GÜNEYDƏ TÜRK DİLİNDƏ TƏDRİS YENİDƏN GÜNDƏMƏ GƏLDİ
Sənan Qılıncarslan Qacar – Kırımınsesi – Azerbaycan
İranda türk dilinin orta və ali məktəblərdə tədris olunması məsələsi yenidən gündəmə gəlib. GAMOH-dan Cebhe. info-ya verilən məlumata görə, İran parlamentinin 29 azərbaycanlı deputatı bununa bağlı layihə hazırlayıb. Qeyd edək ki, İran konstitusiyasının 15 və 22-ci maddələrinə əsasən qeyri-fars dilləri orta və ali məktəblərdə tədris oluna bilər.
Xatırladaq ki, Xalxaldan Seyid Qəni Nəzəri Xanqah, Təbrizdən Məhəmməd Hüseyin Fərhəngi, Əhər və Herisdən Əhməd Məhərrəmzadə, Kəleybərdən Hüseyin Hatəmi, Parsabaddan Abbas Cahangirzadə, Takistandan Rəcəb Rəhmani, Sulduzdan Əli Zəncani Həsənluyi, Şəbistərdən Cəfər Rasti, Vərziqandan Allahverdi Dehqani bu layihəyə dəstək verib.
“Ana dilində təhsilə bir çox insan haqları nizamnamələrində, o cümlədən dil ilə bağlı beynəlxalq çağırışlarda, etnik, dil və dini azlıqlara mənsub şəxslərin hüququ haqqında beynəlxalq fərdi haqlar bəyanatının 3-ü və 4-cü bəndlərində, uşaq haqları konvensiyasının 30-cu maddəsində və beynəlxalq mədəni-siyasi hüquq razılaşmasının 27-ci maddəsində”-deputatların hazırladığı layihədə belə deyilir.
Sənəd İran İslami Məşvərət Məclisinə təqdim olunub.