GenelGüncel

Bu qış- qışdır payızdan…

Bu qış -qışdır payızdan,
Bu qış düşdü payızdan…
Burda çox quş olardı,
Onlar uçdu payızdan.
***
Hava qarlı,boranlı,
Hava yaman sopsoyuq.
Nə telefon səslənir,
Nə kimsədən xəbər yox…
***
Torpağın qazı çıxır,
Külək adamı yıxır.
Malalanıb qar ilə
Dərə,təpə,çöl,çuxur..
***
Odun peçi….Şor- çörək…
Əriştə də qazanda.
İştah artır, güc artır,
Bu nəsnəni yazanda.
***
Gizlətməyin qax-qozu,
Gətirin alma,əzgil.
Mürəbbələr yan-yana…
Bu qış ,yox, ondan deyil.
***
Xizəklər əmrə hazır,
Xizək burda dəb düşüb.
Məstan pişik otaqda,
Mumu çöldə büzüşüb.
***
Çaqqallar da ulamır,
Ulamağa yoxdur hey…
Canavarlar çoxdandır
Soyuqlardan olub key…
***
Kim yayda işləyibsə,
Dünya vecinə deyil.
Bugünün mənzərəsi
Tənbələ “ayıl “deyir.
***

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov


Nazim Nəsrəddinov.

16.12.2019

Pin It on Pinterest