Ziya qəzetinin 140 illik yubiley ilində də lilli sular durulmadı…

Bu il yanvarın 25-də ilk nömrəsinin işıq üzü görməsinin    140 ili tatam oldu.Lakin bu  şərəfli yubiley yada düşmədi.Bəlkə də,hələ gec deyil: İlin sona çatmasına bir neçə gün qalır.
Yadıma  düz 6 il bundan əvvəl -13.12.2013-cü ildə “Əməkdar müəllimin yenilayihəsi ”   adı ilə  yazdığım bir yazım düşdü.
  
Yazıda ilk nömrəsi 25.01.1879-cu il yanvarın 25-də Tiflisdə Azərbaycan dimində nəşrr olunan  “Ziya “(“Ziyayi-Qafqasiyyə”) qəzetinin ictimai fikir tariximizdəki rolu haqqında həyəcan təbili çalınırdı.Gözləmək olardı ki,  tarixi faktlar əsasında deyilnlər  mütləq nəzərə alınacaq,mətbuat tariximizin tədqiqində deyilənlərə ciddi münasibət bildiriləcəkdir.
Təəssüf ki,bu arzular özünü doğrultmadı.Türkdilli milli mətbuatımızın “Əkinçi”dən sonrakı mübariz nümunəsi  olan “Ziya” qəzetinin   ikinci sənsinin 30 nömrəsi   foneliterasiya olunması haqqında mətbuatda gurultulu xəbərlər  dərc olunmağa başlandı.Əlbəttə,mətbuat tarixindən xəbərsiz olanlar bu xəbərləri  sensasiya kimi alqışladılar.Məsələdə hali olanlara isə ancaq yarımçıq görülən işin  sonunu gözləmək qaldı.Bu da təbiidir.
“Ziya”nın   ikinci sənəsinin – nəşr ilinn 30  nömrəsinin ərəb əlifbalı yazıdan  latın qrafikalı yazıya köçürülməsi o qədər də asan məsələ deyil.Təqdimada iştirak edənlər də elmdə kifayət qədər tanınmış alimlər idi.Onların cərgəsində AMEA-nın akademikləri, BDU-nun səriştəli və yüksək elmi çinli alimləri də var idi.
“Ziya”nın transfoneliterasiyasındakı  biabırçı faktlar haqqında deyilənlər səs-küylə qarşılandı,tərtibçilər, rəyyçilər və müəllifin iradlarını təkzib etməyə çalışdılar..Amma fakt qarşısında aciz qalanda susmaq yolunu daha münasib saydılar.

Nə isə…Şikəst edilmiş “Ziya”nın  transfonoliterasiyası haqqında  susqunluq bu gün də  davam edir.Halbuki  təsadüfi mütəxəssislərini  gördüyü iş mütləq geniş və hərtərəfli şəkildə ciddi elmi müzakirəyə çıxarılmalı, “Ziya” transfoneliterasiya kitabı”na düşməyən 46  nömrənin materialları  ərəb qrafikalı yazılarımızı oxuya bilməyən tədqiqatçıların  qiqqətinə çatdırılmalıdır.
Mənə elə gəlir ki, “Ziya” qəzetinin 1879-cu ilə aid birinci sənəsinin  məzkur 46 nömrəsindən xəbərsiz olan  ictimai fikir tariximiin  heç bir tədqiqatşısın bu mövzuda danışmağa mənəvi haqqı yoxdur.
Bu gün Əhməd bəy Ağayevdən də, Əli bəy Hüseynzadədən də, Məhəmməd  ağa Şahtaxtinskidən də, Nəriman Nərimanovdanda da,Cəlil Məmmədquuzadədən də danışırlar. Və bu konuşmalar  hörmətlə  təqdir olunur.
Məsələ burasındadır ki, kim Ziya” qəzetinin tarixini bilmirsə,bu mətbu orqanın yaradıcısı və baş yazarı ,  türk dünyasının  fazillərindən biri olan Səid Əfəndi Əbdürrəhman Əfəndi oğlu Ünsizadəni (1842, Şamaxı-1903, İsatnbul) dərindən tanımırsa, bu, ictimai  fikir tariximizin  öyrənilməsindəki işin şox kölgəli, qaranlıq və alatoran cəhətilərindən  sayılmalıdır.
Həyat əbədi deyil.Bu gün var olanların   səsi  sabarı başqa yerlərdən gələ bilər.Gəlin tariximizi elə yazaq ki,gələcək nəslin gözündə gülməli görünməyək….
 Nazim Nəsrəddinov,Azərbaycan Respublikasının Əməkdar müəllimi,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilənƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,türkoloq
Bakı,12.12.2019.
P.S.Yazıya 16.12.2013-cü il tarixdə işıq üzü görən qeydlərimi kiçik redaktə iə əlavaə edirəm.
“Ziya” qəzeti: XIX əsr maarifçiliyimizin “ƏKİNÇİ”dən sonrakı tribunası

Əməkdar müəllimin YENİ LAYİHƏSİ

Mətbuatda yazıldığına görə bu yaxınlarda”Ziya” qəzetinin bütün nömrələri ərəb əlifbalı yazıdan latın qrafikalı yazıya transfoneliterasiya edilmişdir.Bu, çox böyük mədəni hadisədir.Nəhayət ki,uzun illər kölgədə qalan maraqlı bir nəşr oxucuların istifadəsinə verilir.

“Ziya” maarifçilik ziyasıdır. “Ziya” türk dili başa düşülən bütün ölkələrdə oxunan qəzet olmuşdur.Qəzetin dünyanın bir sıra yerlərində müxbirləri var idi.  Qəzetə Peterburq, Moskva,İstanbul,Tiflis,Tehran,Bakı,Şamaxı,Şuşa, Göyçay,Simferopol,Petrovski,Tula, Orenburq, Naxçıvan və sair şəhərlərdən müxbir məktubları axıb gəlirdi.Qəzetdə şeir də çap olunurdu,felyeton da, qəzəl də, qəsidə də, yol qeydləri də. Qəzet Afrika zuluslarından da söz açırdı, azadlıq uğrunda mübarizə aparan Sudan qəhrəmanlarından da.” Ziya”nın əsas yazarı əvvəllər Cəlal Ünsizadə idi. Sonralar bu vəzifə əsasən Səid Əfəndi Ünsizadənin öhdəsinə düşür.”Ziya”nın S.Ə.Şirvani,M.Əlqədari,N.Vəzirov,M.Əlizadə, Əlisəfa, Sankt-Peterbueq Universitetində Mirzə Kazım bəyin tələbəsi olmuş  A.P.Berje, M.M.Nəvvab, şeyxülislam  Əhməd bəy Hüseynzadə, Münif Paşa Əfəndi, əslən şamaxılı İ.Sədrəddinnbəyov (Nakam ), Şuxi,Əsgər ağa Gorani Adıgözəlzadə, müfti Əbdülhəmid Əfəndizadə, R.Əliyev kimi maarifpərvər ziyalı müxbirləri var idi.

Oxuculara təklif olunan layihədə “Ziya” qəzetinin Azərbaycanın və türk dünyasının ictimai fikir, maarifçilik və bədii fikir tarixindəki rolu işıqlandırılacaq, yazılarda arxiv materiallarına və qəzetin səhifələrində işıqlandırılan materiallara üstünlük veriləcəkdir.
Layihənin ilk yazısının əsas məqsədi oxucularda “Ziya” qəzetini haqqında ümumi məlumat yaratmaqdır..Bu məlumatlar bir sıra mübahisəli məsələlərin doğru-dürüst çözülməsində tədqiqatçılara da müəyyən istiqamət verə bilər.
Mən “Ziya”(Ziyayi-Qafqasiyyə”) qəzetinin tədqiqatçılarından biriyəm. Qəzetin dili, müxbirləri, mətbəə tarixi , ədəbi əlaqələri haqqında müəyyən tədqiqatlar aparmışam.Burada nə qədər açılmamış səhifələr, NÖMRƏLƏR var. “Ziya”nın ilk nömrəsi 1879-cu ilin yanvarın 25-də çıxıb. Deməli, bu qəzetim 135 yaşına cəmi bir ay qalıb. 2-ci nömrənin tarixi fevralın 1-nə aiddir. Bu iki nömrə hələ tapılmayıb.
Tapılan ilk nömrə 08.02.1879-cu ildə çap olunan 3-cü nömrədir


“Ziya”nın 1879-cu il nömrələri

N 3—–08.02.1879
N4 —–15.02.1879
N5——22.02.1879
N6——01.03.1879
N7——08.02.1879
N8——15.02.1879
N9——20.02.1879
…………………………….
N45—-23.11.1879 
N46—-29.11.1879

1879-cu iin yanvarından 1879-cü ilin dekabr ayınadək “Ziya” qəzetinin 46 nömrəsi çap edilmişdir.

1879-cu ilin dekabr ayı hicri-qəməri islam təqviminin məhərrəm ayına təsadüf edir. Qəzetin redaktoru Səid Əfəndi Ünsizadə “Ziya” qəzetini islam qəzeti hesab edərək, dekabr nömrələrini yeni sıralanma ilə çap etdirmişdir.

N1——-06.12.1879
N2——-13.12.1879
N3——-20.12.1878
N4——-27.12.1879


“Ziya”nın 1880-ci il nömrələri

“Ziya” qəzetinin miladi tarixinin 1880-ilində ilk nömrəsi yanvarın 3-də çıxmışdır. Bu, 5- ci nömrədir.Sonrakı sıralanma belədir:

N6——10.01.1880
N7……. 17.01.1880
N8——24.01.1880 
N9——09.02.1880
————————–
30——26.06 1880

Mətbbə avadanlıqlarının dəyişdirilməsi ilə ilgili beş aylıq fasilədən sonra 1880-ci il dekabrın 9-da “Ziya” “Ziyayi-Qafqasiyyə” adı ilə çıxmağa başlamışdır. Səid Ünsizadə qəzetin adının dəyişdirilməsini oxuculara belə izah edirdi:


” Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız “Ziya”dan ötrü nəqş və nikkar (yaxşı iş görən-N.N.)elədikləri “Ziyayi-Qafqasiyyə” sərlövhəsini rədd etməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami -ətalətlə məsdur qalan “Ziya” qəzetimizi məzkur sərlövhə altında nəşr etməgə meyl olundu”.


Bizə elə gəlir ki, adın dəyişdirilməsi, əslində başqa məqsəd daşıyırdı. Səid Əfəndi Ünsizadə əslində maarifçilik yolunda gördüyü işlərin sərhədlərini genişləndirmək istəyirdi.

“Zyayi-Qafqasiyyə”nin

*1881-cidə 33 (N 3-N 31;N 1-N4),

*1882-ci ildə 28 (N 5-N 32),

*1883-cü ildə 31 (N 1-N 31),

*1884-cü ildə11 nömrəsi nəşr olunmuşdur.

“Ziyayi-Qafqasiyyə”nin son nömrəsi 26.061884-cü ildə çap olunmuşdur. Qəzetin çapının dayandırılması soyadını ərəb əlifbalı qəzetdə  rus qrafikası ilə “Алибеков” yazılan müxbirin

” Ünsizadənin əsas məqsədi rus müsəlmanlarını mətbuat  vasitəsilə yuxudan oyatmaqdır ” sözləri olmuşdur.

Yeri gəlmişkən qeyd edək ki,  bəzi mənbələrdə soyadı “Ziya” qəzetində  rus qrafikası ilə  АЛИБЕКОВ göstərilən  müxbirin görkəmli xeyriyyəçi H.Z.Tağıyevin işgüzar dostlarından biri, vəkil, tərcüməçi, publisist  Mustafa bəy Əlivəyov (1872-1943) olduğu gösstərilsə də bu, ağlabatan deyil.Belə ki,  M.Əlibəyov 12 yşında belə bir ciddi əhmiyəti olan yazını işləyə bilməzdi.

Bəlkə də  АЛИБЕКОВ  soyadı Səid Ünsizadənin  (Səid Ünsizadə Türkiyədə Sait Ünsi kimi daha çox tanınır-N.N.) ezop maneralı  yazıları üçün seçdiyi adlardan biidir.


“Ziya” qəzetinin (1880-ci iln dekabr ayından “Ziyayi -Qafqasiyyə” adı ilə çıxmışdır.Təəssüf ki, bir çox tədqiqatçılar hələ də “Ziya”nın sonrakı adınını səhvən “Ziyayi-QafqaZiyyə” kimi oxuyurlar.-N.N.) bütün nömrələri Tiflisdə Səid Əfəndi Ünsizadənin əvvəlcə öz şəxsi basmaxanasında (litoqrfiyasında), sonralar isə öz şəxsi mətbəəsində-tipoqrafiyasında  çap olunmuşdur.Arxiv sənədləri qəzetin son nömrələrinin Şamaxıda çap olunması fikrini təsdiq etmir.

“Ziya” qəzetindən, onun tarixi mərhələlərindən, müxbirlərinin geniş maarifçilik fəalliyyətindən yazanlar çoxdur.Təəssüf ki,yazılarının çoxundda eyni səhv mülahizələr ya bir birini təkrarlayır,ya da  ciddi filoloji araşdırmalar ararılmamışdır.


***
Mən “Ziya” qəzeti: XIX əsrin- “Əkinçi”dən sonrakı tribunası”adlı layihə üzərində işləyərkən filologiya elmləri doktoru Abid Tahirlinin “Kaspi” qəzetində dərc etdirdiyi
3 yazısını oxudum. (N236-238; 11.12.2013; 12.12.2013;13.12.2013).

Bunlar “Ziya” haqqında yazılmış maraqlı tədqiqat işi kimi diqqətimi cəlb etdi.

Gəlin 2013-cü il yanvarın 25-də çoxlarının yadına düşməyən “Ziya” qəzetinin 135 yaşını qeyd edək: məqalələr yazaq,arxiv materiallarına əsaslanan kitablar çap etdirək.

Hörmətlə,

Nazim müəllim.

Bakı,16.12.2013-cü il.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest