20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir adlı tədbir keçirilib.

Dekabrın 19 da S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında 20 yanvar faciəsinin otuzikinci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib.
Tədbir aparıcılar – 8d sinif şagirdləri Məmmədli İsmayıl və Lətifzadə Ayselin şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməsi ilə başladı.
8c sinif şagirdləri Məmmədli Rəna və Bağırov Baləli 20 yanvar faciəsinin tarixi haqqında müxtəlif mənbələrdən topladıqları məlumatları təqdim etdilər. 5a sinif sinif şagirdləri Salehli Firuzə və Əkbərzadə Mehdi, 6d sinif şagirdləri Adıgözəlov Surxay, Eminli Ağayar, Kiçibəyli Sunay, Həsənli Məhəmməd, Ağasoy Nihad, 8d sinif şagirdləri Hüseynov Həsən və Məmmədova Zəhra vətənpərvər ruhda müxtəlif şeirlər söylədi, kiçikyaşlı şəhid məktəblilər haqqında məlumatları təqdim etdilər. 9e sinif şagirdi İmanlı Xədicənin pianinoda müşayəti ilə 6a sinif şagirdləri Həsənli Məhəmməd, İsmayılova Zeynəb, Məhərrəmova İlahə, Məhərrəmli Ağamusa “Şəhidlər” mahnısını ifa etdilər
Daha sonra 8d sinif şagirdləri: Hüseynov Həsən, Məmmədova Zəhra, Məmmədli İsmayıl, 5a sinif şagirdləri: Mövlamov Murad, Heydərli Raya, 11b sinif şagirdi: Vəliyeva Zəhra 20 yanvar faciəsi ilə bağlı hazırladıqları səhnəciyi təqdim etdilər
Görüşdə 20 yanvar qazisinin övladı, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Ələkbər oğlu Talıblı, eləcə də gimnaziyanın direktoru İlqar Talıbov faciənin tarixi barədə məlumat verərək, bu tipli tədbirlərin keçirilməsinin şagirdlərdə vətənpərvər ruhda tərbiyəsinin inkişafına böyük təsiri olduğunu bildirdi və yüksək səviyyəli çıxış, təqdimatlara görə şagirdlərə təşəkkür etdilər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest