GenelGüncel

Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə “Milli dirçəlişdən Milli tərəqqiyə gedən yol” adlı konfrans təşkil olunub.

Şamaxıda İsmayıllı RMİ-nin və Şamaxı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə “Milli dirçəlişdən Milli tərəqqiyə gedən yol” adlı elmi-praktik konfrans təşkil olunub.

Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Sonra iştirakçılar mərkəzin fondunda qorunub saxlanılan eksponatlardan və Şamaxı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Daha sonra mərkəzin konfrans zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Könül Eyvazova konfransı açıq elan edərək bildirib ki,Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Azərbaycanın xx əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır.
Azərbaycan mənim ürəyimdir!
Azərbaycan mənim vətənimdir !
Azərbaycan mənim həyatımdır ! deyən bu dahi şəxsiyyət həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarında xalqa müraciət etmişdir. Azərbaycan xalqı isə heç vaxt ondan dəstəyini əsirgəməmişdir.
Konfransda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icracı direktoru, t.ü.f.d., dosent Cəbi Bəhrəmov “Müstəqil Azərbaycan Respublikasının qurucusu ümumilli lider Heydər Əliyev”,
AMEA akademik Z.M.Bünyadova adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Sübhan Talıblı “Ümummilli lider Heydər Əliyev: müstəqillikdən dövlətçiliyə”, ADPU-nin Şamaxı filialının kafedra müdiri, t.ü.f.d., dosent Zərifə Cavadova “Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin rolu”,
Şamaxı rayonu YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova “YAP-ın fəaliyyətində gənclərin rolu”,
ADU-nun tələbəsi, gənc könüllü Səma Vahabzadə “Heydər Əliyev Azərbaycan gəncinin gözü ilə” adlı mövzularda məruzələr ediblər. Məruzəçilər çıxışlarında Ulu Öndərin həyatı, ictimai-siyasi fəaliyyəti,həm Azərbaycana rəhbərlik etdiyi dövrü, həm də müstəqillik dövrü, Azərbaycanın daxili və xarici siyasəti, ordusu, milli təhlükəsizlik məsələləri, dünya azərbaycanlıları ilə iş, azərbaycançılıq ideologiyası, Ermənistanın Azərbaycana təcavüzü, elm, təhsil, mədəniyyət sahəsində fəaliyyət, dövlət-vətəndaş münasibətiləri, eləcə də Ulu Öndərin siyasi kurusunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti və s. məsələləri qeyd ediblər. Xüsusilə ümumilli liderlə bağlı arxiv materialları, sənədlər, yerli və xarici elmi ədəbiyyat, KİV-lərdə yazılan materiallar, ayrı-ayrı ictimai, icimai, siyasi və dövlət xadimlərinin xatirələri haqqında da məlumatlar konfrans iştirakçılarının nəzərinə çatdırılıb.
Eləcə də konfransda ADPU Şamaxı filialının müəllim və tələbə heyəti, İsmayıllı RMİ-nin Şamaxı rayonu üzrə baş məsləhətçisi, Şamaxı Gənclər İdman İdarəsi -nin rəhbər və əməkdaşları, Şamaxı Yap Gencler Birliyi-nin fəalları, rayon təhsil və mədəniyyət müəssisələrinin bir qrup nümayəndələri iştirak ediblər.

Milli dirçəlişdən Milli tərəqqiyə gedən yol
Milli dirçəlişdən Milli tərəqqiyə gedən yol

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest