Kültür Sanat

Yuxudan Oyanış “Köç edən zaman”

Dənizlər qaynayar, dağlar bölünər,
Günəş, ayla bir arada görünər,
Yeri-göyü tüstü-duman bürüyər,
İsrafil Suruna üfürən zaman.

Bir uğultu qopar, qulaqlar deşər,
Ana, balasını tapdayıb keçər,
Ölülər dirilər, dirilər ölər…
Arada yaş fərqi belə olmadan.

İnsanlar bölünməz heç bir sinifə,
Bürünərlər ağa iplə tənzifə.
Bir gün inanarsız dediyiniz mifə,
Bu fani dünyanı tərk edən zaman.

Asan olar kasıb, mömin hesabı,
Açılar üzünə taybatay qapı,
Rahatlıqla keçər o taya sapı,
Axirət evinə köç edən zaman.

Ruh uçub gedərək, tək qalar bədən,
İnsan, sorğulanar hər bir əməldən.
Yaxşı əməl görən, ibadət edən,
İnciməz, bədəndən ruh köçən zaman.

İman edə: Haqqa, kitaba, sözə,
Səbr edərək hər imtahana dözə,
Qədərə inanıb, hikməti çözə,
Cənnəti qazanar, köç edən zaman.

Elsevər Hüseynoğlu
Bakı~24/03/2020

Pin It on Pinterest