatdan küsən
Şən olsun öz halından dünyaya gələn
Qocalmasın insanlar kədər əlindən
Qoy rahat yaşasınlar qəmdən bixəbər
Çəkməsin bu dünyanın dərdin hər səhər
Danışsınlar, gülsünlər həyat sevərlər
İstəmirəm olsun heç acı çəkənlər
Bəşərin şahıdır da,şahlıq yaraşır
Ağılı vardır deyə zirvələr aşır
Səbr edir o zamanla murada çatır
Xoş həyatı yaşayır ardına baxır.
Bəhram Bilal oğlu
Demə, sən olmasan mən çox darıxaram
Olmasan bir an, hər yeri axtararam
Gəzərəm dünyanı inan ki, taparam
Harda olsan belə sənə qovuşaram
Çox görmüşəm e belə sözləri deyən
Əslitək sevginin odunda közərən
Yatmayıb qovuşmağını arzu edən
Görmədim bu yolu heç sonadək gedən
Sanma xəyallarındır yaşadır məni
Qəlbimdir qəlbinə aparır e məni
Darıxanda sıxırmı yoxluğum səni?
Gəl al ruhumu belə incitmə məni
Ən gözəl yaşımda mən aşiq olmuşam
Yol tapıb qəlbinə bir taxtı qurmuşam
Sənsiz düz yollarda bil çaşıb qalmışam
Aşiq olduğumu mən onda sanmışam
Bəhram Bilal oğlu
Gecələr cismim yuxuya gedəndə
Ruhumla səyahət edirəm hər gün
Gəzirik hər iki dünya içində
Alışır yanıram mən öz içimdə
Necə düşünməsin,necə görməsin?
Quran oxumasın,heçnə bilməsin
Siratı keçməyə cəhd də,etməsin
Zamanın boşuna xərcləyən insan
Həyat bir dərs verir,dərk edir insan
Yaxşını -pisdən seçə bilir insan
Pənah aparırsa Rəbbinə insan
Xoş ömür bəxş edir yaradan Allah
Yox idin yoxluğunun səbəbi nə?
Gözəl həyat Allah veribdir sənə
Yaşayasan yar olasan Rəbbinə
Düşəsən cənnətin gözəl yerinə
Bəhram Bilal oğlu
Sığınacaq bir yerim var,
Rəbbim sənin dərgahındır
Başım üstə nəzəri var,
Tək olan uca Allahdır
Dua edir,əl açıram
Şər adamlardan qaçıram
Bağlı qapılar açıram
Özümü səndə tapıram
Nəfsimə uymadım ki,mən
Pul dalıyca qaçmadım mən
Öz yolumu azmadım mən
Haqq yolundan dönmədim mən
Ərz edirəm sən biləsən
Quluna bir rəhm edəsən
Fitnədən uzaq edəsən
Qabağına dağ çəkəsən
Bəhram Bilal oğlu
Gedirəm mən ömür adlı qatardayam
Dayanacaq görünməyir uzaqdayam
Nə yaxşı ki,bir ömürlük bu yoldayam
Sorma məndən, demə indi sən hardasan?
Seçmişəm həyat yolun uzaq gedirəm
Baxma ki,bu yolda mən tənha gedirəm
Bəzən xəyallara lap dalıb gəzirəm
Sorma məndən,demə indi sən hardasan?
Yaşayıram heç kəsə mən toxunmuram
Dincəlirəm düşünmə ki,mən yoldayam
Çatmamışam hələ də,intizardayam
Sorma məndən,demə indi sən hardasan?
Ömür adlı qatardayam ,düşməmişəm
Uşaq vaxtı ərköyünlük etməmişəm
İndi yenə yoldayam da,gəlməmişəm
Sorma məndən,demə indi sən hardasan?!
Bəhram Bilal oğlu
Hər gün yolun üstə dilənən qadın görürəm
Yatmışam elə bil,yuxuda məzlum görürəm
Gözlərində nifrətdən yağan kini görürəm
Qalx ayağa ey qadın,demə sondu ölürəm
Yaşam istəyirəm de,insan azadlığım var
Əlimdən alma mənim ,deməyə sözlərim var
Haqqı yeyən insanın cəhənnəmdə yeri var
Eşitsin duysun hər kəs,məzlumların ahı var.
Səbrli ol deyirik ,çətinliklərə dözürük
Yaşamağa ümid çox yaxşı olar deyirik
Ömürdən gedən günü boşuna xərcləyirik
Allahın izni ilə düzələcək deyirik
Bəhram Bilal oğlu
Gözəl olan gözəlim, mən səni sevməz oldum?!
Bağçada bir gül idin sən ,sənə aşiq oldum
Rəngli olan gül deyil, gözəlliy aşiqiyəm
Bağışla ey gül məni ,yarimə aşiq oldum
Seçərəm sən gözəli,min ola,milyon ola
Qaşın altında olan gözlərə aşiq oldum
Naz edib nazlı gözəl aşiq etmisən məni
Qəlbimdə taxt quranım, sahibə bələd oldum
Eşqinə düşən mənəm,sən kor etmisən məni
Tanıdım sən gülü ki,gözələ mən yar oldum
Bu necə gözəldi ki,mən ona heyran oldum?!
Bilmədən mən gözələ gör necə aşiq oldum
Bəhram Bilal oğlu
Yoldaş olub yenə qəm bu axşam mənə
Nakam bir ömür sürən insan ömrünə
Gecələr fikirdən həmişə qəm çəkən
Qəmi unutdum, içirəm mey biləsən
Bir sevinc bəxş elə də,ya rəbbim mənə
Qanad vurum xəyalən uçum göylərə
Qəmi nə olar qonaq gətirmə bizə
Artıq dözmüre ürək qəm gəlmə bizə
Sıxıntılar olubdur ömrümə şərik
Nə qədər get desəm də,getmək istəmir
Bir dünyaya olub neçə insan şərik
Bu dünyadan insan heç getmək istəmir
Bəhram Bilal oğlu