Zərəngiz Dəmirçi Qayalı
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Zərəngiz Dəmirçi Qayalı
Yazılsın bu gün
Şuşaya, Laçına xəbər göndərin,
Füzuli alındı, gəlirik deyin.
Darda qalanlarım gözləsin məni,
Sizin halınızı bilirik deyin.
*
Rəhbərim and içdi Vətən adına,
Əsgərim and içdi torpaq adına,
Nigaran ruhlarım, nigaran yurdlar,
Sizlər də güc verin qol-qanadıma.
*
İgid əsgərinəm, candan keçərəm,
Vətənim gözləyir, vardı xəbərim,
Qalibəm, mən bu gün, əziz anacan,
Duaların olub, mənim sipərim.
*
Qarabağımı da, azad edəcəm,
Kəlbəcərimə də, rahat gedəcəm,
Atıldım mən hərbə, gülür gözlərim,
Bil ki, yaxındadır mənim zəfərim.
*
Vətənə canımı əsirgəmərəm,
Gözəl yurdlarıma bir salam verəm,
Qubadlı da məndən imdad istəyir,
Cəbrayıl: “Gəl, məni azad et!”-deyir!
*
Xocam Xocalı da ayaq üstədir,
Xocavənd də hazır, kəmərbəstədir,
Əsir yurdlarım da nəfəs dərməyir,
Hər an: ”Gəl, bizləri azad et!”-deyir.
*
Mən türk oğlu türkəm, vardır hünərim,
İlham, Ərdoğanım cücüm, kəsərim,
Keçərəm, bil, bütün keçilməzləri,
Yazılsın bu gündən hünər dəftərim.
01.10.2020-c il
Şəhid Məhəmmədə
(Şəhid anası Yaqut xanıma təsəlli)
Ömrümü verdim mən qurban, sadağa,
Ana, yollarımı gözləmə daha,
Canım sipər oldu Ana torpağa,
Ana, yollarımı gözləmə daha,
Önrümü verdim mən, qurban, sadağa.
*
Sən ey həzin külək, bir salam apar,
Həsrət qalan yarım saçın yolmasın.
Bizim məhəllədə sevgilim yaşar,
De ki, qara gözü yaşla dolmasın,
Həsrət qalan yarım saçın yolmasın.
*
Yurdum yad əllərdə, ruhum nigaran,
Bir gün də, Şuşamı alarıq geri!
Ana, sən fəxr elə, bu şəhid balan,
Vətən keşikçisi, Vətən sipəri,
Bir gün də Şuşamı alarıq geri!
*
Sən Vətənə oğul böyütdün, ana,
Mən şəhid oldum ki, gülsün Vətənim.
Yenidən qayıdıb, gəlsəm cahana,
Yenə şəhidlikdi qismətim mənim!
Mən şəhid oldum ki, gülsün Vətənim.
*
Ağlama arxamca, dözmərəm ana,
Qələbə günündə dönüb, gələcəm!
Ey, sevgili Vətən, borcluyam sana,
Göydən mələk kimi enib gələcəm,
Qələbə günündə dönüb gələcəm!
*
Necə bir fırtına gəldi cahana?
Sanki göy titrədi, yerlər də dindi.
Oğul Məhəmmədi böyütdün, ana,
Şəhid Məhəmmədi qarşıla indi,
Sanki göy titrədi, yerlər də dindi.
Yürü əsgər
Yaralarım səngiməyir,
Yurdum intiqam istəyir,
Yürü əsgər, yürü əsgər,
Harda hünər, orda zəfər!
*
Düşmən bağrını əzməyə,
Vətən sərhəddi gəzməyə,
Ucal əsgər, ucal əsgər,
Düşmənimdən öc al, əsgər!
*
Vətən çağırır, dardadır,
Analar intizardadır,
Yağıya gücümü göstər,
Səhvini, suçunu göstər.
*
Qəlbimdə dözüm var bu gün,
Ərlərə sözüm var bu gün,
Yeriyək düşmən üstünə,
Duraq yağının qəsdinə.
*
Qüvvəmizə arxalandıq,
Məşəl olub alovlandıq,
Vətənim bu gün səfərbər,
Yürü əsgər, yürü əsgər!
Bayrağımı çək başına!
Kim verəcək təpər bizə?
Gülsün elə bəşər bizə?
Vətən, güvən qeyrətinə,
Neyləyəcək bu şər bizə?
*
Çağırır odda yananlar,
Çağırır şəhid fidanlar,
Bayrağımı çək başına,
Utansın bizi dananlar!
*
Yerdə qaldı igid qanı,
Dili kəsik körpən hanı?
Vətən, dözmə göz dağına,
Qopar ərəsət tufanı!
*
Hayqır, ayılt bu dünyanı!
Ulu xalqın qəhrəmanı,
Kor dünya, aç de, gözünü,
Tanı, həqiqəti, tanı!
*
Qarabağa yol salınsın,
Təbillərim gur çalınsın,
Ya bu gündə, ya sabahda,
Qan alınsın, öc alınsın!
*
Çəkil! Qəvi düşmən, çəkil!
Yerini bil, həddini bil!
Xocam xocalıq taxtında,
Gül üstündə ötər bülbül.
*
Göydə uçan mələklərim,
Yerdə açan çiçəklərim,
İnanıram Tanrıma mən,
Güləcəkdir diləklərim!
*
Göyçə də mənim olacaq,
Düşmənə qənim olacaq,
Qoca tarix! Yol ver bizə,
Dalğalansın uca bayraq!
*
Hayqır, igidim, amandı,
Susmuşuq xeyli zamandı,
İçin-çölün alovlansın,
Həlledici imtahandır!
İradəmiz yenilməsin
Yara dərin, bu gün fəqət,
Qoy eşitsin məni millət,
İradəmiz yenilməsin,
Yağı düşmən qoy gülməsin!
*
Bu dərdimi ovudacaq,
Səngərləri dağıdacaq,
Bir təpər var ürəyimdə,
Tanrı gücü biləyimdə!
*
Ordu quraq, səf-səf duraq,
Düşmənlərə qan udduraq.
Kor olmuşduq tüstümüzdən,
Qəza keçdi üstümüzdən!
İndi qeyrət zamanıdır
Alovlanır içim-çölüm,
Ey igidlər, yaxşı bilin,
İndi qeyrət zamanıdır
Yurdun imtahan anıdır!
*
Dalğalansın bayrağımız,
Yox! Dağılmaz növrağımız,
Oğuz eli ölməmişdir,
Düşmən görə bilməmişdir.
*
Damarımda axan qandır,
Həlledici imtahandır,
Ya, bu günüm, ya sabahım,
Qoy qurulsun ordugahım!
*
Guruldasın mərmilərim,
Düşmən üstədir səfərim,
Mübarizlər doğulacaq,
Düşmənlərim qovulacaq!
Güləcəksən yenə Vətən!
Alovlara sinə gərən,
Vətənsevən bir əsgərəm,
Bu gün məğlubdur ölkəmiz,
Vətən eşqim-ümman, dəniz…
*
Yenilməzlər ordusuyuq,
Canfədalıq bizə buyruq,
Haqq yoluyla mən gedərəm,
Torpağı azad edərəm.
*
Od almışam ocağımdan,
Ad almışam torpağımdan,
Sadiqəm mən sənə Vətən,
Güləcəksən yenə Vətən!
Yaşa, Ərdoğanım, Türkiyəm!
Şəhidlərin al qanından
bayrağı var!
Atatürkdən miras qalan
torpağı var!
Ərşə-gürşə meydan deyən
növrağı var!
Haqdan yanan, alovlanan
çırağı var!
Yaşa, Ərdoğanım, Türkiyəm!
*
Öz yurdunda gəz də məğrur,
Hər an yürü, hər an doğrul,
Arxanda nə ərlər durur?
Əsrin nəbzi səndə vurur,
Yaşa, Ərdoğanım, Türkiyəm!
*
Əqrəbdən yar olmaz, olmaz,
Qaplan kimi sərhəddi gəz,
Xainlərin başını əz,
Vətən eşqin heç tükənməz,
Yaşa, Ərdoğanım, Türkiyəm!
*
Yağış yağar, torpaq doyar,
Qardaş cana minnət qoyar,
Ömrümü möhnətdən qurtar,
Əsl igid, qaplan, soyər,
Yaşa, Əroğanım, Türkiyəm!
*
Bir qardaş ölkəsiyəm mən,
İgidlərin nəsliyəm mən,
Zərəngizin səsiyəm mən,
Yaşa Ərdoğanım, Türkiyə!
Yaşa, Ərdoğanım, Türkiyəm!
10.10.2021-ci il.
Yaşa, Vəfa Dəmirçioğlu!
(Bacım, Milli Ordunun könüllü döyüşçüsü,
qazi, şəhid Vəfa Dəmirçioğluna)
Adın dillərdə əzbərdi,
Yaşa, Vəfa Dəmirçioğlu!
Şöhrətin ellər gəzərdi,
Yaşa, Vəfa Dəmirçioğlu!
*
Avey kimi varın vardı,
Bir güllü diyarın vardı,
Külli-ixtiyarın vardı,
Yaşa, Vəfa Dəmirçioğlu!
*
Gödək ömrün varaq, araq,
Can kitabın soraq-soraq,
Köksündə üçrəngli bayraq,
Yaşa, Vəfa Dəmirçioğlu!
*
Aşdın keçilməz sədləri,
Yoxmuş mərdliyin qədəri,
Qız varmış Vətən çəpəri?
Yaşa, Vəfa Dəmirçioğlu!
*
İllər ilə yandım-yandım,
Həsrətinlə alovlandım,
Zəfər çaldıq, qürurlandım,
Yaşa, Vəfa Dəmirçioğlu!
*
Şəhidim, baş qəhrəmanım,
Sənə qurban olsun canım,
Şərəfim, şöhrətim, şanım,
Yaşa, Vəfa Dəmirçioğlu!
*
Zərəngizin can yerisən,
Xalqımın güman yerisən,
Bu gün bizimlə dirisən,
Yaşa, Vəfa Dəmirçioğlu!
17.04.2021-ci il
Uca şəhid
Şəhid kimə deyirlər?
Vətən üçün ölənə!
Elin dərdi-sərini,
Canı-dildən çəkənə!
*
Vətənə göz tikənin,
Gözlərini tökənə!
Yurdun ağır günündə,
Sinəsini gərənə!
*
Xalqın nicatı üçün,
Özünə kəfən biçənə!
Uca şəhid yaşayır,
Ölə bilməz heç zaman!
*
Xalqının yaddaşında,
Qalacaq o qəhrəman!
Bir olsun, iki olsun,
Gözü götürməyənlər…
*
Bayrağım ucalanda,
Şəhidin ruhu gülər!
Qədirbilən ellərin
Yaddaşında qalacaq!
*
Ömür yolu, haqq yolu,
Sözsüz ki, bir gün onun,
Heykəli ucalacaq!
Heykəli ucalacaq!