Dünyada sülh olsun, xoş günlər olsun…
Ölçü vahidləri çoxdur dünyada,
Vallah, ölçülərə dözür Dunya da…
Bəzən bu Dünyanı darıxdırırıq,
Axırda adamı üzür Dünya da
***
Heç zaman demə ki,birinci mənəm,\
Əgər belədirsə,ağlın olub kəm.
İndi adamları tanımaq asan,
Danışma sandığı açıb tökərəm.
***
Möhtəşəm güzgüdür insanın üzü,
Məncə, bunu bilir hər insan özü…
Üz var, dərisindən zəhrimar yağır,
Bu üzə o özü ah,…necə dözür?…
***
Adam xoşhal olur yaxşı zənglərə,
Şirin avazlara, xoş .ahənglərə.
Biri söz deyəndə ağzını büzmə,
Onsuz da bir sözdən görünür hərə
***
Əgər yaxşı günlər istəyindəsən,
Onda hər adama xoş gün istə sən.
Çox yaman, pis günə düşə bilərsən,
Birinə kəm baxlb əgər pisləsən.
***
Ehey!…Nə qaçırsan öyüddən,pənddən,
Səsin eşidilir dərədən,bənddən.
Bir kəsə sözün var, üzünə söylə,
Bax səsin gəlməsin heç vaxt xəlvətdən…
***.
Dünya xöşbəxt olur insanlarıyla,
Dünya bədbəxt olur nadanlarıyla,….
Pozmayın Dünyanın tarazlığını,
Dünya -çox gözəldir bütün varıyla,.
Hər günü, ayları, əyyamlarıyla….
***
Nazim Nəsrəddinov
Bakı,
26.04.2021.