GenelGüncel

26 may 2023-cü il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında

26 may 2023-cü il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında Milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi ilə əlaqədar olaraq “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” adlı tədbir keçirildi.
Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, vətənpərvər şair Dilqəm Təmraz, 45 saylı tam orta məktəbin və 200 saylı məktəb-lisey kompleksinin şagirdləri iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon MKS-nin əməkdaşı Təranə Məmmədova tariximizin ən şanlı və parlaq səhifələrindən olan 28 May Müstəqillik Günü haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyi tarixində dərin iz qoyub. 1918-ci il mayın 28də Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə, Azərbaycan türk dünyasında və müsəlman şərqində ilk Xalq Cümhuriyyətini quraraq adını tarixə yazdırdı. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu həm də o deməkdir ki , Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulmuşdur.
Daha sonra çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışdı.
Tədbir zamanı müstəqil respublikanın yaranmasında xüsusi xidmətləri olmuş dahi şəxsiyyətlərimiz haqqında videoçarx nümayiş etdirildi, 45 saylı tam orta məktəbin və 200 saylı məktəb-lisey kompleksinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Sonda vətənpərvər şair Dilqəm Təmraz “Azərbaycan” şerini səsləndirildi və qeyd etdi ki, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest