16 aprel ümumdünya Bioloqlar günüdür – Günel Vahabzadə

16 aprel ümumdünya Bioloqlar günüdür

Biologiya həyat haqqında elm deməkdir. Ağlınıza gələ biləcək canlı hər bir şeyi və onların həyati proseslərini öyrənən elmdir. Mədəniyyətimizi, sənətimizi, elmimizi, dinimizi, fəlsəfəmizi və “insan” kimi düşünə biləcəyimiz hər şeyi mümkün edən həyati funksiyalarımızı dərk etməmizə kömək olan bir elm sahəsidir.

            Hər il aprelin 16-sı Bioloqlar Günü kimi qeyd olunur. Biologiya həyatın ilk yarandığı gündən etibarən necə inkişaf etdiyini, müxtəlifliyə təsir edən bəzi amilləri, dünyada mövcud müxtəlifliyin yayılmasını, həyat hadisələrini quruluş və fəaliyyətinə əsaslanaraq araşdıran, gələcək vəziyyəti ilə bağlı proqnozlar verən elm sahəsi kimi tanınır. Biologiya sahəsində səhiyyə sektorundan ətraf mühit və kənd təsərrüfatı sektoruna qədər geniş bir sahədə araşdırma və tətbiq işləri aparılır. Bioloqlar səhiyyə sektorunda klonlaşdırma və kök hüceyrə texnologiyası kimi bir çox mühüm mövzuya imza atıblar. Müxtəlif xəstəliklərə və antibiotiklərə qarşı hazırlanmış peyvəndlər hələ də insanların həyatını xilas etməkdə davam edir.

            Bu gün bioloji vasitələrlə hər cür dərman, kimyəvi maddələr və antibiotiklər tez və ucuz qiymətə istehsal oluna bilir.  Həyat üçün təhlükə yaradan qida vasitələrinin aradan qaldırılmasında, bioloji müxtəlifliyin effektiv qorunmasında, səhralaşmanın qarşısının alınmasında,canlıların  sağlam qida ilə təmin olunmasında və müxtəlif xəstəliklərin qarşısının alınmasında istifadə oluna biləcək fundamental elmi tədqiqatlar və bu tədqiqatlara işıq salaraq həyata keçirən məhz Biologiya sahəsidir. Günümüzdə getdikcə daha çox əhəmiyyət kəsb edən Biotəhlükəsizlik, Biotexnologiya, Nanobiotexnologiya, Bioqaz – Biodizel – Bionemal zavodları, Genom layihələri, Ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, Bioinformatika və bioturizm kimi yeni sahələr daha çox biologiyaya əsaslanır. Bu tədqiqatlar cəmiyyətlərin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir.

Bütün bu işlərlə məşğul olanlar isə bioloqlardır.Bioloqlar, bütün canlılar; bütün planeti əhatə edən sferik ölçüdən hüceyrə və molekulları əhatə edən mikroskopik ölçüyə qədər onlara təsir edən mühüm dinamik hadisələri araşdıran insanlardır. Bir çox prosesləri əhatə edən bəzi həyati proseslər; enerji və maddənin emalı, bədəni təşkil edən maddələrin sintezi, yaraların sağalması və bütün orqanizmin çoxalması vəs.

Həyatın sirləri tarixdəki bütün insanlara təsir etdiyi üçün; İnsanların, bitkilərin və heyvanların fiziki quruluşu ilə bağlı tədqiqatlar bütün cəmiyyətlərin tarixində yer alır. Bu marağın bir hissəsi insanların həyata hakim olmaq və təbii sərvətlərdən istifadə etmək istəyindən irəli gəlir. Sualların arxasınca getmək insanlara orqanizmlərin strukturları haqqında məlumat verdi və onların həyat standartları zaman keçdikcə artdı. Marağın digər hissəsi isə təbiəti idarə etmək istəyindən çox onu anlamaq istəyindən irəli gəlir. Bu araşdırmanın inkişafı dünya haqqında düşüncə tərzimizi dəyişdi.

“Canlı” sistemi və onunla əlaqəli bütün sistemləri araşdıran və anlayan canlıların mövcudluğunu və onların faydalılığını ortaya qoyan bioloqlardır.

Bu peşəyə ürəyini və əməyini sərf edən,bütün həmkarlarımı 16 aprel Dünya Bioloqlar Günü münasibətilə ürəkdən təbrik edirəm.

Günel Vahabzadə,

S.C.Pişəvəri adına Respublika Humanitar FənlərGimnaziyasının

direktor müavini

Pin It on Pinterest