GenelGüncel

Ziya qəzeti

“Ziya” qəzetindən xəbərsiz olan ziyalılarımızvə yaxud140 yaşlı “Ziya” qəzetinin  qaranlıqda və alatoranlıqda qalan  tərcümeyi-halı

“Ziya” nə “Ədalət” qəzetidir, nə də “525-ci qəzet”.
“Ziya” nə “Olaylar”dır,nə də  ki “İki sahil”.
“Ziya”- ” Əkinçi” də deyil. “Ziya ” – ziyadır.
Özü də maarif ziyası, dil ziyası, söz ziyası…

“Ziya” nə “Molla Nəsrəddin”dir,nə də “Füyuzat”.Hərəsinin ictimai fikir tariximizdə öz yeri var.Hərəsi ictimai fikir tariximizdə öz sözünü 
deyir.

“Ziya”- “Əkinçi”nin kiçik qardaşıdır.  “Əkinçi” adı ilə türk dünyasında tanınan mətbu orqanın  1875-1877-ci illərdə Bakıda cəmi  56 nömrəsi çap olunub. 57- ci nömrə  isə senzuraya şübhəli görünən bir materiala görə çapa imzalanmayıb.Həmin yazı dəyişdiriləcəyi təqdirdə qəzet öz işini davam etdirə bilərdi. “Əkinçi”  öz nəşrini dayandırmağa məcbur ediləndən sonra da iki il  rəsmi sənədlərdə fəaliyyətdə olan qəzet kimi tanınmışdır.  Senzura qaydalarına əməl edəcəyi  təqdirdə Həsən bəy Zərdabi  “Əkinçi”nin ömrünü xeyli uzada bilərdi. 

“Əkinçi”dən bir il 3 ay sonra nəşrə başlayan  “Ziya” qəzetində Həsən bəy Zərdabinin qəzetçilik ənənələri uğula davam etdirilmişdir. Təəssüf ki, H.Zərdabi Səid Ünsizadənin  ona   təklif etdiyi istanbul və ya Tehran müxbirliyi vəzifəsini qəbul etməmişdir.


   Sovet dönəmində Əkinçi dövrün siyasətinə uyğunlaşdırılsa da,Ziya həmişə kölgədə qalmışdır.Qəzetin naşiri və redaktoru Zaqafqaziya Əhli-Təsənni idarəsini üzvi di.O,bu vəzifə çərçivəsində böyük maarifçilik işlər i görür,Azərbaycanda və türkdilli digər məkanlarda yeni tipli məktəblərin yaradılması yolunda əhəmiyyətli fəaliyyət göstərirdi.

.Gün geçdi, ay gəldi,  il gəldi. Hələ bundan sonra da günlər keçəcək, aylar gələcək, ay il olacaq, illər əsrlərın hörgüləri kimi tarıxdə bərqərar olacaq. 
  Məni belə danışdıran 139 il bundan əvvəl dünyaya Tiflisdə  göz açan,  göz açan kimi də sadə türki dilimizdə   
maarifimiz, təhsilimiz, dinimiz və dilimiz , imanımız, gələcəyə gümanımız haqqında  gah şirin-şirin, gah da acı-acı danışırdıan, özünə həm dost, həm də düşmən tapan, nə az, nə çox- düz  yüz otuz beş yaşlı “Ziya” qəzetidir.

  Mən yazılarımın birində “Ziya” qəzetinin 18 yanvar 1879-cu ildə nəşrə başladığını yazmışdım.Sonrakı tədqiqatlar  göstərdi ki, “Ziya”nın tarixi 1879-cu il yanvarın 25-dən başlayır. Məsələ burasındadır ki,”Ziya” qəzetinin ilk iki nömrəsini tədqiqatçılardan heç biri görməyib. Mən Moskva, Leninqrad( indiki və lap əvvəlki Peterburq-N.N.), Tiflis arxivlərində bu nömrələri çox axtardım, tapmadım, təkcə gümanım gəldiyi yerlərdən birinə -Odessaya gedə bilmədim ki, oradakı arxivlərdə bu nömrələri arayıb axtarım. Məsələ burasındadır ki, Qafqaz canişininin əmri ilə Tıflisdə nəşr olunan bütün materrıallar məcburi nüsxə kimi Odessadakı arxivə də göndərilirdi.
  Kim bilir, bəlkə müharibə vaxtı bu materiallar itib-batıb.
  Oxuduğum materialların birində belə bir xəbərə rast gəlmişdim ki, 1917-ci ildə -hərc-mərclik  vaxtlarında Odessada arxiv materiallarını sobaya ataraq istisinə qızınanlar çox  olub. Bu, Cəlil Məmmədquluzadənin  öz əlyazmalarının  istisinə qızınmağına oxşasa da, birincilik bu məsələdə odessalılara məxsusdur.

  Nə isə…Arxiv və kitabxanalarımızda “Ziya”nın bizə məlum olan ilk nömrəsi  
8 fevral  (pəncşənbə günü)1879-cu il tarixli  üçüncü nömrədir. 

 Bəzi tədqiqatlar  heç bir fakt göstərmədən  “Ziya”nın ilk nömrəsinin 14 yanvar 1879-cu ildə çıxdığını  yazsalar da, bu birincilik tarixinin tarixi  düzgün görünmür.

Ziyanın tədqiqatçılarından çoxo onun 1879-cu iln yanvarından noyabrınadək türkdilli oxuculara göndərildiyi 46 nömrəsindən bixəbr olmalarıdır.

Ziya qəzetinin 1879-cu il noyabrın 19-da   çıxan  44-cü  nömrəsinin ilk 3 səhifəsi  bu mətbu orqanın tarixindən,üzləşdiyi abunə çətinliklərindən bəhs edir.Yaı naşirin dilindən yazllmışdır :”      Tiflis.17 noyabr.Ziya qəzetəsinin təb və nəşr olunmasını düüst dost tutan həzərata  məlum ola ki,həmin ildə qəzetəverməkligi öhdəmizəgötürəv vəqtdəniyyətimiz ona müncərr  ( sürüklənən-N.N.)  ) olmuş idi ki,qəzetəmizi keçən mühərrəm ayının (ərəb qəməri ilinin birinci ayı-N.N.) ibtidasındn verək.Çünki səneyi -islamiyyənin (islam ilinin-N.N )ibtidası ondan başlanır və leykin işinin ibtidası  düşvar olmağə görə  bacara bilmədük ki, bir parə kəsr və nöqsanımızı cabəca (yerbəyer-N.N.) edüb,məzkur niyyətimizi əmələ gətürək.Ona görə naçar  olub, səfər ayının on dördündə əvvəlimci nömrəmizi  zühurə gətirib ahəstə-ahəstəsəy və hümmət göstərdik”

Deməli,Ziya qəzetinin əvvəlinci nömrəsi hicri qəməri təqvimi ilə 1296-cı ilin  səfər ayının  16-da çıxmışdır ki., bu da miladi təqviminin 1979-cu il yanva r ayının 25-nə uyğun gəlir.Təqvimlərin müqayisəsini yaxşı bilənlərdən bu hesablanmanı yoxlamağı xahiş edirməm. 

Aşkarda olan – 8 fevral 1879-cu ildə çıxan 3-cü nömrədə  qəzetin pəncşənbə günlərində  çıxdığı aydın-aşkar görünür. Əvvəcədən müəyyənləşdirilmiş qaydaya görə, Ziyanın birinci sənəsinin ilk iki nömrəsinin – 1879-cu il 8 fevral tarixli üçüncü nömrəsindən əvvəlki həftələrin pəncşənbə günləri i fevralın 1-i  və yanvarın 25-dir.   Deməli,  bu fakta  – “Ziya” qəzetinin  pəncşənbə günlərində çıxması faktına  əsaslanaraq, qəzetin ilk nömrəsinin tarixini   25  yanvar  1879-cu il  kimi göstərmək daha doğru görünür.Əlbəttə, şəraitdən asılı olaraq  bu nömrələr günləri həftənin başqa günlərinə də düşə bilər.

Hər halda dəqiqləşdirmə aparılmalıdır.

   “Ziya” qəzetinin bizə məlum olan ilk nömrəsinin ( 08.02.1879,N 3) başlığının – “ZİYA” sözünün altında qəzetin  islam təqvimi ilə 1296-cı  ildə çıxdığı göstərilir. Yuxarıda ayrıca sətirdə bu tarixin miladi tarixlə  8 fevral 1879-cu ilə aid olması yazılmışdır.Qəzetin sonrakı  nömrələrin hamısı pəncşənbə günləri çıxmışdır: N 4 (15 fevral), N 5 (22 fevral) , N 6 (1 mart) , N7 (8 mart),   N 8(15 mart)…
  8  fevral 1879-cu il tarixli 3-cü nömrənin baş məqaləsinin sərlövhəsi belə adlanır:  “Oxumaq və yazmaq barəsində”.
 Bu,proqram xarakterli yazıdır.Yazıdan nümunələr  gətiririk: 

“Bu zəmanələrdə  bəni növ bəşərin  cümləsinə (hamısına-N.N.) xətt və kitabiyyət sənətini  və qiraətə qadir olmaq qüdrətini təhsil eləməkdən  başqa, əvvəlimci və zimmə və laziməli  iş yoxdur. Və hər kəs bundan  bibəhrə  və binəsib  qalıbdır”. 


 Qəzetin  naşiri və sahibi-imtiyazı bu baş məqalədə daha sonra qəzetin məram və məqsədlərini vurğulayır:

“Ətfalımızın (uşaqlarımızın-N.N.) təlim və tərbiyəsindən  və  təlim və müəllim qaidəsindən və müəllim və şagirdlərin ədəbindən və bu vəqtəcən əksərimizin  bisavad qalmağından  və onun səbəblərindən  və xəttimizin  qüsur və nöqsanatından  və nə vəchlə  onu cəbr -nöqsan  edib, təğyir və təbdil …eləməkdən qəzetimizin ibtidalarında söz danışılacaqdır”..


  Naşır dediyi sözlərə 4-cü nömrədə də (15 fevral ) əməl eedir.  4-cü nömrənin baş məqaləsi belə adlanır: “Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində”.
  Burada oxuyuruq:

  “Oxumaq və yazmaq  barəsində olan əhvalatın  şəhri- bəyanı və insanlara məxsus olan nemətlərdən olub baisi-şərif  və iftixar olmağını üçüncü nömrədə yazmışdıq…Bu zəmanədə  mülk və millətin tərəqqisi  elm və mərifətə və növbənöv dillərə, xətlərə arif olmaqdadır”…


  Xatırladırıq ki,  “Ziya” qəzetinin  islam təqviminə görə 1879-cu ildə dekabr ayındakı nomrələri  də 1 rəqəmindən başlayır:


N1 -6 dekabr  1879-cu il
                 N2-13 dekabr 1879-cu il
                 N 3-20 dekabr 1879-cu il
                 N 4-27 dekabr 1879-cu il
                 N5-3 yanvar    1880-ci il 
                 N6-10 yanvar  1880-ci il
                 N7-15 yanvar  1880-ci il….


   “Ziya” qəzeti haqqında faktlara və ilk mənbəyə əsaslanan (de vize-N.N.)  yazılarımız çoxdur.Layihə çərçivəsində oxuculara bu materialları təqdim etməyə söz verirəm. Yazımın sonunda  oxuculara “Ziya” (“Ziyayi-Qafqasiyyə”) qəzetinin   ümumilikdə sonuncu-187-ci nömrəsində (26 yun 1884-cü il , N 11) soyadı qəzetdə  rus qrafikası ilə “АЛИБЕКОВЪ” göstərilən müəllifin   “Tərcümeyi-məktub”  adlı  yazısındakı  bu sözləri xatırladıram: 


Səid Ünsizadənin dər-öhdə aldığı  əmr ( iş-N.N.)  və niyyət  mətbuat vasitəsilə  rus müsəlmanlarını (Rusiyada yaşayan müsəlmanları-N.N.) yuxudan oyatmaqdır”.
(  bax: “Ziyayi- Qafqasiyyə” qəzeti, 26 iyun 1884, N4,səhifə 2, sütun 3).

“Ziya”nın qeyb olmasınını əsas səbəblərindən biri də məhz bu açıq-aşkər deyilən sözlər oldu.Bu nömrədən sonra “Ziya”  bir də ayaq üstə dura bilmədi.
  Çar hökumətinin  qazdan ayıq məmurları Səid Ünsizadənin  hələ İsmayıl bəy Qaspralıdan, Məhəmməd ağa Şahtaxtlidan, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən,Əlimərdan bəy Topçubaşovdan xeyli əvvəl öhdəsinə görürdüyü böyük vəzifənin -rus müsəlmanlarını  yuxudan oyadılması işinin  yerinə yetirilməsinə imkan vermədilər. Səid Ünsizadə 1890-cı ilin əvvəllərində  hamıdan inciyib   doğma ölkəsindən baş götürüb İstanbula getdi,orada yaxın dostu, üç dəfə Türkiyənin maarif naziri olan Münif Paşanın köməyi və qayğısı ilə təhsil  və maarif işlərində çalışmış,Quranın türk dilində təfsirini yazmışdır.
  “Ziya” qəzetinin redaktoru və imtiyaz sahibi , bir neçə dərsliyin müəllifi, “Hümayunamə” 

( “Kəlilə və Dimnə” ) əsərinin Azərbaycan dilinə tərcüməçisi  Səid Əfəndi Ünsizadə ömrünün 80 sinnində – 1905-ci ildə  İstanbulda vəfət etmişdir.O, nekroloqda  türk dünyasının fazillərindən biri kimi dəyərləndirilmişdir.
   Bakıda  nəşr olunan “Həyat” qəzetində (1905, N 21) bu acı xəbərin altında türk dünyasının üç böyük şəxsiyyətinin adı yazılmışdır:  Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov.Əlbəttə,  yazımın əvvəlində adlarını böyük hörmətlə çəkdiyim mətbu orqanların hamısın özadı,cəmiyyətdə öz yeri var. Onların nə qədər yaşayacaqlarını söyləmək çətindir.Amma “Ziya” – ziyadır.Onun tarixinin daha uzun olacağı şübhəsizdir.Nə vaxtsa mənim bu sözlərimi dərk edəcəklər, “Ziya”ya ən hühdüt 
yerlərin birində abidə qoyacaqlar.Onda çox güman ki,bizim 
heç birimiz bu dünyada olmayacayıq.Heç bizlərin adımızı, bəlkə də,
dəftərə də yazmayacaqlar.Amma “Ziya” ziyalılığını göstərəcək.
Mən çoxunuz üçün darıxdırıcı olan bu sözlərimi yazıram.
Sərt reaksiya olacaöını da bilirəm.Amma nə etməli ? 
Sabah biz olmayacayıq,amma “Ziya” olacaq.Mütləq, olacaq.
Olmayanlar boynu qalstuklu bizlər olacayıq.

Məsələ burasındadır ki,onda danışmağa halımız olmayacaq.Axı 
o dünyanın sakinləri məskunlaşdığı yerdən Yer üzünə qayıda bilmirlər.
Əlhəd daşı başlarına dəysə də,uzaq başı qəbirlərində bir az çevrilə bilərlər.
,
Hörmətli “Ziya” tədqiqatçıları, hörmətli ziyalılar, aydınlar,dosentlr,doktorlar,akademiklər! “Ziya”nı quyudan çızxarmalıyıq.Bu bizim,alimlik,elmitədqiqatçılıq bir tərəfə, vətəndaşlıq borcumuzdur. Bizim bu halımızmütləq tarixə düşəcəhkdir.Bizdən sonra dünyaya gələnlər bizi,işər beləgetsə,yel dəyirmanı ilə döyüçənlərin qiyafəsndə görəcəklər.Şəxsən mən
indidən bizim bu halımıza inanıram.

Gəlin, papağımızı başımıza qoyub,fikrimizi cəmləşdirək,fikirləşək,
“Ziya” qəzeti(1879,yanvar,Tiflis-1884,iyun,Tiflis) ictimi fikir tariximizin
XIX əsrinbir neçə ilinin güzgüsüdür.Bu güzgüdən çox nəsnələr 
görünür.”Ziya” qəzetinin bütün nömrələri MÜTLƏQ müasir əlifbayatransliterasiya edilərək? hər bir ziyalı ailəsinin stolüstü kitabı olmalıdır.
İlk 46 nömrəsi unudulan “ZİYA” kitabı nöqsanlıdır, bizə baş ucalığıgətirməyən nəşrdir. 
“Ziya”nın təsisçisi,naşiri və redaktoru ümummilli liderimiz 
Heydər Əliyev . cənablarının marifçilik fəaliyyətini çox yüksəkqiymətləndirdiyi görkəmli publisist,din xadimi,pedaqoq,naşir,tərcüməçi, Quranın türk dilində təfsirini yazan
Hacı Səid Əfəndi Əbdürrəhman Əfəndi Ünsizadədir.(1825,Şamaxı-1905,İstanbul)….Türk dünyasının hər yerində-İstanbulda da,Ankarada da,Təbrizdə də,Şamaxıda da,Bakıda da,Şəkidə də,Bağçasarayda da..Ziya qəzeti və onun qələm əhli haqqında  ciddi elmi axtarışlar aparılmalı,dünyaya səpələnmiş Ünsizadələr,Ünsilər,Berksanlar,Şirvanilər   gələn il yanvarın 25-də Ünsizadələrin ata ocağında  “Ziya” qəzetinin 140   illik yubileyinə-hamımızın bu işdəki hesabat  təntənəsinəciddi hazırlaşmalıyıq.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilənƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,türkoloq.
Bakı,08.12.2018.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

2 thoughts on “Ziya qəzeti

  • Ədəbiyyat siyahısı
    1.Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında

    Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18.06.2001-ci il).

    2.”Ziya” qəzetinin komplektləri.(1879,yanvar-1884,iyun).

    3. İ.Qaspirinski.”Tonğuc” jurnlı Tiflis,1881.

    4.Azərbaycan Respublikasl Dövlət Tarix Arxivi. Fond 291.Siyahı 1.,iş 31.

    5.Nazim Axundov.Azərbaycanda dövri mətbuat.(1832-1920).Bakı,1965.

    6.Nazim Nəsrəddinov.”Ziya” qəzetində işlənən bəzi terminlər haaqında.

    Azərbaycan SSR Elmlər Akademiyasının aspirantlarının

    Elmi Konfranslarının materilları. Bakı,1977.səhifə 308-313.

    7.Nazim Axundov.Sənədlərin dili ilə.Bakı,1980.

    8.Nazim Nəsrəddinov. Unudulmuş Ünsizadə. “Həyat ” qəzeti, 09.02.1993,N 13(7748) .

    9.Ağarəfi Zeynalzadə. Azərbaycan mətbuatı vəçar senzurası.Bakı,2004

    10.Nazim Nəsrəddinov. “Ziya”lı ziyalı, Strategiya.az 20.02.2014.

  • Nazim Nəsrəddinov

    Gəlin, papağımızı başımıza qoyub,fikrimizi cəmləşdirək,fikirləşək,
    “Ziya” qəzeti(1879,yanvar,Tiflis-1884,iyun,Tiflis) ictimi fikir tariximizin
    XIX əsrinbir neçə ilinin güzgüsüdür.Bu güzgüdən çox nəsnələr
    görünür.”Ziya” qəzetinin bütün nömrələri MÜTLƏQ müasir əlifbayatransliterasiya edilərək? hər bir ziyalı ailəsinin stolüstü kitabı olmalıdır.
    İlk 46 nömrəsi unudulan “ZİYA” kitabı nöqsanlıdır, bizə baş ucalığıgətirməyən nəşrdir.
    “Ziya”nın təsisçisi,naşiri və redaktoru ümummilli liderimiz
    Heydər Əliyev . cənablarının marifçilik fəaliyyətini çox yüksəkqiymətləndirdiyi görkəmli publisist,din xadimi,pedaqoq,naşir,tərcüməçi, Quranın türk dilində təfsirini yazan
    Hacı Səid Əfəndi Əbdürrəhman Əfəndi Ünsizadədir.(1825,Şamaxı-1905,İstanbul)….Türk dünyasının hər yerində-İstanbulda da,Ankarada da,Təbrizdə də,Şamaxıda da,Bakıda da,Şəkidə də,Bağçasarayda da..Ziya qəzeti və onun qələm əhli haqqında ciddi elmi axtarışlar aparılmalı,dünyaya səpələnmiş Ünsizadələr,Ünsilər,Berksanlar,Şirvanilər gələn il yanvarın 25-də Ünsizadələrin ata ocağında “Ziya” qəzetinin 140 illik yubileyinə-hamımızın bu işdəki hesabat təntənəsinəciddi hazırlaşmalıyıq.

Yorumlar kapatıldı.

Pin It on Pinterest