Ziyayi – Qafqasiyyə’ni ağrıdan,göynədən və incidən nə idi?
“Ziyayi – Qafqasiyyə”ni ağrıdan,göynədən və incidən nə idi?
və yaxud Ə.M.Topçubaşov’un həyatı,ictimai-siyasi fəaliyyəti ilə ciddi və ardıcıl məşğul olanlara açıq məktub
Bəyən Əla! Ha ha Heyrətamiz Kədərli Acıqlı
Salam,dostlar.Mən digər tədqiqatçılardan fərqli olaraq, görkəmli hüquqşünas, jurnalist,ictimai-siyasi
xadim Əlimərdan bəy Topcçubaşovun 1884-cü ildə Tiflis Gimnaziyasın yox, Zaqafqaziya Müəllimlər
Seminariyasını qutrardıını yazanda bəziləriniz əsəbiliklə mənim “səhv”imi təshih etməyə cəhd
göstərirsiniz.
Mən yazdıım yazılarımda inandığım və güvəndiyim tədqiqatlara və düzgünlüyünə şübhəm olmayan faktlara əsaslanıram.Fakt kimi irəli sürülən mənbələri də bəzən araşdırmalı oluram.
Ə.M.Topşubaşovun Sankt-Peterburqda saxlanılan arxiv materiallarından xəbərim yoxdur.Amma yeri düşdükcə onların bəzi vərəqlərinə baxmışam.
Tiflisdə ərəb əlifbası ilə nəşr olunmuş “Ziya” qəzetinin ( 25.01.1879-26.06.1884 ) dili üzərində tədqiqat işi apararkən qəzetin sonuncu-26 iyun 1884-cü il tarixli 11-ci nəmrəsində bir maraqlı yazı ilə rastlaşmışdım.
Burada Ə.M.Topçubaşovun və sonralar Zaqafqaziyanın IV şeyxulislamı olan Mirzə Həsən Tahirovun oğlu Nəsrulla bəyin də (Nəsir bəy də yazırlar-N.N) adı çəkilirdi.Yazıda onların hər ikisinin 1884-cü ildə Qori Müəllimlər Seminariyasını qurtardığı xüsusilə vurğulanırdı.
Bu xəbəri oxuyana qədər mən elə bilirdim ki,Ə.M.Topçubaşov Tiflisdəki Klassik Gimnaziyanın məzunudur.
Qəzetdəki xəbəri dostum professor rəhmətlik Xeyrulla Məmmədovla bildirdim.Məlum oldu ki,onun da bu faktdan xəbəri var və fikrinin təsdiqi kimi mənə qəzetin həmin nömrəsinin surətini verdi.
…Söhbət 1991-ci ilin iyul ayına aiddir.
Professor dostumun təkidi ilə mənə maraqlı görünən faktı oxucularla bölüşmək qərarına gəldim. “Yeni fikir” qəzetinin 24 iyul 1991-ci ildəki 29-cu sayında
“Tiflis Gimnaziyası,yoxsa Qori Müəllimər Seminariyası” adlı yazım dərc olundu.
O vaxtlar indiki qəzet bolluğu yox idi.Yazılanlar oxunur,fikir müxtəlifliyinə hörmətlə yanaşılırdı.
Yazı “Ziyayi -Qafqasiyyə”dəki maraqlı bir xəbərərin incələnməsinə,fakt kimi göstərilənin dəqiqləşdirilməsinə xidmət edirdi.
“Ziyayi-Qafqasiyyə”də Qoridən verilən xəbəri olduğu kimi oxuculara çatdırırıq:
“Qorı Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1884-cü ildə) imtahanın nəticəsi
bu olubdur ki, 35 nəfər şagirdlər çox əla imtahan dutub cümləsinə (Attestat) şəhadətnamə
verilübdür. Bunlardan 13-ü rusdur, 7-i gürcüdür, 4-ü polyakdır və bir yəhudidir və bir ğreqdir
və 2 dəxi İslamdır.
Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla bəy Tahirovdur və biri dəxi Tiflis
bəyzadələrindən Əlimərdan bəy Topçubaşovdur”.
(Xəbərdə sası dinli qonşumuzun da adı var idi.).
Əlbəttə, yazı müəllifini ağrıdan,göynədən və incidən o idi ki,
35 məzundan təkcə ikisi islamdır.Müəllif burada söz içində söz demişdir.Bəlkə də onun başlığa
məqsədi ərazidəki digər millət və xalqlarla müqayisədə təhsil sahəsində islam əhlinin geridə
qalmasını göstərmək idi.
Qəzetdə məzkur (adı çəkilən) yazının müəllifli göstərilmir.
Çox güman ki, müəllif- Hacı Səid Əfəndi Ünsizadənin qızının əri – damadı,kürəkəni,Tiflisdə rus dilində nəşr edilən “Юридическoе обозрение” jurnalının əməkdaşı, müsəlman hüququ üzrə görkömli güquqşünqs İsmayıl bəy Şilyanskidir.
Nazim Nasraddinov Texniki səhvə görə yazının bu hissəsi -sonu məqaləyə düşməyib:
“.. Belə ki, Səid Ünsizadə 1884-cü ilin əvvəlində Qafqaz rəhbərliyinin əmri ilə Şamaxıda yerləşən
Bakı Əhli-Təsənni İdarəsinə rəhbər və Şamaxı qazısı təyin olunduğuna görə Tiflisdən Şamaxıya gəlmişdi. Səid Ünsizadə doma şəhərinə qayıdanda “Ziyayi-Qafqasiyyə” qəzetinin mətbəə işlərini mətbuat sahəsində müəyyən vərdişləri olan damadına tapşırmışdı.
Qəzetin 1884-cü ilə aid nömrələri Şamaxıda redaktə olunsa da,Tiflisdə İsmayıl bəyin rəhbərliyi ilə çap olunurdu.
İsmayıl bəy günün bütün vacib xəbərlərindən hali idi və o,Qori Seminariyasının 1884-cü il məzunları haqqındakı xəbəri Səid Ünsizadə ilə razılaşaraq, qəzetdə çap etmişdi.
İndi ZMS-in arxivinə əlimiz çatmır.
Ceminariyanın arxivindəki bir sıra sənədlər yoxa çıxca da,Tiflis Klassik Gimnaziyasının arxivi öz yerindədir.
Mübahisələrə son qoymaq üçün “Юридическoе обозрение” jurnalının arxivinə, “Kavkaz” qəzetinin 1884-cü il nömrələrinə də baxmaq gərəkli görünür.
Hər halda Ə.M.Topçubaşovun 1884-cildə
NəsrullaTahirovla birlikdə qurtardığı
təhsil ocağının adı və yeri dəqiq müəyyənləşdirilməlidir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq
Ədəbiyyat siyahısı
1.Nazim Nəsrəddinov.Tiflis Gimnaziyası,yoxsa Qori Müəllimlər Seninariyası.
“Yeni fikir” qəzeti. 24 iyul 1991-ci il,N 29
2.Nazim Nəsrəddinov.Tədqiqatçılar yanlışlığı düzəltməlidir
Əlimərdan bəy Topçubaşov haranın məzunudur? –
13.06.2012 [16:36] – Davam.az.
3.Шильянский Измаил-бек. О наследовании гермафродитов по мусульманским законам //
Юридическое обозрение. 1886. N 249. II.
Bakı.
03.06.2019