GenelGüncel

Ziya – Ziyayi-Qafqasiyyə

Azərbaycan milli ədəbi dilinin formalaşmasında  və inkişafında önəmli yeri olan, 

    ilk iki nömrəsi itən “Ziya” (“Ziyayi-Qafqasiyyə”) qəzetinin dili  və dilçəyi
                                     ( Birinci yazı)

“Ziya” (“Ziyayi-Qafqasiyyə”) 1879-1884-cü illərdə Tiflisdə Azərbaycan dilində əslən şamaxılı olanSəid Ünsizadə (1842-1903) tərəfindən həftədə bir dəfə nəşr olunan qəzetdir. Sonuncu nömrəsi 1884-cü il iyunun 26-da- nəşr olunmuşdur. “Ziya”nın ilk iki nömrəsi hələ tapılmayıb. Xronoloji ardıcıllığına, hər nömrənin pəncşənbə günü (cümə axşamı-red.) çıxacağı əvvəlcədən elan olunduğuna görə ilk nömrənin 1879-cu il yanvarın 25-də, ikinci nömrənin isə növbəti pəncşənbə günü – martın 1-də nəşr olunduğu güman və təxmin edilir. Başqa variant da mümkündür Bəzi tədqiqatçılar ilk nömrənin tarixini 14 yanvar 1879-cu ildən hesablamışlar (1).

Belə olan təqdirdə həftəlik qəzetdə bir həftə ləngimə olduğunu düşünmək olar.

Rəsmi dövlət sənədlərində Səid Ünsizadəyə “Ziya” qəzetini 1879-cu ilin yanvarın əvvəllərindən başlayaraq çıxarmağa icazə verilmişlər. (2

“Ziya” qəzeti 1880-ci ilin dekabrından “Ziyayi-Qafqasiyyə” adı ilə çıxmışdır. Addəyişmə əməliyyatını qəzetin sərlövhəsini dəyişən rəssamın müdaxiləsi kimi izah etsələr də, əslində bu, məqsədyönlü xarakter daşımış, S.Ünsizadə “Ziya”nın yayıldığı məkanı bilərəkdən məhdudlaşdırmışdır. Əslində “Ziya” qəzeti Türkiyə və İranda da, Rusiyanın türk dili başa düşülən bir çox ərazilərində də oxunurdu. Bunu Simferopoldan, Tambov quberniyasının Spassk şəhərindən, Sankt-Peterburq, Moskva, Ufa, Həştərxan kimi iri şəhərlərdən gələn məktublar sübut edirdi.
“Ziya”- maarif ziyasıdır. Bu, elə ziyadır ki, sərhəd tanımır, öz şəfəqləri ilə qaranlıq aləmi işıqlandırır, xalqı işıqlı günlərə səsləyir. “Ziya”nınnaşiri və imtiyaz sahibi Səid Ünsizadə öz maarifçilik fəaliyyətini, bu yoldakı axtarış və qarşılaşdığı çətinliklərlə mübarizəni belə səciyyələndirirdi:

”Tiflis. 17 noyabr. “Ziya” qəzetəsinin təb və nəşr olunmağını dostdutan həzərata məlum ola ki, həmin ildə (1879-cu ildə-N.N.) qəzetə verməkligi öhdəmizə götürən vəqtdə hərçənd niyyətimiz onamüncərr (bir tərəfə çəkilən,sürüklənən-N.N.) olmuşdu ki, qəzetimizi keçən məhərrəm ayınınibtidasından verək. Çünki səneyi- islamiyyənin ibtidası ondan başlanır vəlakin işimizin ibtidası düşvar olduğuna görə bacara bilmədik ki, bir parə kəsr və nöqsanımızı cabəca (yerbəyer-N.N.) edibməzkur niyyətimizi əmələ gətirək. Ona görə naçar olub, səfər ayının on dördündə (islam təqviminin1296-cı ilində-N.N.) əvvəlimci nömrəmizi zühurə gətirib, ahəstə-ahəstə səy və himmətgöstərdik”(19.11.1879,N 44).

Səid Ünsizadə öz millətdaşlarına təmənnasız xidmət nümunəsigöstərirdi. O, Şamaxıdan Tiflisə gəlib, burada ərki çatan insanların köməyi ilə əvvəlcə litoqrafiya (daş bsmaxanası), sonra tipoqrafiya (hürufat basmaxanası-N.N.) açmışdı. Onun fikrincə, “hər millətin öz xəttinə və dilinə məxsusi olan basmaxana (burada: litoqrafiya və tipoqrafiya-N.N.) o millətin və əhvalatını nəşr edən və fikrinə rəvac verən və yamanlıq yolundan mən (qadağan etmə-N.N.) edən və yaxşılıq yoluna tərğib edən və cəmaətin vəkili və onların səsi və yaxşının tərifçisi və yamanın məzəmmətçisi və zalimlərdən şikayətçi və məzlumlara kömək edəndir. Bu mülahizə ilə biz dəxi öz qüvvət və təvanımızdan artıq öz millətimizə məxsus, ümumi mənfəəti olan mətbəə dəstgahlarını hasilə gətirməkdə bacardığımızı müzayiqə eləmədik” (03.12.1881, N2).

S.Ünsizadə proqram xarakterli bu məqaləsində dövrün ziyalılarını əlbirliyə çağırırdı:

“Bir ev bir eli tikə bilməz, bəlkə bir el bir evi tikə bilər…Bu barədə hər bir tərəfdən himmət və iltifat göstərmək lazımdır və hər kəs basmaxana və qəzetimizi özününkü hesab eləməlidir”.

S.Ünsizadə qəzetdə nə yazırsa yazsın, fikrini elə ifadə edirdi ki, onu anlayırdılar, yaxşı başa düşürdülər. Qəzetdə başa düşülməyən sözlərin və ifadələrin izahı, aydınlaşdırılması üçün müxtəlif üsullardan istifadə edilirdi. Bu məqsədlə ən çox mötərizə və “yəni” aydınlaşdırma bağlayıcısından istifadə olunurdu. Qəzetdə ayrı-ayrı sözlərin izahında ətək yazılarından da istifadə edilirdi. Bu qaydadan ən çox Ezop maneralı tərcümələrdə istifadə edilmişdir. Bu cəhətdən “Ziya”nın 26 iyul 1879-cu il tarixli 27-ci nömrəsində “Moskovckie vedomosti ” qəzetindən çap tarixi göstərilmədən tərcümə edilmiş bir yazı diqqəti cəlb edir. Yazıda inqilabi işlərə qoşulan bir nəfərin həbsindən söz açılır. O, tutulan vaxtı özünü Rusiya dövlətininsosialistlərindənbiri olduğunu deyir. Tərcüməçi “sosialist” sözünün üstünə ulduz işarəsi qoyaraq, qəzetin ətək yazısında onu və onunla ilgili daha üç sözü belə izah edir:

Sosialist“ latın lüğətidir. Bu halda Evropadasosialisto şəxsə deyirlər ki, sosializmməzhəbindəndir (yol-N.N.) və bu məzhəb iki şüqqə (qola-N.N.) münşəəqdir (parçalanmışdır-N.N.)ki, birinəqommunizm(mötərizədə ərəb qrafikalı qəzetdə rus hərfləri ilə“kоммунизмъ“- N.N.), o birinəsosializm (mötərizədə rus qrafikasıl ilə “сосиализмъ”– N.N.) deyirlər”.

Daha sonra uzun-uzadı izahat gəlir. Əslində ilkin mənbədə-rusdilli paytaxt qəzetində nəsosialistsözü, nə də ki onunla bağlı belə geniş izahat var.

Yeri gəlmişkən qeyd edək ki, sosialist, kommunizm, sosializm və bunlarla ilgilirevolyusionersözlərini anadilli mətbuatda-Azərbaycan mətbuatında ilk dəfə türkdilli oxuculara çatdıran Səid Ünsizadə olmuşdur. Əlbəttə, biz onu inqilabçı kimi tanıtmaq fikrində deyilik. Bu sözlər “Ziya” qəzetində görünəndə sonralar LENİN kimi tanıdığımız Volodya İlya oğlu hələ tatar şəhəri Kazanda harasa dərs öyrənməyə gedirdi: 9 yaş 3 ay (mayın 31 gün olduğunu yaddan çıxarmasaq) 5 günlük idi, başqa sözlə, 10 yaşının 97-ci günündə gələcəyinin planlarını və yalanlarını cızırdı.


“Ziya” qəzetində işlənən alınma terminləri mövzusuna görə bir neçə yerə bölmək olar:

1) ictimai-siyasi məzmunlu terminlər
2) məktəb və maarifçilik terminləri
3) peşə, sənət, vəzifəvə məşğulluq sahəsinə aid terminlər
4) maliyyə, pul və bank əməliyyatları ilə ilgili terminlər
5) hərbi anlayışları ifadə edən terminlər

“Ziya” qəzetində bəzi alınma sözlərin “Əkinçi” qəzetində olduğu kimi, “yəni” aydınlaşdırma bağlayıcısı ilə izah edilməsinə geniş yer verilmişdir: ”Peterburq. 11 mart. ”Qolos”un nəqliyyatına görə, Zaqafqaziyanın, yəniQafqazın qiblə tərəfininteleqrafı ümumi teleqraf rəbtinə müəlləq ( bir şeyə söykənmədən havada və yaboşluqda duran-N.N.) olunmaqdan ötrübu ildən tədbir olunur ki, Baku və Krasnovodskinin arasında telaqraf bəndləri nəsb eləsinlər (tiksinlər-N.N.)”(1879,N8).

“Zaqafqaziyada, yəniQafqazqitəsindəkimüsəlman şəhərlərində doqquz yüzə qərib sünni və şiələrə məxsus oğlan və qız məktəbləri var imiş” (27.03.1880,N17).

“Bu işdən ötrü hökumətin kontroluna, (yəni onun zəbt və idarəsinə) verilmiş sərmayə 7135270 markalıq qızıl pul və yaxud 3767660 manatlıq rusi kağız puldur”(09.10.1881,N30).

“Ziya”da tərcümə materiallarına xüsusi qayğı göstərilmiş, hər sözün anlaşıqlı variantı seçilərək işlədilmişdir. Bu cəhətdən III Aleksandrın 15 may 1883-cü ildə Peterburqdatəşkil olunmuş tacqoyma mərasimindən verilmiş reportaj diqqəti cəlb edir. Reportajda türkdilli oxucular üçün maraqlı ola bilən 30-dan artıq Avropa mənşəlialınma söz vardır: imperator, naçalnik, skaçka(əsb dəvanı-qaçan atların yarışı-N.N.), klub,natarius, çinovnik, hura (uranidası-N.N.) çəkmək,hura cədası, uşkola, imperatoriçə, üç klaslu məktəb, zakon uçiteli, qəpikvə s.

Dilimizdə bu gün geniş populyarlıq qazanmış alınma sözlü terminlər “Ziya” qəzetinin oxucularına elə ilk oxudan məlum olurdu. Yazı müəllifi və ya tərcüməçi sözün çətinliyini başa düşəndə həmin sözü izah etməyi yaddan çıxarmırdı. Yeri gəlmişkən qeyd edək ki, sonralar “Dəbistan” uşaq jurnalında da bu qaydadan səmərəli istifadə olunmuşdur. Məsələ burasındadır ki, “Dəbistan”da nömrənin bütün çətin sözləri jurnalın sonuncu səhifəsində ayrıca başlıq altında “Ziya”dakından fərqli olaraq, ərəb və fars mənşəli sözlərlə Avropa mənşəli sözlər birlikdə verilirdi.


“Ziya”nın bizə məlum olan ilk nömrəsində -08.02.1879-cu il tarixli 3-cü nömrəsində işlənən bir neçə alınma mənşəli, alınma sözlü termin diqqəti cəlb edir:teleqramma, bal (yəni qonaqlıq), ura çığırmaq, muzigah, litoqrafiya, komandir, əfsər (ofiser), zakazvə s.

Bu sözlərin hamısı oxucu üçün başa düşülən olduğu üçün heç bir izahat verilməmişdir. Fikrimizin təsdiqi üçün həmin nömrədən kiçik bir elanı oxuculara çatdırırıq:

“Qəzetə müştərilərimizə məruz ola ki, qəzetəmizdən ötrü zakaz verdiyimiz hürufat vəsl olunanacan naçar olub, qəzetəmizilitoqrafda təb etdirürük. Ona görə lazımdır ki, basmə əlində ittifaq düşən bəzi kur və qüsur və ya bir ax taxir surətində nüktəgirlik (tənqidçilik -N.N.) etməsinlər, çünki yaman günün ömrü az olur”(08.02.1879,N3).


“Ziya”nın 15 fevral 1879-cu il tarixli 4-cü nömrəsini vərəqləyirik. Bu nömrədəkiotryad, qubernator, uşqola tipli bir neçə milliləşmə yoluna düşən Avropa mənşəli söz vardır.

Nömrənin baş məqaləsi uşaqların təlim və tərbiyəsinə aiddir. Yazı “Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində” adlanır. Bu yazıda ərəb mənşəli sözlərin üstünlüyü adi oxu prosesində elə ilk cümlələrdən hiss olunur: “Oxumaq və yazmaq barəsində olan əhvalatın şəhri-bəyanını və insanlara məxsus olan nemətlərdən olubbaisi-şərif və iftixar olmağına …əvvəlimci dərəcədə bildik…Bu zəmanədə, hansı ki, mülk və millətin tərəqqisi elm vəmərifətə və növbənöv dillərə və xətlərə olmaqdadır”.

Nümunədə dilimizin fonetik qanunauyğunluğun u qəbul edən təkcə bir söz var: Avropa(Fransa) mənşəli“nömrə” sözü. Digər sözlərin böyük əksəriyyəti Şərq alınmalarıdır.

Maraqlıdır ki, “Ziya” qəzetində bəzən təhsil ocaqlarını tədris dilinə görə məktəb və uşqola kimi fərqləndirirlər: “Dövlət…lazımi yerlərdəuşqolalar və məktəbləraçubdur”.

“Ziya” qəzetindəki bəzi məqalələr müəyyən mövzu ilə ilgili tezlik lüğətini xatırladır. Azərbaycan dilçilik ədəbiyyatımızda bu mövzuda iki yazıyarast gəirik; biri M.Füzulinin “Leyli və Məcnun poemasının tezlik lüğəti, digəri filologiya elmləri namizədi Fazil Əhmədovun “XVIII ədəbi dilinin inkişafında M.V.Vidadinin rolu” mövzusunda yazdığı namizədlik dissertasiyasının bir bölməsidir.

“Ziya” qəzetinin leksikasında əsas yeri maarif,məktəb və mətbəə məsələlərinə aid terminlər tutur. Bu da təbiidir; “Ziya” Azərbaycan mətbuatında ilk irimiqyaslı maarifçiliknəşridir. ”Ziya” qəzeti bu cəhətdənöz sələfindən-“Əkinçi” qəzetindən də əsaslı şəkildə fərqlənir. “Əkinçi” qəzetində ictimai-siyasi və kənd həyatı məsələlərinin işıqlandırılmasına daha çox fikir verildiyindən, təbii ki, buradabu sahələrə aid terminlərdən daha çox istifadə olunurdu.

Bir məsələni də xüsusilə vurğulamaq lazımdır. H.Zərdabi rusdilli milli ziyalıidi; o, Şamaxıda da, Tiflisdə də, Moskvada da rus dilində təhsil almışdır. H. Məlikzadə (Zərdabi) Moskva Universitetini qurtarıb, təyinatı üzrə Tiflisə qayıdandan sonra da, sonralar Qubada dövlət qulluğunda işləyəndə də bütün yazı-pozu işlərini rus dilində gördüyündən 30-35 yaşına qədəronun Azərbaycan ədəbi dilində mükəmməl yazı təcrübəsi yox idi. Lakin H.Zərdabi qısa bir müddətdə ədəbi dil və anadilli yazı mədəniyyətimizdə inqilab yaratdı; M.F.Axundovun tövsiyəsi ilə “Əkinçi” qəzetin ətrafına yaxşı həyat məktəbi keçmiş, yaxşı müəllimlərdən dərs almış bir neçə dili mükəmməl bilən milli ziyalıları toplaya bildi. “Əkinçi”yə rus dilində göndərilənməktublar dayaxşı tərcümə olunurdu.

Yeri gəlmişkən qeyd edək ki, mətbuat tariximizin tərcüməçilik ənənələri, təəssüf ki,hələ lazımınca öyrənilməmişdir. Halbuki buməsələnin ciddi tədqiqi bir sıratarixi, siyasi, ədəbi və elmi mövzuların mükəmməl şəkildə araşdırılmasında əhəmiyyətli rol oynaya bilər.

“Ziya” qəzeti “Əkinçi”nin açdığı yol ilə gedirdi. Doğrudur, “Əkinçi”nin heç bir nömrəsində Ünsizadə qardaşlarının imzasına rast gəlmirik. Amma heç cür inanmaq olmur ki, yaşadığı dövrünictimai-siyasi həyatında fəal iştirak edən Ünsizadə qardaşları “Əkinçi”ninnəşrinə etinasızlıq və biganəlik göstərsinlər. Sonralar Səid Ünsizadədə, onun özündən kiçik qardaşı Cəlal Ünsizadə də Həsən bəy Zərdabinin xidmətlərini yüksək qiymətləndirmişlər. Səid Ünsizadə 1880-ci ildə yazdığı bir məktubundatəhsil sahəsindən uzaqlaşdırılan, maddi çətinliklərlə üzləşən H.Zərdabyiyə göndərdiyi məktubunda ona “Ziya” qəzetinin Tehran və ya İstanbul müxbirliyini təklif edirdi. Lakin bu təklifcavabsız qalmışdı.

Bizə belə gəlir ki, H.Zərdabi “Ziya”da imzasız çıxış etməyə üstünlük vermişdir.“Ziya”da çap olunan bir sıra təbiəthekayələrinin- “Zəlzələ”, “Saqqız cəzireəsi”, “Hava”, ”Qafqazda çay istehsalı” və sairyazılarınmövzu, leksika vəüslubuna, yazı manerasına, sintaksisinin çevikliyinə və xalq dilininincəliklərindən istifadə məharətinə görə H.Zərdabiyə məxsusdur.

“Ziya” qəzeti-yazılı mədəniyyətimizin nümunəvi məktəbidir.Ədəbi dilimizin müəyyən qayda –qanunlarının müəyyənləşdirilməsində, yazı qaydalarının formalaşdırılmasında,sözün sətirdən sətrə keçirilməsi meyarlarının normativləşməsində qəzet rəhbərlərinin-naşir və mühərrirlərin, daimi aparıcı müxbirlərinböyük xidmətləri vardır. Təsadüfi deyil ki,1881-ci ilin əvvəllərində “Qafqaz” qəzetində “Ziya” qəzetinin fəaliyyəti haqqında aparılan müzakirələrdə bu cəhətə xüsusi fikir verilmişdir.

“Ziya” qəzetində sənət və peşə terminlərinin işlədilməsi haqqındayazılarımızın birində söz içində söhbət açmışdıq (“Ölkəmizin peşə məktəbləri tarixindən”(Afərin o şəxslərə ki…) //“Sənətkar”jurnalı,2009,№1, səh.16-17).

“Ziyayi-Qafqasiyyə”nınŞamaxı müxbirlərindən birinin qəzetin 17 aprel 1881-ci il tarixli 11-ci nömrəsində ”Məmləkət əhvalatı” rubrikası (ümumi başlığı) altında dərc olunmuş Şamaxıdan göndərilmiş yazılarının birindən məlum olur ki, şəhərin bir çox varlı və mötəbər adamları yerli əhalinin mənfəəti, ünas (qadın) tayfasının təlim və tərbiyəsindən ötrübir cəmiyyət yaratmaq, şəhərdə bir sənət məktəbi açmaq fikrindədirlər. Onların məqsədi kasıb və füqəralara əl tutmaq, ağır həyat şəraiti olanların maddi vəziyyətini yüngülləşdirməkdir. Yazı müəllifinin fikrincə, bu işin icrasıo qədər də çətin deyil. Məqalədə qadınlar üçün açılması nəzərdə tutulan sənət təlimxanasındamüxtəlif peşə ustalığıvə bacarığı olan ünas (qadın) müəllimlərin dərs deməsi məsləhət görülür. Müəllif təklif olunan təlim və ürfan ocağında öyrədiləcək peşəvə sənətlərin yerli şəraitəuyğunluğunu xüsusilə nəzərəçarpdırır: ”Əvvəlmcisi,xəliçəpalastoxumaq təlim edələr. Hansı ki,onun cümlə əsbabı (aləti)və övrətlərdən olan mahir ustaları Şirvanatda çoxdur vəip əyirməyi və boyamağıçox yaxşı bilirlər.

İkincisi, ipək tortoxumaq, hansı ki, ətraf məktəblərdə çox məğrubdur (rəğbətlidir-N.N.) və özü də Şirvana məxsusdur.

Üçüncüsü,güldüzçülük (müxtəlif parçalara gül tikmək) sənətiki, onu bilmək ilə növbənöv işlər tikmək olar. Məsələn,ustul (stul) üstü, caməxədan və taxça pərdələri, başmaq üzüvə sairləri.

Dördüncüsü,fufayka(köynək) vəcorabtoxumaq, hansı ki, Tiflisdə onlardan ötrü çox yaxşı maşınlar vardır və övrətlərdən çox yaxşı ustalar vardır. Hansı ki, bir gündə bir nəfər iyirmi cift (cüt-N.N.)cülgi (corab-N.N.)və bir neçə köynək toxuya bilər …

Adı çəkilən məqaləyə aid redaksiya qeydində göstərilir ki, şamaxılıların sənət məktəbi açmaq fikri sözdən əmələkeçərsə, başqa yerlərdə də belə təlimxanələrmeydana çıxar və “bu qisimişləri əmələ gətirənlər öz cəmaətlərinə ildə bir neçə yüz min manat əta və ehsan edən kimidir”.

Göründüyü kimi, müəllifin leksikonunda milli və alınma sözlərdən istifadə yolu ilə“ipək fabriki, iplik fabriki, xəliçə, palas, güldüzlük, ip əyirmək, ip boyamaq, cəmaxədan pərdəsi, taxçapərdəsi, başmaq üzü,fufayka, köynək, corab, cülgi” kimisənət və peşə anlayışlarıbildirən termin səciyyəlibir neçə söz və söz birləşməsi işlənmiş, ədəbidilimizin zənginləşməsində maraqlı məqamlar, sözə leksik mənanın tələblərinə uyğun yanaşma üsullarımeydana çıxmışdır.

Qəzetdə ”Russkiy kuryer” adlı mətbu orqandan seçilmiş informasiyadapeşə, sənət ocaqlarından söz açılır:

”Biz yuxarıda rus qəzetlərindən nəqlən yazmışdıq ki, Qafqazi- cənubidə biripəkçilikməktəbiaçmaq əzmindədirlər.”Russkiy kuryer”in rəvayətinə nəzərən, Rusiyada bir cəmiyyət…bu fikirdədir ki,Qafqazda birpenirçilik məktəbiaçsın”(1884,N2).

“Bir az gedübşirniçi (güləbərin) mağazasınınbərabərinə yetişür”(1884,N5).

Qəzetdə yerli müxbirlərin Azərbaycan dilində yazdıqları xəbərlərdə də peşə, sənət, eləcə də sənaye birliklərinin adlarını bildirən terminlərə də səxavətlə yer verilirdi:

”Bakuda neftçilər şirkətineftçiliksənətiniöyrətməkniyyətilə dekabrın 5-də bir məktəb açıblar.Məzkur məktəbəqəbul olanlar pulsuz və müftətəhsilə davam edəcəklər”(16.12.1882,N31).

Qəzetdə təhsil müəssisələrinə aid terminlərin işlədilməsindəbəzən eyni materialda həm Şərq, həm də Qərb alınma sözlərindən müvazi şəkildə istifadəedilmişdir ki, bu da üslubi axtarışlar kimi qiymətləndirilməlidir: ”Novoye vremya” qəzetəsieşidibdir ki,Qori Seminariyasının yanındamüsəlmanlardan ötrübir təlimxanəkəşad olunması keyfiyyəti baş dutmayıbdır. Hökumət tərəfindən lazım görünübdür ki,onun əvəzində müsəlmanlardan ötrü birmüsəlman darülmüəllimxanəsi (müəllimlər institutu-N.N.) hasilə gətirilə”(19.11.1879,N44).

“Ziyayi-Qafqasiyyə” qəzetinin tərcümə materiallarında işlənmiş bir sıra terminlər diqqəti cəlb edir: ”Qaspi” qəzeti deyir ki, Baku dəryasında, yəni Təqiyevin zavoduna yovuq olan səmtdə bir qayığı dəryanın ləpəsi vurub aparıb. Məzkur qayıqda üç nəfər adam var imiş. Bir qədər keçmiş başqaatəş qayığıonlarınardıncagöndərilir. (1884,№10).

Qəzetin bu nömrəsindəkialış-veriş işləritermini də ticarət termininin qarşılığı kimi maraqlı görünür: ”…bu halda dünyanın hər tərəfindən alış-veriş işləri xarablaşır”.

“Ziya” qəzetində geniş oxucu kütləsi üçün o qədər də aydın olmayan terminlərin təqdimatındakı maraqlı xüsusiyyətlərdən biri sözün leksik mənasının geniş və hərtərəfli tədqiqata cəlb olunmasıdır. Qəzetdəki “Üzüm ağacındazühur edən(qarə)illətinin rəfinə əlac” adı ilə çap olunmuş elmi mövzulu yazı bu cəhətdən maraqlı görünür: ”Üzüm ağacında hər il görünməkdə olanbir xəstəlik var. Bu xəstəliyin rəfinə çoxları çalışırlar. Məzkur xəstəlik hər bir millətin lisanındabaşqa bir ad iləməşhurdur. Məsələn, bizim məmləkət əhalisindən üzüm meyvəsindənfaidəbərdar olangürcülər oillətə“natasari”deyirlər…bizim dildə(ğarə)deyilməklə məşhurdur.Məzkur illət üzüm ağacının yaşıl yarpaqlarında bəbudaqlarındazühur edib, ğayətdə kiçik xal surətində görünür…” (18.04.1884, N7).

Qəzetdəki hərbi terminlər dəədəbi yazılıdilimizin formalaşmasında mühüm rol oynayır. ”Russkiy invalid” adlı Peterburq qəzetindən tərcümə edilmiş bir xəbər-informasiyadakıhərbi terminlər diqqəti cəlb edir:”…saldatlığaçağırılanlar yüz toqsan bin nəfər az olmuşdur…Piyada və topçu saldatları– beş sənə, sairləri altı sənə hesabında xidmət edəcəklər”(1881-ci il, N27).

“Ziyayi-Qafqasiyyə” qəzetində terminlərin terminlərin sinonimlərinin bəzən paralel, müvazi işlədilməsi yazının daha yaxşı başa düşülməsinə xidmət edən üsullardan biri kimi nəzərdə tutulmuşdur: ”Qarabağ bəyzadələrindən məktəbi-tibbiyyədə ekmali-təhsil etmiş olantəbib (doqtur)Kərim bəy Mehmandarov cənabları Qarabağ uyezdindən iqamət etdiyi mahalda həmmillətləri olan müsəlman xəstələrinə bihəməçiz ( yoxsul,kasıb-N.N. )mədavi etmək (dərman vermək//müalicə etmək-N.N.) ilə onların həqqində qayətdə iltifat və mehribançılıq ilə rəftar edir”(1883,N27).

“Ziya” qəzetində bəzən xitablarda müəyyən peşə, vərdiş, xasiyyət bildirən anlayışların bir sözlə yox, sərbəst söz birləşməsi ilə ifadə olunmasına da təsadüf olunur:

”Şuşa-Ağamirzəzadəyə(M.M.Nəvvaba-N.N.).

Müxalif yazan şəxs,(yəni, ay Ağamirzəzadə-N.N.) məgər bilmirsən ki, adın gizlədənin sözü yazılmaz?”(1879,N46).

Qəzetdə çar və çap məhsulları ilə ilgili materialların təqdimindəmüasir terminologiya üçün məqbul sayılmasa da, o dövr üçün xarakterik olan sinonim terminlərdən istifadəyə geniş yer verilmişdir. Bu cəhətdən bir neçə nümunəyə diqqət yetirmək yerinə düşür:

”Elan

Şeyx Sədinin “Gülüstan” kitabı İstambulda “Əxtər” qəzetəsininçapxanəsində...nəstəliq xətti iləqayət əla vəpakizə çap olunubdur.Bu günlərdə bu kitablardan yaxşı cild ilə mücəllid bir neçə nüsxəidarəmizə satılmaqdan ötrü göndərilübdür”(1879,N20).

“Risaleyi-hesabiyyə”

Məzkur isimdə tazə bir hesab kitabı (“Kəşkül”)mətbəəsitəb və nəşr eləmişdir ki, bir nüsxəsini bizdəxialmışıq”( 1884,N2).

“Darülmüəllim şagirdlərindən Tiflis yolilə evlərinə gedənimətbəə və idarəmizəgəldiklərindən bir neçə dəfə görmüşdük”(1882,N20).

Qəzetdə tibb və səhiyyəyə aid terminlərinişlədilməsində daha çox xalq danışıq dilininmateriallarına müraciət olunmuşdur: “Qafqaz”a yazırlar ki, Gəncdəçiçək xəstəligiolmaq münasibətilə dustaqlar xəstəxanədən başqa övə nəqlolunduqda igirmi adam qaçmışdır” (1884,N2).

“Aprel ayının 4-mcügününü yadigar üçün Tiflis cəmaətinin xəstələrindən ötrübina olunanşəfaxanəTiflis cəmaətinə məlum edir ki,i ki yerdə genəşəfaxanələraçub”( 1884,N3).

Qəzetdə bəzi anlayışları ifadə edənalınman sözlərin mötərizədə verilməsionlarındigər sözlərdən görüntüyə görə fərqləndirilməsihəmin terminlərinoxucuların yaddaşında daha yaxşı saxlanılmasınaxidmət edir :

”Millətimizdən rus (akademiya)və (universitet)lərndə ikmali-təhsil edən müntəhilər (bitirənlər-N.N) vardır” (1882,N15).

Qəzetdə birinci tərəfi rus mənşəli, ikinci tərəfi Avropa mənşəli sözlərdən ibarət olan terminlərdən dəməqsədəmüvafiq şəkildə istifadə olunmuşdur: ”Şamaxı naçalniki xəlqi cəm edibmiş ki, hərə bir qədər pul qoyub birçastnıy bankaçsınlar” (1879,N 34).Qəzetdəki“voyennıy ferdşeluşkolası” termini də ədəbi dilə ağırlıq gətirməyən uğurlu dil vahidi hesab olunmalıdır: ”Tiflisdə olanvoyennıy ferşil uşqolasından42 nəfər çagird təhsildən qurtarıblar”(1879,N22).

“Ziya” qəzetində alınmasənət, peşəterminlərinin milli terminlərlə əvəz olunmasına, inadlı təşəbbüs və ciddi cəhdlər var idi.Bu cəhətdən mətbəə, litoqrafiya və kitab nəşri ilə ilgili terminlərə mütəxəssis baxışı bir çox məsələləri meydana çıxara bilər. “Ziya” qəzetindəişlənənşrift (basmaxana hərfləri və ya basmaxana hürufatı) (1881,N30), hürufat basması; basma mürəkkəbi; hürüfathecaları; hürufat basmaxanasının əsbabı; basmaçılıq; mürəttib; düzməçi; nazir; müfəttiş; mücəəllid; (cildləyici,cild çəkən-N.N.); müsəhhih (korrektor, təshih edən-N.N.); hərftökən; nəşriyyat; qəzetin mündəricatı; qəzetin sahibi-imtiyazı; müsəlman hürufatı; islam qəzetəsi; basmaxətti; rəzetin təb və nəşr edilməsi; mütəəddid (coxlu, cürbəcür–N.N.)qəzetə və jurnallar; qəzetin imla və lisanı(1879,N44) ; qəzetə işləri, basmaelmi; əxbarnamə(1879,N45); qəzetə müştəriləri; litoqrafiya (08.02.1879,N3)kimi mətbuat və mətbəə terminlərinin çoxu bu gün də ədəbi dilimizdə işlənməkdədir.

Ədəbi dilin alınma sözlər vasitəsilə zənginləşdirilməsi dünyanın dilçilik siyasətində razılıqla qarşılanantəcrübədir. Dünyadaancaq öz milli sözlərindən ibarət olan yazılı ədəbi dil, demək olar ki, yoxdur. Belə bir faktı xatırlayaq ki, dünyanın ən zəngin ədəbi dillərindən biri olan rus ədəbidilində “er”hərfi ilə başlayancəmi 5-10 milli söz var: qalanları alınmadır.Alınma söz heç dədilin kasadlığından irəli gəlmir. Alınma söz dövrün tələbatıdır. Məqsədəuyğun şəkildə alınma sözlərdən istifadə yolu iləədəbi dilin zənginləşdirilməsidilçilikdə söz yaradıcılığının əsas üsul və vasitələrindən biridir. Fikrimizi əsaslandırmaq üçün “Ziya” qəzetindənseçilmiş Şərqalınmalı və Qərb alınmalı ikikiçik mətn nümunəsi göstərmək istəyirik.

Sözlərinin çoxu Şərq dillərindən(əsasən ərəb dilindən) alınmış kiçik mətn

“İnsanın əqlini və fərasətini və fəhmini və qanacağını artıran və dünya güzəranının yaxşılaşmağınabais olan elm və mərifətdir. Təbiyəlü adam heç vəqt həqqi nahaq eləməz. Və hərgah eləsə, o surətdə biz ona elmlüvə tərbiyəlü adəm demərük”(1883,N14).

Sözlərinin çoxu rus və rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlərdən ibarət “xəbəri-rəsmilər”(rəsmi xəbərlər)

“Vyana.29 iyun.Avstriya imperatoru Frans İosif Bolqariyanın knyazına (Liyapold) nişani-mərhəmət buyurubdur” (05.06.1879,N24).

“Vyana.26 avqust.Knyaz Bismark ilə görüşməkdən ötrü qraf AnderaşiQastinəyə gəlib”(23.08.1879,N31).

Maraqlıdır ki, “Ziya” qəzetində termin məsələsinə elmi münasibət də bildirilir, müəllim və təhsil sahəsinin yaradıcı rəhbərlərinəmetodik göstərişlər verilirdi. Bu cəhətdən“Ziya” qəzetinin 1880-ci ilə aid20-27-ci nömrələrində dərc olunmuş ”Mübtədi məktəblər barəsində” risaləsində ətraflı söz açılmışdır. Təxəllüyyat (xəyala gətirmə-N.N.) məcmuu kimi düşünülmüş risalədə idarə məclisinin-redaksiya heyətinin bir neçə üzvünün fikirləri işıqlandırılmışdır.

“Risalə”-ərəb mənşəli sözdür, 1) məktub,namə,2) kitabça,3) məcmuə mənalarını verir.

Səid Ünsizadənin “Mübtədi məktəblər barəsində” risaləsimövzusuna, qaldırılan məsələlərin vacibliyinə və həcminə görə pedaqoji ədəbiyyat nümunəsi-elmi-metodik kitabçakimi qiymətləndirilməlidir.

Mükalimə şəklində yazılmış risalədə“S. əfəndi” kimi təqdim olunanSəid Ünsizadənin fikrinə görə, yaxşı təhsil almaqüçün bir neçə cəhətə ciddifikir verilməlidir:

”Əvvəlimci ildə tədris olunan kitablardanbiri lazımdır ki, uşaqların ata-ana dilində uşaq əqlinə müvafiqhekayətə manənd (farsca. “bənzər”- N.N. ) fəqərə-fəqərə yazılmışbir kitab ola ki,uşaqların öyrəndigindənvə bildigindən bəhs edə….

İkimci, lazımdır ki, bir cild istilahat kitabı(termin kitabı-N.N.) ola ki, onda uşaqlar elmlərin adlarıvə həman elmlərintəriqi və mənfəəti və insanalazım olmaqları və həman elmlərdə müstələh (termin N.N.)- olanbəzi kəlmələrvə onların mənalarıdəxi təlim oluna…Hər bir elmlərin adlarınıvə tərifini təlim edəndən sonrahəman elmlərin istilahatından dəxi təlim etməgə başlayalar”.

Müəllif bu istiqamətdə görülməsi zəruri olan məsələlərbarədəaçdığı söhbəti cəmiyyətdə müəllimin aparıcı roluna yönəldir və maraqlı mülahizələrinimüəllimlərə inamla qurtarır:

”Lazımdır ki,müəllimlər qabiiliyyətli olub, sühulət ( asanlıq-N.N.)təlim yoluna dəxi aşina olmuş olalar.

Aşkardır ki, müəllimlər qabiliyyətli olmasa, heç bir yerdə iş irəli gedə bilməz”.

***

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar nüəllimi,türkoloq

Bakı,12.06.2021

Ədəbiyyat siyahısı

1. Axundov Nazim. Azərbaycanda dövri mətbuat. Bakı, 1965. səh. 44.
2. SSRİ MDTA, F. 776, siyahı 12. iş 82, vərəq 1.

3. ”Ziya”(“Ziyayi-Qafqasiyyə”) (1879-1884-cü illər) qəzetinin nömrələri.
4. Zeynalov A.R. Azərbaycan Dövri mətbuatının ekspozisiyada əksi.

( I. “Ziya” qəzeti haqqında qeydlər).Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyinin Əsərləri ,III cild, Bakı, 1968, səh. 45-73..
5. Nazim Nəsrəddinov. “Ziya” qəzetində işlənən bəzi terminlər haqqında. Azərbaycan SSR Elmlər Akademiyası aspirantlarının elmi konfransının materialları, Bakı, 1977,səh.308-314.
6. Nazim Nəsrəddinov. “Ziya”nın fransız müxbiri,”Novruz” qəzeti, “№16.
7. Nazim Nəsrəddinov. Afərin o şəxslərə ki…”Sənətkar” jurnalı, Bakı, 2009, №1.
8. Nazim Nəsrəddinov. “Ziya”-135. “Ayna” qəzeti ,21.01.2014.
9. Nəsrəddinov N.B. M.Ə.Sabir və S.Ünsizadə. “Ziya” qəzeti, 27.04.1992, №8.

10. Nəsrəddinov N.B.Siz kimsiniz, Müsyö Berje? “Ana sözü” jurnalı, 1993, № 3.

11. Nasreddinov N.B. “Ziyayi -Kafkasiye” qazetesi, 23 Ocak, 2014, “Halduncezayirlioğlu KOLEKSİYONU”, Ankara.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest