TÜRKLƏRƏ AİD ÖNƏMLİ KƏŞİFLƏR
Türkləri insanlığın, dövlətçiliyin, mədəniyyətlərin, hətda dinlərin belə ilk memuarı hesab
etmək olar. İnsanlığın var olduğu gündən var olan türklər, bir növü münasir dünya
mədəniyyətinin yaradıcısı sayılır. Yaşamaq üçün vacib olan və həyat şəraitimizi asanlaşdıran
demək olar ki, bir çox mühim əşyaların ataları sayılacaq ilk nümunələrinin banisi türklərdir. Bu
gün bu anlayışı çoxları qəbul etməsədə, çox kəşiflər digər millətlər tərəfindən mənimsənilsədə,
çoxlarının ilk sahibi məlum olmasa da bu həqiqəti dəyişməz. Çünki dünyada ilk məsgunlaşan
millətlərdən biri, bəlkə də birincisi türklərdir. Bu mənimsəmələrin ən əsas səbəblərindən biri öz
ana dilimizdə yazıb-oxuya bilməməyimizdirsə, digər səbəbi türklərin yaradıcılıq qabiliyyətinin
güclülüyündən və də təvəzükarlığından irəli gəlmişdir.
Mən bu yazımda Murat Acının tədqiqatlarına əsaslanaraq türklərə aid bir neçə önəmli
kəşifləri qeyd edəcəyəm. Hər bir türkün sahib olduğu mədəniyyəti bilməsi, onun özünə inamının
bərpası və də sərvətinə sahib çıxması üçün vacib şərtlərdən biridir.
Dəmir – Hələ iki min beş yüz il bundan öncə, Altaylardan yaşayan Təmir adlı bir türk
tərəfindən kəşf olunmuş, bir çox alətin düzəldilməsi üçün istifadə edilmişdir. Ən əsası isə silah
alətlərinin düzəldilməsi üçün istifadə olunmuş, ağacdan və daşdan düzəldilmiş bir çox alətdən
daha səmərəli olmuşdur. Murat Acı qeyd edir ki, türklər dəmir qılınclardan, nizələrdən,
baltalardan istifadə etiyi zaman, dünyada bunlar haqqında təsəvvür belə mövcud deyildi.
Kuren (taxta ev) – Dəmirin kəşfi türklərin həyatında bir çox yeniliyə və inkişafa səbəb olmuşdur.
Ən əsası isə mağaralarda yaşamaqdan qurtulmuş, dəmir baltalarla asan kəsilən ağaclardan tam
evə bənzəməsə də yaşayış məntəqələri hazırlanmışdır. Kurenlər yuxarıdan baxıldıqda səkkiz
güşəli, pəncərəsiz, divarlarına ya torpaq səpilmiş, ya da tamamilə torpağa basdırılmış, dəridən
qapısı və yandırılan ocağın tüstüsünün çıxması üçün yuxarıdan bacası olan yaşayış məntəqəsidir.
Qapısı əsasən şərqə doğru hazırlanan bu evlərin (bu ənənə bu gündə saxlanılmaqdadır) Altaylara
hələdə qalıntılarına rast gəlmək mümkündür.
Heyvan təqvimi – Tədqiqatlar göstərir ki qədim türklər heyvan adları ilə on iki ayı, günləri,
hətda saatı belə təyin etmişdilər. Alimlərin qədim türk abidələrində tez-tez rast gəldikləri tarix
gösdəriciləri bu şəkildə qeyd edilmişdir: “leopar ilinin beşinci ayı İnək günü At saatı”. Heyvan
təqvimi ilə bağlı rəvayətdə isə deyilir: “ Bir gün xanlardan biri çox-çox əvvəllər baş vermiş bir
döyüş haqqında məlumat almaq istəyir. Fəqət heç kim bu savaşın tarixini bilmir. O zaman xan
bütün bilinən heyvanların böyük bir çaya doğru qovulmasını əmr etdi. Çayı keçən on iki heyvanın
adları təqvimin illərinə verildi. İnək, dovşan və.s.”.
Atın əhəlləşdirilməsi, cilov, yəhər – Dünya xalqları minik və yük daşımaq üçün müxtəlif
heyvanlardan istifadə etmişdir. Türklər isə atı daha uyğun hesab etmiş, məişətdə geniş istifadə
etmişdilər. At türklər üçün o qədər mühim hesab edilirdi ki, atı olmayana pis baxılır və ya kimsə
öldükdə atı ilə birgə dəfn olunurdu. Atlardan döyüşlərdə istifadə edildiyi üçün onun idarə
olunması üçün cilov və üstündə möhkəm dura bilmək üçün yəhər kəşf edilmişdir.
Şalvar, dabanlı sapoqlar – At türklərin həyatlarının mühim bir hissəsinə çevrildikdən sonra, ona
rahat minilməsi üçün kəşf edilən geyim formaları.
Sabanlar – Arxeoloqların Altaylardan tapdıqları mühim tarixi faktlardan biri də tökmə
dəmirdən hazırlanmış sabanlar, yəni dəmir pulların ilk nümunələri olmuşdur.
İzbələr – Zaman keçdikcə Türklər də inkişaf edərək daha müasir və rahat yaşayış məntəqələri
kəşf etmişdilər. Bunlara İzbələr deyilirdi, yəni “isi bina”, “isti yer”.
Kərpic – Türklərin mühim kəşiflərindən biridə müəyyən ölçüdə, evlərin daha isti saxlanılması
üçün gildən hazırlanmış kərpiclərdir. Arxeoloqlar Altaylardakı tikililərdə üstündə müxtəlif
damğalar olan kərpilər tapmışdır. Hesab edilir ki, bu damğalar onları kəsən tayfalara məxsusdur.
Kərpic peçlər – Kərpicin kəşfi özü ilə bərabər yeni kəşiflərə yol açmıdır ki, bunlardan biri də
İzbələrin isidilməsi üçün istifadə olnan kərpic peçlərdir. Bu gün ruslara aid edilsədə kərpic
peçlərin qalıxları Altaylarda öz mövcudluğunu sürdürməkdədir.
Təkər və at arabaları – Türklər Altaylarda yaşayarkən, dağlıq ərazidə ehiyac olmasada böyük köç
zamanı yüklərini daşıya bilmək üçün təkəri kəşf etmək məcburiyyətində idilər. Bu kəşif iki təkərli
və dörd təkərli arabaların kəşfi ilə nəticələndi. Türklər Altaylardan bozqırları keçə bilmək üçün ən
əlverişli minik vasitəsi idi.
Karavanlar – Altaylardan köç bir neçə günə deyil illərlə çəkdiyi üçün türklər öz elərini də təkərli
qurmaq məcburiyyətində idilər. Bu zaman imdatlarına yürüyən evlər, yəni karavanlar çatmışdır.
Keçə – Türklərin köçü, onları bilmədikləri iqlimə və şəraitə aparırdı. Yürüyən evlər isə kərpicdən
deyil daha yüngül madədən haırlanmalı idi. Bu zaman isə keçələr kəşf olundu. Keçələr yürüyən
evlərin həm isti saxlanılması, həm də yağışdan, qardan qorunması üçün əvəz olunmaz kəşf idi.
Samovar – Yürüyən evlərdə yemək bişirib, su qaynadılması üçün çətinlik çəkilirdi.
İsti olması üçün hər tərəfi keçə ilə örtülü olan bu evlərdə ocaq yandırmaq mümkün deyildi. Bu
zaman, bu gün rusların mənimsədiyi samovarlar meydana çıxdı.
Yamlar (poçtalyonlar) – Böyük köç zamanı geridə qalmış əlaqə saxlamaq üçün tapılmış vasitə.
Poçtalyon at arabaları şəhərlər arasında səyahət edərək məlumat daşıyıcılar vəzifəsini
öhtələnmişdilər. Bunlar üçün xüsusi yollar hazırlanırdı.
Kurqanlar – Türklər Altaylardan köçsələrdə o müqəddəs dağların həsrəti ilə yaşayırdılar. O
dağlar ki, ölüləri üçün dua etdikləri yerlər idi. Bu zaman xanların və ya böyük sərkərdələrin
məzarları üstündə Altay dağlarını xatırladacaq kurqanlar tikilməyə başlamışdılar. Bu kurqanlar
eyni missiyanı yerinə yetirirdi.
Kəfən – Türklər hələ Altaylarda yaşadıqları dövürlərdən ölünlərini bəyaz parçaya sararaq
müqəddəs dağların zirvələrinə buraxardılar. Bu ənənə köç zamanı da davam etdirildi, lakin
müqəddəs dağlar olmadığı üçün bu səfər torpağa dəfn edilirdilər.
Tabut – Qədim Altaylardan türklər bəzi ölülərini, xanları, böyük sərkərdələri Altay dağlarında
dəfn edirdilər. Bu zaman onlar ölüləri taxtadan hazırladıqları xüsusi yerlərdə dəfn edirdilər. Bir
növü ölü evi hesab edilirdi. Arxeoloqlar bu məzarları “taxta məzarlar” adlandırmışdılar. Bu gündə
Avropada çox yerlərdə ölülər bu cür dəfn olunur.
Kilisə – Köçdən sonra, üçüncü yüz illikdə kurqanların başqa bir vəzifəsi meydana çıxdı. Kurqanın
giriş qapısının yanında “haram” adını verdikləri xüsusi otaqlar yaradıldı. Bu otaqlar ibadət və dua
etmək üçün inşa edilmişdi. Bu otaqlar müqəddəs Kaylasa dağının siluleti formasında hazırlandığı
üçün onu “kilisa” və ya “kilisə” adlandırdılar.
Xaç – Türklər Göytanrı inancını mənimsədikdən sonra, ortası günəşi xatırladacaq şəkildə
dairəvi, dörd tərəfinə isə eyni uzunluqda qollar uzanan xaçları ritüulaşdırdılar. Xaçlar dəmirdən və
ya polddan hazırlanar, üsdü qiymətli daşlarla bəzədilirdi.
Bu şəkildə yüzlərlə mühüm kəşifləri sadalamaq mümkündür. Geniş bir tədqiqata ehtiyacı olan
bu sahə öz tədqiqatçılarını gözləməkdədir.