GenelGüncel

Nurəddim Müqəddəm (Aydin Duman)

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Nurəddim Müqəddəm (Aydin Duman) Qıssa biyugrafiya


1968-də Muğanda dünyaya göz açmışam’ uşaqlıq çağlarım kənd möhitində
sovuşub,gənc çağlarımdan ədəbiyatla maraqlanmışam.Təhsilatimda ədəbyat da
olmuş. işim müəllimlik olmuş,sonra Təbrizə köçmüşəm, əlimdən gələn qədər
ana dilimizin çiçəklənməsinə dayir çalışmalara qatilmişam .Şeir, hekayə va
daha çox uşaq ədabiyyati sahəsində çalışıram. “Ancaq susma”adlı ilk şeir
kitabım 22il öncə işıq üzü görmüşdür.
Uşaqlar üçün çap olunan kitablarım bunlardır: “Üç yumurta”(nağıl)- “Bir tikə
kağaz , birtikə parça(nağıl) – Bir saat yatarsa(nağıl), 12 ay (şeir) , Qolçağım
gözəl(nağıl ( ،Tülkü – tükü tümbəki (nağıl),Şirin dilim(uşaqlar üçün Dil
öyrətimi) , gözəl Təbriz (Şeir).Mənim qanadım variymış adlı şeir kitabi da yeni
yetməlrə yaymışam, boyaqlar(şeir), Balım (nağıl) , Hər şey bir rəsmdən
başlandı(yeni yetməlr üçün hekayələr …. . ikinci şeir dəftərim isə 8 il öncə
“Ay alma” adı ilə yayımlanmış .ara- sıra jurnallarla əməkdaşlıq etmişəm . indi
də Təbrizdə »Aydın sav « kitab yayım mərkəzinin müdürü kimi çalışıram.

Öykülərimdən
(qısa nağıl)

Güzgü

qabı baxışımın dörd yönü olan güzgü çoxda kiçik deyil idi.sehirli də deyil
idi. ancaq günəş ondan çıxardı,dumanda ondan başlanardı. onda yaşam çox
vaxtlar yaş idi , bir az da boz.
dalğın bir kımsə oturmuşdu güzgünün bizə sarı içərisində, üzüdə iki əllri
arasında, güzgünün dərinliyinə sarı.
həmişə görünmürdü,yanı arada görünürdü. baxdığı meşənin dalından çıxan
meh kimi , kölgə kimi , oturduğu yerin güllərinin qoxuları kimi kövrək, tozğun
və varılmaz idi. hərdən əlimi uzadib çiyninə qoymaq istərdim, ancaq əlim nə
qədər uzansaydı da o əlimdən bir neçə qarış oyanda qalırdı.
dindirənədə azca dəbərirdi, ancaq dönüb üzünü görsətəməyirdi.
güzgü bütün səssiz idi . içində ki qızıl şirvanli ağ evlər,yollarından ötən
maşınlar, maşınların şüşəsindən şaxan şimşəklər, gecələrində parlayan
lampalardan heç bir səs duyulmurdu. göyündə hərdən görünən, dikuçan, dəmir

bir qartala bənzəyirdi. bir güdükxana da varıdı ,ağ, uzunsov və qorxunc. mənim
ağlıma gələn bir zad bu idi ki mənə qorxulu gələn həmən bü yapı, güzgüdəkini
də kiritmiş bəlkə.
birgün güzgü tərpənən kimi oldu. meşənin dalından çıxan böyük bir uçaq
həmən o güdükxananı dimdiginə alıb gözdən itdi. urəyimcə oldu bu iş.
sevindigimdən qaçdım güzgünün içinə girəm, güzgüdə ki kimsə yadıma duşdu.
baxdım üzünü bürümüş barmaqlarından qan süzülürdü. əlimi uzatdım, əlim
çiyninə toxundu! başını yavaş-yavaş qalxızaraq , üzünü döndərədi mənə sarı.
üzü , gözü, sir-sifti , hətta paltarlarının boyağı hərgün güzgüyə baxanda,
görünmüş kimi gəldi mənə. lap o başqa “mən” idi. sonra əlimdən yapışıb içriyə
çəkdi məni.
yarısım güzgüdə idi ki gördüm bir ayrı kimsə də əlimdən yapışıb məni eşiyə
çəkir. əlimi əlindən çəkib boşlanıb güzgüyə girəmk istədim. ancaq o elə
yapışmışdı ki əlindn boşlanmaq olmurdu.baxdım eşikdəkini görəm .
içəridəkinin birisi də eşikdə idi.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest