GenelGüncelTürk Dünyası

19-cu mənzil – Sema Muganna

19-cu mənzil

 Qanadlarında iki sirrli, amma bir-birinə bağlı dost vardı: Ölüm və yaşamaq. Ölümün dostu Ədalət, Yaşamağın isə Xəyanət…

 İnsanlar yenə deyəcək ki, ola bilməz! Biz fani dünyanın insanlarıyıq axı! İndi təqvimi dəyişmişəm. Bəli, mən. O naməlum şəxs ki, var, o mənəm! Sizin üçün kiməm? Adım nədir? Heç kim. Heç tanımırsınız məni. Demək, Ölüm və Yaşamaa arasındakı körpünün yaşındayam. Bəs adım? Adımı yenə bilmiyəcəksiniz, çünki mən desəm, siz mənim bütün sirrlərini biləcəksiniz və sehr pozulacaq…

  Kainat sehirli planetdir, lakin aldadıcıdır. Mənim kainatımda kimisə aldatmaq qeyri-mümkündür. Mən xoşbəxtliyin üç övladından biriyəm. Ölüm, Göz yaşı, İnsan. Ölüm Ədalətin dostu olduğu müddətcə Yuxunun da yaxın dostu sayılır, amma onun ən qəddar düşməni var. O da Qaranlıqdır. Göz yaşınınsa dostu yoxdur. O məsum və günahsızdır. Göz yaşının xarakteri gərgin, amma gizlidir. Ölüm və Qaranlığın bir-birinə düşmən olduqlarını dedim. Mən heç vaxt Ölümün adını daşıya bilmərəm.

  Yaxın əyləşin, insanlar! 19-cu addımdan geriyə dönən 3 yaşlı körpənin hekayəsini danışacam. 3 yaş? 1-ci və 9-cu evdəki insanlar 3 yaşlı körpənin ruhlarıdır. Onun yaşını yalnız bu hadisələrin sonunda biləcəksiniz.

  19-cu mənzilin qapısını açıb içəri keçdi. Otağın qapısında qan ləkəsi vardı. Otaqda işıq yox idi, amma qan ləkəsinin ətri onun libasına çökmüşdü. Gənc oğlan otağa keçməkdən çəkinib qonaq otağına keçdi. Əlləri əsir, siması isə od tutub yanırdı. Elə bil kimdənsə qaçırdı. Əlindəki sınıq telefona baxır, kimdənsə mesaj gözləyirdi. Bir neçə dəqiqədən sonra telefonuna mesaj gəldi. Gənc oğlanın əlləri əsdiyindən mesajı açıb oxuya bilmədi. Özünü toparlaqdıqdan sonra dərin nəfəs alıb mesajı açdı.

  İllər sonra səni itirmədiyimi düşünüb yazıram. Nağılların da bir sonu olur, amma bu sonluq xoşbəxtliklə bitir. Demək, xoşbəxtliklə bitməyən hər sonluqda bir ayrılıq varmış. Mən ayrılıqların addımlarını izləyərkən hələ də unutmamışam səni. Bax, 19-cu mənzilin qapısı hələ də tozludur. 37 körpü qədər sənə hələ də uzağam. Mən Aynişan heç dəyişməmişəm.

 37 və 19… Rəqəmlərin yerini dəyişdikdə görəcəksən ki, biz hələ də o tarixdəyik. Sən 17 yaşımın qatili, 9-cu baharımın xoşbəxtliyi, 3 yaşlı körpənin qəhrəmanısan. İndi isə 19-cu mənzilin tarixləri dəyişib sadəcə 37 olub. Mən səni yenə o mənzildə gözləyəcəyəm. Sən gəlsən də, gəlməsən də. Hələlik!

 Aynişanın son cümləsini oxuyandan sonra Adnanın telefon əlindən yerə düşdü və qeyri-ixtiyari qışqırdı. Ətrafda heç kəs yox idi.  Bu necə ola bilərdi? Bəs Aynişan? Aynişan burdadır? Burdamı olub? Bu yerdəki qan ləkəsi nədir? Adnan qan ləkəsi olan otağa keçmək istədikdə dayanıb düşündü:

  • Bu otaqd qan ləkəsi varsa, demək, Ölüm yuxudan oyanıb. Aynişan mənə xəyanət edib! Mən gedə bilmərəm…

 Adnan siyah paltosunu geyinib və papağını taxıb  otağa addım atmadan evdən çıxdı. Hara gedəcəyini bilmirdi. Ətrafda heç kəs yox idi. İçindən hönkürtü çəkib, dizi üstə çökdü. Tanrıdan yaşamağını sorğuladı. Gəlin, bir az da keçmişə qayıdaq.

 Avqust aylarının sonu.

  Nağıl şəhərində adi günlərdən biri idi. Adnan Aynişanla görüşmək üçün Sevgi bağçasında qonaqlıq təşkil etmişdi. Saatlar sonra Aynişan bağçaya gələcək və Adnan ona illər sonra Nağıl şəhərində sevgisini etiraf edəcəkdi.

  Adnan və Aynişan iki yaxın və bir-birinə bağlı dost olublar. Adnan yalnız məktublarla, mesajlarla Aynişana sevgisini etiraf edib. Bu gün isə Nağıl şəhərində o sevgisini Aynişana surpriz edərək deməyi düşünürdü.

  O an restorana qara libasda bir qadın gəldi. Əlində yanmış və bir az da kənarı yırtılmış məktub vardı. O, məktubu Adnana məktubu verib qaçdı. Adnan nə qədər qadını çağırsa da, qadın gözdən itdi. Adnan məktubu açıb oxuduğunda məktubda Aynişanın ölüm xəbəri yazılmışdı.

Ölüm Ədalətin dostu olmağı bacardı. Xoşbəxtlik Ölümdən qaçıb, Xəyanətə getdi. Aynişanın səndən getdiyi kimi…

 Avqust aylarının sonu. Sentyabrın əvvəli…

  Adnan o gündən Aynişanın öldüyünə inanmır, amma ona xəyanət edib qaçdığına özünü inandırır.

  19-cu mənzildən qaçan Adnanın dizləri qan-yara içində qalxıb qarşıya qaçmaq istədikdə dayanıb yenidən kimsəsiz evə qayıdır. O, qan bulaşan otağın işığını yandırdı. Otağın divarları ona pıçıldayıb:

  “Ölüm Qaranlığı sevmir, bu körpə Qaranlığa düşməndir, onu al”

  Adnan  ətrafa baxır, amma heç kəsi görmür, otaqdan qaçmaq istədikdə körpənin hayqırtı səslərini eşidirdi. Geriyə dönüb baxanda 3 yaşlı körpənin ona qollarını açıb, yalvardığını görürdü. Adnan göz yaşlarını saxlaya bilməyib hönkürtü çəkdi.

  O körpəni qucağına alıb bağrına basdı. Körpə, əslində, Aynişanın doğulmayan uşaqlığı idi. Adnan körpəni deyil, Aynişanın çiyinlərində hönkürtü çəkirdi…

   Adnan körpəni alıb küçəyə çıxdı. Ucsuz-bucaqsız bir yoldan dəniz görünürdü. Bu zaman körpə onun qollarından qaçıb, dənizə tərəf addımladı. Adnan onu tutmaq üçün qaçır, amma körpə ona baxmadan dənizdə qeyb oldu.

  Adnan artıq həyatı ilə barışıb yoluna davam etməli idi. Körpünün yaşı qədər yaşlanan Adnanın hələ 17 yaşı vardı. Onun bu yaşında qopan fırtınasını dindirən yalnız kiçik ev, o körpə idi. Aynişan olmasa da, onun ruhu bütövlükdə Aynişanda idi..

  Peşman halda yolunu itirən Adnan hardan geri dönəcəyini düşünürdü. O yoluna davam etmək istədiyində 17,18 yaşlarında bir qız qumlu sahildə peyda oldu. Adnan başını qaldırdıqda qızın ona baxdığını gördü. Yerindəcə donub qaldı. Bu Aynişan idi. Aynişan kiçik addımlarla Adnana doğru yaxınlaşdığında Adnan başını çevirib qaçırdı. Ayağı qum sahilindəki daşlara ilişib yıxıldı. Qan axan dizlərini qoxladıqda körpənin qoxusunu hiss etdi. Arxaya dönüb baxdıqda başının üstündə Aynişanı, əllərindənsə balaca körpənin tutduğu gördü. Körpə Adnanı bərk-bərk qucaqlayıb, balaca əlləri ilə göz yaşlarını sildi və yenə dalğalı dənizə qaçıb gözdən itdi. Aynişan onun yanında əyləşib dedi:

-Adnan, mən 19-cu mənzildə olduğumu demişdim. Sən Ölüm və Ədalətlə dost oldun, mən isə Xoşbəxtliklə.

– Necə yəni? Elə şey ola bilməz!

-Adnan, xatırla. Qara libaslı qadını hələ də xatırlamırsan?

– Hansı?

  Adnan dodaqaltı pıçıldadı. “hə, xatırladım. Avqust və qadın”  O qadın… O qadın mənim Aynişamını əlimdən aldı!

  • Adnan, o qadın səni uzun illər sevən, mənimsə ən yaxın rəfiqəm idi. Adı yenə də gizlidir. Mən 37 il sonra 19-cu mənzilə qayıtdığımda o qadın mənim uşaqlığımı öldürmüşdü. İndi dənizdən qaçıb gələn o körpənin 3 yaşı var. Ölən ruh bədəni tərk edib gedər, lakin o mənim balaca Aynişanla sağollaşmağıma icazə vermədən məndən aldı. Səni isə bu yalana inandırıb, Ədalətin yaşadığı, Ölümün isə səni sevdiyinə inandırdı. Aynişansa xoşbəxtlik idi.
  • Aynişan, o qadın mənim xoşbəxtliyimi aldı, yəni səni.
  • Bəli…

  Xəyanət Aynişanın da düşməni idi, amma indi 17 yaşlı Aynişanın yox, 37 yaşlı Aynişan və Adnanın ən dəhşətli düşmənidir. 7 illik dostluğun 3 illik sevgisinə düşmən olan Xəyanət…

  • Bəs indi o qadın hardadır, Aynişan?

  Araya sükut çökdü. Aynişan xeyli müddət Adnanın gözlərinin içinə baxıb ayağa qalxdı. Əlləri toz olan Adnan onun qollarından yapışıb buraxmadığını və onu yenə itirmək istəmədiyini söylədi. Aynişansa, son sözünü deyib dənizin qumlu sahilində kiçik məktub qoyub getdi. Məktubda yazılan son söz:

  •  Əlvida mesajlarını sevmədiyimi bilirsən. Sən məni 19-cu mənzildəcə itirdin, Adnan. Hələlik!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest