GenelGüncelKültür SanatTürk Dünyası

Haqqın ,Susmaram, deyən səsi

Sənan Qılıncarslan Qacar

100 il bundan öncə bu gün, 28 aprel 1920- inci il bu tarix Azərbaycan Türk Cümhuriyyətinin işğalı günüdür. Rus bolşevik terrorçuları o dönəmin yeganə demokratik dövlətini işğal edib, vəhşicəsinə taladılar.

ahmed cevad
ahmed cevad

Azərbaycanı işğal edib 3 yerə bölərək torpaqlarımızda Dağıstan, Gürcüstan, Ermənistan adlı cırtdan dövlətlər quran ruslar 70 il ərzində 2.5 milyon Azərbaycan Türkünü qətlə yetirdilər 1 milyondan cox soydaşımız dondurucu Sibir çöllərinə sürgün edildi budur bu günün qara tarixi.
Rus terrorunun qurbanı olan Türk Dünyasının dahi yazarı, böyük mütəfəkkirimiz Əhməd Cavad (Axundzadə ) şahidi olduğu o dəhşətli soyqırımı, vandallığı ,, Susmaram,, adlı şerində aydın şəkildə göstərmiş, yüz il bundan öncəki Azərbaycanın işğal günlərinə ışıq tutmuşdur.

Susmaram!

Mən bir qulam, yük altında
əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam,
ahu-zardır sirdaşım…

Damğa vurub, zəncirləyib
tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər
məskən olmuşdur mana…

Mənə «dinmə, sus!» – deyirsən,
nə vaxtacan susacam?
Böhranların, hicranların
məhbəsində qalacam?!

Niyə susum, danışmayım,
insanlıqda payım var,
Mənim ana Vətənimdir
talan olan bu diyar?!

Niyə susum, danışmayım,
türk yurdudur bu torpaq?!
Oğuzların, Elxanların
Vətənində kimdir bax!

Susmayacam!!! Qoy atsınlar
yük altında ölüncə
Təhqirlərə dözə-dözə
düşmən mənə gülüncə…

Süd verərkən doğma anam
belə demişdir mənə:
Səni qurban bəsləyirəm
türk yurduna– Vətənə!

Bu dünyada azadlığı
şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı,
rəzilliyi sən unut!

Sənin sevgin Vətən olsun,
millət olsun, mən olum,
Südüm sənə haram olsun
xəyanət etsən, oğlum!

Necə susum, danışmayım,
mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən,
di harada qaldı millət?!

Mən bir qulam, yerim altun,
suyum gümüş, özüm ac…
Atam məhkum, anam salih,
elim hər şeyə möhtac!

Dil yaranıb danışmağa
mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi
ciyər vərəmdir-vərəm…

Koramal tək sürünməkdə
denən varmıdır məna?
Nə vaxtacan çörək üçün
girək hər alçaq dona?

Mən Oğuzun övladıyam,
dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə
gəzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var,
məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram,
əzilsəm də SUSMARAM.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest